M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

Yaşamadıq - yaşa dolduq, var olduq. 
 
Ürəklərdən xatirələr getmədi, 
Ürəklər də bir-birinə yetmədi! 
Gözlərinə Günyaz səcdə etmədi, 
Ömür ötdü - ömrümüzdən zar olduq! 
 
9 iyul 1978 
 
 
VURĞUNSAYAĞI
11
 
 
Yenə xumarlanıb xəyala dalır – 
Qara qaş altında badamı gözlər! 
Yenə qəsdə durub, yenə can alır – 
Dünyam verəcək badamı gözlər?! 
 
Bir nazik bədəndi - ağ sinəsi var, 
Xoş onun halına, kimə olsa yar! 
Qıyqacı baxışda yaman ovsun var, 
Yolundan eyləyir adamı gözlər. 
 
Kipriyi sürmədi, çənəsi xallı, 
Buxağı ətirli, dodağı ballı. 
A ceyran duruşlu, mələk misallı 
Günyazsız baxacaq yadamı gözlər?! 
 
 
GÖZƏL  DUYMAYAN  
GÖZƏL  NEYLƏ
 
Məhəbbət dediyin çiçəkli bağdı: 
Xəzan bir tərəfdən, bar bir tərəfdən! 
Hicranı, vüsalı dumanlı dağdı: 
Günəş bir tərəfdən, qar bir tərəfdən! 
 
Ağardı saçlarım, ağardı dən-dən, 
O günlər yadıma düşər yenidən!.. 
Beşgünlük dünyada qismətə bax sən: 
Qönçə bir tərəfdən, xar bir tərəfdən! 
                                                 
11
 Qəribə gözləri var idi. Biz getdiyimiz yerə o da gəlerdi. Dostum Hafiz Hüseynov çox üz vurdu ki, bu gözlərə bir 
söz deyim. 
 
      
 
 


 
Baxışın, duruşun yolumdan eylər, 
Gözəli duymayan gözəli neylər?! 
Qorxuram Günyazı daş-qalaq eylər: 
Özgə bir tərəfdən, yar bir tərəfdən. 
 
15 avqust l979 
 
QAYTAR MƏN  ÖZÜMƏ
12
 
 
Gözəlliyin fıtnəsinə uyandan – 
Gecə-gündüz keşik çəkir qaş-qaşa! 
Məhəbbətin ləzzətini duyandan 
Nar məmələr yaman verib baş-başa! 
 
Ovsunlayıb buxaq altda tel məni, 
Məst eyləyib bədən məni, bel məni! 
Qaçırardım qınamasa el məni – 
Uyuşardı uyuşmayan yaş yaşa! 
 
Səni gördüm işıq gəldi gözümə, 
Mən səndəyəm - qaytar məni özümə! 
Ay Günyazım, bəxtim gülə üzümə: 
Məzarımız söykənəydi daş-daşa! 
 
noyabr 1979 
 
 
 
YADIMA DÜŞDÜ 
 
Sinəni gördüm, sinəsi göyçək, 
Dağların qarı yadıma düşdü. 
O göyçək bir cüt məməni görcək, 
Bağların barı yadıma düşdü. 
 
Boyaboy telə bürünüb gərdən, 
Surahi qamət - gül kimi bədən! 
Gəncliklə gəlib gəncliklə gedən 
                                                 
12
 Dostum  Hafiz  H.   Dövlət  bankından  bizim  maaşımızı  almağa  gedib   (kassir 
xəstələnmişdi). Pul verən  qız pasport tələb edib. Hafiz görüb ki, pasportu yanında deyil, 
pulu da almaq lazımdlr. Qızı  yola gətirməkdən ötrü həmin şeri əzbərdən deyib. Qız tələb 
edib ki, şeri yaz  mənə ver, mən də sizin pulunuzu pasportsuz verim. Hafiz bir parça kağıza 
ş
eri köçürüb və beləliklə idarənin maaş pulunu qızdan alıb. 
 


Ömrün baharı yadıma düşdü! 
 
Gözlərə baxdım - gözlərin ala! 
Odunu sən gəl sinəmdə qala... 
Görəndə batıb dodaqlar bala – 
Günyazın yarı yadınaa düşdü... 
 
31 mart 1983 
 
 
ANASINDAN ÖTRÜ 
AĞLAYAN GÖZƏLƏ 
 
Gözlərin hayıfdı, ağlama daha, 
Gözlərin güləndə gözəldi, gözəl! 
Gözyaşın xoş gedər birdən Allaha, 
Ömrümüz onsuz da xəzəldi, gözəl! 
 
Dünyaya anamız gətirib bizi, 
Qoynunda gül kimi bitirib bizi. 
Arzudan arzuya yetirib bizi 
Anamız tanrıdan əzəldi, gözəl! 
 
Analar ölməzdi! Sən ağlama gəl, 
Gəzdirək əllərdə, gəzdirək əl-əl! 
Analar doğuldu dünyadan əzəl – 
Bu dünya sonradan düzəldi, gözəl... 
 
14 iyun 1983 
 
      
 
KÖNLÜMDƏ AÇILAN 
KÖNLÜMDƏ SOLUB 
 
Qocalıq üz verib, kövrəlib ürək, 
Ağlamaq istərəm, gülmək istərəm... 
Dünyamız kövrəkdi, ömrümüz kövrək, 
Yaşamaq istərəm, ölmək istərəm... 
 
Nə mənə “yar” deyib, öymə özünü, 
Nə məndən gizlət sən xumar gözünü... 
Fikrindən keçəni, ürək sözünü 
Gözündən oxuyub bilmək istərəm... 
 
Könlümdə açılan könlümdə solub, 


Göz yaşım gözümdən könlümə dolub... 
Gah dönüb Fərhada, gah Məcnun olub 
Bu dərdi Günyazla bölmək istərəm. 
 
26 iyun 1984 
 
 
DOSTUM CÜMŞÜDÜN 
XORULTUSUNA
13
 
 
(Zarafat) 
 
Qiyamət oğlandı bizim Hacıyev – 
Dostluqda nöqsanı hayıf ki, yoxdu! 
Mahalda tanıyır hər oba, hər ev- 
Pislikdə ad-sanı hayıf ki, yoxdu! 
 
Maşında sürür, o şer də yazır, 
Bir bədbəxt yazığa qəbir də qazır. 
Qafiyə gələndə üslubu azır – 
Yarımçıq dastanı hayıf ki, yoxdu. 
 
Dünyanı götürüb bağı-bağçası, 
Cibində tapılmaz bircə axçası... 
Bakıda villası, kənddə daçası, 
Aranda bostanı hayıf ki, yoxdu. 
 
Astadan danışmaz, əsib guruldar, 
Kefi kök olanda kefi duruldar... 
Arabir yatanda yaman xoruldar- 
Evində məstanı hayıf ki, yoxdu. 
 
Ay Cümşüd, gözünü aç, an Günyazı, 
Sabahı yuxusuz açan Günyazı? 
Sənin xorultundan qaçan Günyazı 
Soruşma bəs hanı? Hayıf ki, yoxdu. 
 
Ahıl Mahmudlu, 
24 oktyabr 1982. 
 
 
                                                 
13
 Həmin gecə ilan vuran yatdı, mən yatmadım. Danı diri tutdum və həmən kənddən qaçdım.  
Yolda misralar öz-özünə yarandı, evimə çatdım doyunca yatdım. Amma Nəyniyəsən  “yazıya pozu yoxdu” 
deyiblər... 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə