Növlərin əsl mənşəyi
37
Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan
genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata
yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə
budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?
Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika
elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen
hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif
formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü
daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər
meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da
sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük
əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu
cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin
variasiyalarda belə vəziyyət baş vermir.
Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların
hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində: “bir çox
yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu
düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm”, - demişdi.
28
“Növlərin
mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük
dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək
cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar
nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz
dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı
şəkildə ifadə edir:
Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun
quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında
və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik
görmürəm.
29
Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai
elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr
nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi
aşkar etdi. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün
cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını,
canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli
inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia
etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.
“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman
Makbet bu mövzuda belə deyir:
Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-