M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   46   47   48   49   50   51   52   53   54

söyüş söydü. Bədirlənən Ay isə acıq verirmiş kimi seyrək, dümağ buludları yara-
yara Yekə yalın zirvəsi boyunca diyirlənirdi. Dar daşın aşırımı burdan apaydın 
görünürdü. Mehdi kişini fikir götürmüşdü. “Bundan sonra uşaqların yanına gündüz 
gedib-gələcəm”. 
Sonra günahın özündə olduğunu bilə-bilə zəmanəni qarğadı, sanki kiminsə 
dalınca deyinirdi: “Şura hökumətidi-nədi, o da gəlib çıxmadı. Deyirlər, o gələndə 
bərabərlik olacaq, torpaq ancaq hökumətin hesabında qalacaq, ayrı-ayrı adamın 
yox. Mənim danam Nəziroğlunun yerində otlayıb, bunun üçün qan düşməni 
olmuşuq. Bircə hökumət tez gəlib bu torpağı alsaydı, bizim didişməmizə son 
qoyulardı”. 
Cadar düzü qurtardı. Qabaqda gedən Mehdi kişinin atı lap Xramın qaşında 
dayandı. Başını bir-iki dəfə aşağı-yuxarı silkələyib bərkdən kişnədi. Atın səsi o tay 
meşədə, Səngər dağında əks-səda verib qayıtdı. Loru dərəsinin gecəsi mürgüdən 
diksindi. Yaxınlıqdakı yalçın qayadan qopan bayquş vahimə ilə ulaya-ulaya yox 
oldu. 
Mehdi kişinin üzünün dərisi səyridi, tez atın boynunuu tumarlaya-tumarlaya 
onu oxşadı ki, daha kişnəməsin. 
Səlim yaxın gəlib sakitcə: 
- Ağzını bağla, - dedi, - a Mehdi yeznə, yoxsa... 
- Lazım deyil, Mehdi kişinin səsi titrədi. - Düş atdan, yavaş-yavaş dalımca 
yedəklə, aşağı enək. 
Mehdi kişi çiynini atın boğazına söykəyib, alnını tumarlaya-tumarlaya, sakit, 
qorxaq səslə oxşaya-oxşaya Xramı endilər. Arabir atların ayağı altından qopan daş 
taqqıltı sala-sala ta çaya kimi gedib çatırdı. Daşların hər taqqıltısı Mehdi kişinin 
ürəyinə bir zərbə olurdu. Sol əlini döyünən ürəyinin üstündən götürə bilmirdi. 
Çaya çatanda atın arxasına keçib dal budunu, ayaqlarını əlilə yoxladı. Səlim yaxın 
gəlib: 
- Nə olub, - dedi, - nəyə baxırsan? 
Mehdi kişi deyinə-deyinə: 
- Bir-iki dəfə ayağı bərk sürüşdü, - dedi, - at yaman əziyyət çəkdi, dedim 
bəlkə yaralanıb eləyib. 
Səlim əlini yellədi: 
- Bir şey olmaz, min, çayı keçək, deyəsən, daha qara-qorxudan qurtardıq, 
çatmışıq, - dedi. 
“Daha çatmışıq, qara-qorxudan qurtardıq”. Bu sözlər ona ürək-dirək vermişdi. 
Doğrudanmı, görəsən, qurtardıq. Ürəklə ata sıçradı. Təpinib çaya saldı. Çayı bu 
taya keçib balaca dikdiri çıxdılar. Mehdi kişi atın başını çəkdi. Səlim yaxınlaşıb: 
- Niyə durdun? - deyə soruşdu. 
- O nədi elə qaralan qabaqda? 
- Körpüdü. Nəziroğlunun körpüsünü tanımırsanmı, yoxsa yadından çıxıb? 
Səni qara basır, a kişi... 
- Bəs ondan bir az o yanda ayaq üstə duran? 
- Hansı? - Səlim əyilib zəndlə  irəli baxdı.  - Dağdağandı, 
dağdağan ağacı, görmürsənmi bəyəm?! 
- Zəhrimar necə də adama oxşayır. Sür gedək. Yanımca, bəri sür. 


Top dağın dibindəki cığırla çıxıb gedək. 
- Bir atını saxla, a Mehdi əmi... 
Səksənən kişi atın üstündə dikəlib tez geri baxdı. Ona elə gəldi ki, bu vahiməli səs 
yerin tərkindən çıxdı. Bu səsin həqiqi olduğuna inanmadı. Nəzir körpüsünün 
yanından üzü bəri gələn iki nəfəri görüb ata bərk bir qamçı vurdu. 
Atın götürülməyi ilə güllənin açılmağı bir oldu. Üzü üstə yerə yıxılan at 
çabalayıb toz qaldırdı. Yarımçıq və yazıq səslə kişnədi. Mehdi kişi qurşağacan can 
verən atın meyidi altında qalmışdı. 
Səlim yerində donmuşdu. Daş Salahlı  srafili səsindən dərhal tanıdı. Tüfəng 
ə
lində, Mehdi kişinin üstünə gedə-gedə sərt, acıqlı səslə: 
- A Səlim, səninlə işim yoxdu, - dedi, - çıxıb gedə bilərsən. Səni 
bağışlayıram dostun Qara Omara. 
At zarıya-zarıya nəfəs alırdı. Sağ ayağı atın altında qalan Mehdi kişi dartınıb 
zorla çıxdı. Qucağı qanla dolmuşdu. Atın bədənindən çıxan qanqarışıq ifrat iydən 
öyüdü, güc-bəla ilə dizi üstə oturdu. Tir-tir titrəyir, tərsinə tutduğu tüfənginin 
tətiyini tapa bilmirdi.  srafil lap yaxın gəldi. Onun yoğun gövdəsi, enli kürəyi 
Mehdi kişinin başı üstə duranda daha da vahimələndi, əli əsə-əsə tüfəngi yerə atdı. 
- Qoca kişiyəm, məni öldürmə, günaha batarsan, Allah...  srafil səsi gəldikcə 
bağırdı: 
- Necə  öldürməyim,  bu  axıdılan  günahsız  qanın baisi   sən deyilsənmi? A 
qoca kaftar, bu iki qohum tayfanı bir-birilə vuruşduran sən deyilsənmi? Nə oldu, 
indi qoca oldun? 
srafilin üzünə qalxan tüfəngin səsi boğuq çıxdı. - Səni, səni görüm qanına 
bulaşasan, - deyib, Mehdi kişi zarıdı,  - Yusif, Hüseyn, oğul.... - üzü üstə yerə 
düşdü. Bu, nahaq qanın ikinci qurbanı idi... 
 
12 iyul 1980-ci il,  
Körpülü - Bakı. 
 
SARITEL 
 
Qadın gözəlliyi yüzlərlə kəldən güclüdür. 
Atalar sözü 
 
Sarıtel nənə əsasına dirənə-dirənə evdən çıxdı. Üzü günbatana baxan iki 
otaqlı evinin cəftəsinə qol boyda ağac parçasını keçirib iki addımlıqdakı Sarıtəpəyə 
tərəf getdi. Sağ əlini gözünün üstünə qoyub təpənin aşağılarına diqqətlə baxdı, heç 
nə görmədi.  
- Şahin, ay Şahin, - deyə nəvəsini səslədi. 
Təpənin aşağılarından cır uşaq səsi ona hay versə də, qarı heç nə eşitmədi. 
- Bu uşaq harda qaldı, maşın-zad altına düşər, - öz özünə deyinə-deyinə lap 
təpənin üstünə çıxıb bir tərəfi yağışdan mamır bağlamış balaca sal daşın üstündə 
oturdu. Ömrünü-gününü bu daşın üstündə ağlayan qar; həmişəki kimi ötən günləri 
xatırladı. Qarı yaxına-uzağa baxdıqca olub-keçənləri bir-bir xəyalında canlandırır, 
artıq çoxdan həyatda olmayan adamlarla həmsöhbət olurdu. Bu yolda o, atlı da, 


piyada da, yaxşı da, yaman da görmüşdü. Qarı üçün həyatın ən böyük səhnəsi bu 
yol, bu təpə idi. Bütün kənd onun gözü önündə ovuc içi kimi görünürdü. Körpülü 
kəndinin beş yüz evini burdan saymaq olardı. Burdan o, hansı ailənin tez yatıb-
durduğunu, kimin tüstüsünün düz və əyri çıxdığını da nuru azalmış gözləri ilə 
apaydın görürdü. Gur səsli poçtalyon da sovetliyə adam çağıranda gəlib bu təpəyə 
çıxar, işini əlüstü qurtarıb, qarının keçmiş haqqında söhbətlərini maraqla dinlərdi. 
... Bozalqanlı Aşıq Hüseyn onun ortancıl qardaşının toyuna gələndə Sarıtelin 
on dörd-on beş yaşı ancaq olardı. Atası Paşa xozeyin kənddə sayılan kişilərdən biri 
idi. Ona görə də oğlunun toyuna adlı-sanlı aşıq çağırmışdı. Başqa kənd və 
obalardan dəvət olunan bəylər və rütbəli şəxslər tər tökə-tökə yeyir, arabir qol açıb 
oynamaqdan da qalmırdılar. Yalnız Alışan bəyin kefi açılmır, qaş-qabağı dolan 
bulud kimi sanki yaş tökəcəkdi. O, özlüyündə bu toyu, şadlığı qudurğanlıq sayırdı, 
“Xozeyin Paşa var-dövlətini gözümüzə soxub nümayiş etdirir”, - deyə fikirləşən 
Alışan bəy aşığa sifariş verənləri belə pis, xəbis bir nəzərlə süzüb, hirsindən bığını 
gəmirirdi. 
Gecə keçirdi. Aşıq çoxdan sifarişlərə son qoyub yarıda olduğu məhəbbət 
dastanı ilə camaatı ah-uf elətdirirdi. Yeyib doyan toy adamları acı bir hərisliklə 
aşığa diqqət kəsilmişdi. Məclisin dağılmağının yaxınlaşdığını  hiss  edən Alışan 
bəy bir azdan  gec olacağını duyub qəfıldən ayağa durdu. Hirslə ayağını yerə 
vurub: 
- Şaxla, aşıq, - dedi, - bəsdir, səhərdən baş-beynimizi dəng elədin.  ndi də bir 
qəhrəmanlıq havasında Koroğludan oxu. 
Məclis bir anlıq susdu. Dünya görmüş aşıq heç kefini pozmadan səsini 
alçaldıb sazını bir neçə dəfə astadan dınqıldatdı. Üzünü yanaqları pörtüb qızaran 
Alışan bəyə tutub: 
- Oğul, bəlkə imkan verəsən bu dastanımı bitirim, az qalıb, sonra sənin... 
- Yox! - deyə Alışan bəy qudurğan-qudurğan bağırdı. Kişisən, kişi mahnısı 
oxu. Bəsdir bu ah-uf. 
Yerdən bəylər, toy adamları narazılıq etdi. Uca boylu bir gənc - xozeyin 
Paşanın bacısı oğlu ayağa qalxıb: 
- Gəl, xeyir işimizə qan salma, qonaqsan, qonaq yerində... 
Qəfildən içəri girən xozeyin Paşa bacısı oğlunun çiynindən basıb: 
- Sən otur, oğul, özüm cavab verərəm. Bacısı oğlu heç nə deməyib oturdu. 
Xozeyin hörmətlə və astadan: 
- Oğul, əvvəla, sən burda hamıdan cavansan, bir də ki, kişinin sözünü... 
- Mən dedim, qurtardı, Koroğludan oxusun, yoxsa... 
- Yoxsa, nə olacaq ki... 
Alışan bəy hirslə əlini gümüş dəstəli xəncərinə atdı: 
-  ndi cəsarəti varsa, oxumasın, - deyib oturdu. Hamı bir anlıq susdu. 
Pəncərədən, qapıdan boylanan toy xidmətçiləri, qız-gəlin bir-birinin üzünə baxıb, 
işin pis qurtaracağı barədə astadan təşvişlə pıçıldaşırdılar. Ağsaqqallar da işin 
məğzini bildiyindən qabağa düşməyə cəsarət etmirdilər.  Əhvalat Sarıtellə bağlı 
idi.   ki  dəfə xozeynin qapısına elçi göndərən Alışan bəyə qız verməmişdilər. 
Ə
slində qızın bəyə könlü olduğunu bilən xozeyin vermək istəyirdi, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə