M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə72/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   68   69   70   71   72   73   74   75   ...   108

HOMOLOGİYA XƏTASI
221
Homologiyanın genetik və embrioloji müəmması
Homologiya iddiasını təkzib edən kəşf “homoloji” qəbul edilən orqanların, 
demək olar ki, hamısının çox fərqli genetik şifrələr tərəfindən tənzimlənməsidir. 
Məlum  olduğu  kimi,  təkamül  nəzəriyyəsi  canlıların  genlərdə  əmələ  gələn 
təsadüfi və kiçik dəyişikliklərlə, yəni mutasiyalarla inkişaf etdiyini irəli sürür. 
Ona  görə,  bir-birlərinin  yaxın  təkamül  qohumları  hesab  edilən  canlıların 
genetik quruluşları da oxşar olmalıdır. Xüsusilə də oxşar orqanları bir-birinə 
yaxın gen quruluşu tərəfindən tənzimlənməlidir. Halbuki genetik tədqiqatlar 
bu təkamülçü tezislə tamamilə ziddiyyət təşkil edən faktlar ortaya qoymuşdur.
Oxşar orqanlar, əsasən, çox fərqli genetik kodlar (DNT şifrələri) tərəfindən 
müəyyən edilir. Bununla bərabər, fərqli canlıların DNT-lərindəki oxşar genetik 
kodlar da çox fərqli orqanlara uyğun gəlir. Maykl Denton “Təkamül: Böhran 
içində  nəzəriyyə”  (Evolution: A  theory  in  crisis)  adlı  kitabının  “Homologiya 
iddiasının  uğursuzluğu”  (The  failure  of  homology)  başlıqlı  bölməsində  bu 
mövzuya dair bir çox nümunə verir və mövzunu belə xülasə edir:
Homoloji formalar, əsasən, homoloji olmayan genetik sistemlər tərəfindən 
müəyyən edilir və homologiya məfhumuna çox nadir şəkildə embriologiyada 
rast gəlinir.
286
Bu genetik problem məşhur təkamülçü bioloq Qeyvin De Bier tərəfindən də 
dilə gətirilmişdir. De Bier 1971-ci ildə nəşr olunmuş “Homologiya: Həll edilməmiş 
problem” (Homology: An unsolved problem) adlı kitabında bu mövzunu çox 
ətraflı təhlil etmiş və homologiyanın təkamül nəzəriyyəsi baxımından nə üçün 
problem olduğunu belə xülasə etmişdir:
Eyni genlər tərəfindən tənzimlənmədikləri halda, homoloji orqanların, yəni 
eyni formaların ortaya çıxmaları hansı mexanizm nəticəsində ola bilər? Bu 
sualı 1938-ci ildə də verdim və hələ də cavablandırılmayıb.
287
De Bierin bu sözləri söyləməsindən təqribən 30 il keçməsinə baxmayaraq, 
sual hələ də cavabsızdır.
Homologiya iddiasını təkzib edən üçüncü dəlil isə əvvəldə də bildirdiyimiz 
embrioloji inkişafdır. Homologiya məsələsindən təkamülçü tezisin əsaslı hesab 
edilməsi üçün oxşar formaların embrioloji inkişaf prosesləri, yəni yumurtadakı 
və  ya  ana  bətnindəki  inkişaf  mərhələləri  də  paralel  olmalıdır.  Halbuki  oxşar 
orqanların embrioloji inkişaf prosesi hər canlıda bir-birindən fərqlidir. Bioloq 
Pere Alberk də bu mövzu ilə bağlı belə deyir:
Homoloji  orqanların  tamamilə  fərqli  başlanğıc  formalarından  əmələ 
gəldikləri istisnadan çox bir qanundur.
288
Oxşar  orqanların  bir-birinə  heç  bənzəməyən  proseslər  nəticəsində  əmələ 
gəlməsinə inkişaf dövrünün son dövrlərində də çox rast gəlinir. Məlum olduğu 
kimi, bir çox heyvan növü yetkinləşməyə doğru gedən yolda “dolayı inkişaf” 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
222
adlanan  bir  prosesdən,  yəni  sürfə  mərhələsindən  keçir.  Məsələn,  bir  çox 
qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən son dövründə 
dördayaqlı  heyvana  çevrilir.  Bununla  belə,  sürfə  dövründən  keçməyən  və 
birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq birbaşa inkişaf edən 
sözügedən qurbağa növlərinin çoxunun yetkinləri sürfə mərhələsindən keçərək 
inkişaf  edən  digər  qurbağa  növlərindən  demək  olar  ki,  heç  ayırd  edilmirlər. 
Eyni hadisəyə dəniz kirpilərində və digər bəzi buna bənzər növlərdə də rast 
gəlinir.
289
Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlılarn bir ortaq 
əcdaddan  təkamül  yolu  ilə  törədiklərinn  dəlili”  kimi  tərif  etdiyi  homologiya 
anlayışının əslində heç cür bu tərifə dəlil olmadığını göstərir. Homologiya səthi 
baxdıqda  “inandırıcı”  görünən,  amma  hərtərəfli  tədqiq  edildikdə  əsassızlığı 
açıq şəkildə üzə çıxan təkamülçü xətadır.
Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası
Morfoloji  homologiya  iddiasının,  yəni  canlılardakı  forma  bənzərliklərinə 
əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur 
bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə 
bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən 
“tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır.
Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş 
barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu 
etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, 
sincabın  və  ya  meymunun  əl  və  ayaqları  bu  formadadır.  Hətta  quşların  və 
yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur.
Təkamülçülər  isə  bütün  bu  canlıların  bir  ortaq  əcdaddan  gəldiyini  iddia 
etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. Bu 
iddianın elmi əsası olmadığı isə məlumdur.
Əvvəla, bu gün təkamülçülər belə aralarında heç bir təkamül əlaqəsi qura 
bilmədikləri müxtəlif canlı qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu 
qəbul edirlər. Məsələn, təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc 
olunan iki ayrı elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri 
ilə əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə görə, 
beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda bir-birindən 
əlaqəsiz  şəkildə  ortaya  çıxmışdır.
290
  Bu  tapıntı  beşbarmaqlılıq  faktının  “ortaq 
əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir.
Təkamülçü  tezisi  bu  məsələdə  çətinliyə  salan  digər  cəhət  də  sözügedən 
canlıların  həm  ön,  həm  də  arxa  ayaqlarının  beşbarmaqlı  olmasıdır.  Halbuki 
təkamülçü  ədəbiyyatda  ön  və  arxa  ayaqların  bir  “ortaq  əcdaddan”  gəldiyi 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə