M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
GÜNYAZINDA  
DÖZÜMMÜ VAR? 
 
Günahım çox, dilim gödək, 
Danışmağa sözümmü var? 
Di neyləyim, de nə edək, 
Yalvarmağa üzümmü var? 
 
Sənsən mənim eşqim-canım, 
Yalan desəm oda yanım! 
Gözəllərdi dörd bir yanım 
Gör birində gözümmü var? 
 
Dostam sənə əvvəlki tək, 
Nə qəm ye sən, nə fikir çək. 
Döz deməknən, özü göyçək, 
Günyazında dözümmü var? 
 
14 dekabr l979 
 
 
KÖNLÜM ONUN 
D VANƏS  
 
Bir dünyanın yüz dəyəri 
Gözlərində, qaşındadı! 
Bir sevincin yüz kədəri 
Gözlərinin yaşındadı! 
 
Məhəbbətlə oynama çox, 
Ömrün-günün vəfası yox! 
Kipriyindən atılan ox 
Ürəyimin başındadı! 
 
Günyaz, ötmür yarın səsi, 
Könlüm onun divanəsi. 
Nakam eşqin nişanəsi 
Məzarımın daşındadı! 
 
Moskva, 21 sentyabr 1980 
 
 
SON GÖRÜŞÜN  L 
DEY LM  


 
Saçlarında gül nədəndi? 
Gül dediyin tel deyilmi?! 
Məni üzən tül bədəndi – 
Dara çəkən bel deyilmi?! 
 
Bu nə boydu, nə qamətdi? 
Qoynun içi qiyamətdi! 
Ölmüş ruhu cana gətdi – 
Sinən üstü gül deyilmi?! 
 
Dodaqların beçə balı, 
Sevən kəsin qalmaz halı! 
Gözdür salan qeylü-qalı 
“Get-gəl” deyən dil deyilmi?! 
 
nsafa gəl, lalə yanaq, 
Bir alışaq, birgə yanaq! 
Ötənləri bir də anaq: 
Son görüşün il deyilmi?! 
 
Özün mələk, ürəyin daş, 
Nə dost oldun, nə bir sirdaş, 
O Günyazın gözündə yaş 
“Dama-dama göl” deyilmi? 
 
10 dekabr l981 
 
 
ÜRƏY NƏ DEYNƏN BARI 
 
Ay insafsız, heç demirsən 
Gözü yolda qalanım var. 
Axşam-səhər əsən mehdən 
Məni xəbər alanım var. 
 
Nigaranam səndən sarı, 
Ürəyidaş olma barı: 
Yaş da keçir... ömür yarı 
Çiçək kimi solanım var... 
 
Demirsənmi qüssə, kədər 
O yazığı üzdü hədər? 
Məhəbbəti dünya qədər 
Özü Günyaz olanım var?! 


 
27may 1982 
 
 
SƏRRAF  M Ş 
GÜNYAZ GÖZÜ 
 
Ürək gərək sevən kəsdə, 
Sənsiz səbrim, qərarım yox. 
Ş
irin dildə canı istə 
Candan özgə bir varım yox! 
 
Gözlərimdən azıb yuxum, 
Çəkmir yayım, atmır oxum. 
Bir qoşmadı varım, yoxum 
Sözdən özgə dildarım yox. 
 
Sərraf imiş Günyaz gözü, 
Sönən deyil odu, közü... 
Sevib-seçib səni özü, 
Səndən özgə bir yarım yox. 
 
24 dekabr l982 
 
 
 
 
SIĞAL ÇƏKD M QARA TELƏ 
 
 
GAH ZÜLMƏTƏM, 
GAH  ŞIQ 
 
Ovsunlayıb gözlərimi gözlərin, 
Biləmmədim ovsunluymuş gözünmü, 
özünmü? 
Xatirimdə yaxşı qalıb sözlərin – 
lqarına dönük çıxan sözünmü, 
özünmü? 
 
Deyə bilməz mən deyəni hər aşıq, 
Gah toranam, gah zülmətəm, gah işıq! 
Yaranıbdı dünyamıza yaraşıq – 
O saçınmı, o qaşınmı, üzünmü, 
özünmü? 
 
Günyaz kimi könül mülkü talan yox, 


Can üzülüb, canı sənsiz alan yox! 
Köçən köçüb, dörd yanımda qalan yox 
Qəsdə durub fərman verən özünmü, 
gözünmü? 
 
21 yanvar 1982 
 
 
NƏ YAXŞI SEVD Y M 
SƏNSƏN DÜNYADA 
 
Gəlişin dünyaya sevinc gətirdi, 
Çiçəyi açıldı, gülü açıldı, 
Çəməni ətirdi, çölü ətirdi 
Ə
trindən cahana ətir saçıldı. 
 
Günəşi sevindi, Ayı sevindi, 
Ə
ridi şaxtası, donu torpağın. 
Dəryası sevindi, çayı sevindi 
Yaşıla çaldıqca donu yarpağın. 
 
 
Yanında boynunu bükdü bənövşə, 
Öyrəndi sənin tək gözəl olmağı. 
Yasəmən həsədlə baxır həmişə, 
Tərgizə bilməyir açıb-solmağı. 
 
Hər yerdə, hər yanda əmin-amanlıq, 
Qılınclar, qalxanlar pas atıb qalıb. 
Kimsədə görməzsən indi yamanlıq, 
Quşlar da insana meylini salıb. 
 
Nə yaxşı doğuldun! Nə yaxşı varsan! 
Nə yaxşı sevdiyim sənsən dünyada! 
Nə yaxşı gözəlsən! Nə yaxşı yarsan! 
Nə yaxşı ömrümüz getmədi bada. 
 
15 sentyabr 1982 
 
 
 
GÜL ÜSTÜNƏ  
GÜL  ƏLƏND  
 
Lalə güldən çoxaldımı, 


Ömrü başa çata-çatda? 
Lalə güldən çox aldımı, 
Ömrü başa çata-çatda. 
 
Gül üstünə gül ələndi, 
Birdən dünya gül iləndi. 
Demə bülbül gül iləndi 
Ömrü başa çata-çatda. 
 
Nişan alıb sinə-sinə, 
Nişan alıb sinəsin də! 
Ox Günyazın sinəsində 
Ömrü başa çata-çatda. 
 
Oktyabr 1975 
 
  
HANI YARIN, 
HANI GÜLÜN 
 
Dodaq ötmür, dil danışmır, 
Qəlb deyəni göz demirmi? 
Budaq ötmür, gül danışmır 
Tər qönçəni üz, demirmi? 
 
Çəmən açıb çiçəklənir, 
Lalə sünbül ləçəklənir. 
Bütün dünya göyçəklənir 
Məhəbbətdən söz demirmi? 
 
Hanı yarın, hanı gülün? 
Ş
eh bağlayıb yanı gülün... 
Çöllərdə yox sanı gülün – 
Tellərinə düz demirmi? 
 
Tərlan xəyal göylər aşır, 
Möhnətimlə qucaqlaşır. 
Yaxınlaşır, uzaqlaşır – 
Səbrin olsun, döz, demirmi? 
 
nildədi könül sazım: 
Bu möhnətə şer yazım! 
Pıçıldadı: ay Günyazım, 
Ə
lli ötür, yüz demirmi? 
 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə