M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə69/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   65   66   67   68   69   70   71   72   ...   108

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
213
Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı RNT iki xüsusiyyəti 
daşımalıdır: zülallar olmadan özünün surətini köçürmə xüsusiyyəti və zülal 
sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti.
279
Açıq şəkildə başa düşüldüyü kimi, Orcelin “olmadan olmaz” şərtini qoyduğu 
bu iki kompleks funksiyanı RNT kimi molekuldan gözləmək elmi düşüncəyə 
ziddir. Konkret elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni 
versiyası olan “RNT dünyası” tezisinin qeyri-mümkün ssenari olduğunu ortaya 
qoyur.
Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında sonradan 
əsassızlığı  sübut  edilmiş  məşhur  Miller  eksperimentini  həyata  keçirən  Stenli 
Millerin son dövrlərdə irəli sürülən həyatın mənşəyi haqqındakı nəzəriyyələrin 
olduqca mənasız və alçaldan tərzini bu cür izah edir:
İlk  təcrübəsindən  təqribən  40  il  sonra  Miller  mənə  həyatın  mənşəyi 
tapmacasının  cavabını  tapmağın  özünün  və  ya  başqa  hər  hansı  birinin 
düşündüyündən  daha  çətin  olduğunu  dedi...  Millerin  “mənasız”  və 
ya  “kağız  üzərində  kimya”  adlandırdığı  həyatın  mənşəyi  ilə  bağlı  yeni 
tezislərdən heç təsirlənmədiyi görünür. Bəzi hipotezləri o qədər alçaldan 
tərzdə davrandı  ki,  onlarla  bağlı  fikirlərini  soruşduqda başını  yellədi, ah 
çəkdi  və  güldü,  sanki  bəşəriyyətin  axmaqlığını  anlayırmış  kimi...  Stüart 
Kauffmanın  avtokataliz  nəzəriyyəsi  də  bu  kateqoriyaya  daxildir.  Miller: 
“kompyuterdə düsturlar hesablamaq təcrübə demək deyil”, - deyə cavab 
verdi. Miller elm adamlarının həyatın harada və nə vaxt başladığını qətiyyən 
bilməyəcəklərini də təsdiqlədi.
280
Miller  kimi  həyatın  mənşəyini  təkamül  baxımından  izah  etmək  üçün  ilk 
dəfə cəhd göstərənlərdən olmuş ən coşğun təkamül tərəfdarlarının belə təkamül 
haqqında bu qədər ümidsiz ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti 
açıq şəkildə əks etdirir.
Dizayn təsadüflərlə izah edilə bilərmi?
Buraya  qədər  həyatın  təsadüflər  nəticəsində  meydana  gəlməsinin  qeyri-
mümkün  olduğunu  təhlil  etdik.  Yenə  də  bir  anlıq  bu  qeyri-mümkünlükləri 
mümkün hesab edək: milyon illər əvvəl yaşamaq üçün hər cür xam maddəni əldə 
etmiş bir hüceyrənin meydana gəldiyini və bir yolla “həyat qazandığını” fərz 
edək. Ancaq buradan sonrakı mərhələlər də təkamül nəzəriyyəsinin qarşısında 
başqa  qeyri-mümkünlüklər  çıxarır.  Bu  hüceyrə  bir  müddət  yaşasa  belə,  bir 
gün öləcək və öldükdən sonra ortada heç bir canlı varlıq qalmayacaq, hər şey 
ən  başda  olduğu  kimi  olacaqdır.  Çünki  genetik  sistemi  olmayan  bu  ilk  canlı 
hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra nəsli artmayacaq, 
həyat da onun ölümü ilə birlikdə başa çatacaqdır.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
214
Genetik  sistem  isə  ancaq  DNT-dən  ibarət  deyil.  DNT-dən  bu  şifrəni 
oxuyan  fermentlər  bu  şifrələrin  oxunması  ilə  hazırlanan  məlumat  daşıyıcı 
RNT, məlumat daşıyıcı RNT-nin bu şifrə ilə gedib çoxalmaq üçün bağlanacağı 
ribosom, ribosomda çoxalmada istifadə edilən amin turşularını daşıyan RNT və 
bunun kimi saysız-hesabsız ara funksiyaları yerinə yetirən olduqca kompleks 
fermentlər də eyni mühitdə olmalıdır. Bundan əlavə, bu mühit ancaq hüceyrə 
kimi  lazımlı  bütün  xam  maddə  və  enerji  imkanlarının  olduğu,  hər  tərəfdən 
təcrid edilmiş və tamamilə nəzarətdə saxlanılan bir mühit olmalıdır.
Beləliklə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz 
hüceyrə  kimi  mövcud  olduğu  halda  özünü  çoxalda  bilər.  Bu  da  dünyadakı 
ilk  hüceyrənin  qeyri-adi  dərəcədə  kompleks  quruluşu  ilə  bir  anda  meydana 
gəlməsi deməkdir.
Bəs bir kompleks quruluş bir anda mövcud olmuşdursa, bu nə deməkdir?
Bu sualı bir də bu misalı çəkərək verək: hüceyrəni kompleksliyi baxımından 
qabaqcıl  texnologiyaya  malik  bir  avtomobilə  bənzədək.  (Əslində,  hüceyrə 
motoruna  və  bütün  texniki  təchizatına  baxmayaraq,  avtomobildən  daha 
kompleks və təkmil sistemə malikdir). İndi sual verək: bir gün balta girməyən 
bir meşənin dərinliklərinə gəzintiyə çıxsanız və ağacların arasında son markalı 
bir  avtomobil  görsəniz,  nə  düşünərdiniz?  Görəsən,  ilk  anda  ağlınıza  meşədə 
müxtəlif elementlərin milyon illər ərzində təsadüfən birləşərək belə bir məhsulu 
meydana  gətirməsi  gələrdi?  Avtomobili  təşkil  edən  bütün  xam  maddələr  – 
dəmir, plastik maddə, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə 
edilir.  Amma  bu  vəziyyət  sizə  bu  məmulatların  “təsadüfən”  sintezlənərək, 
sonra da birləşərək belə bir avtomobili əmələ gətirdiyini düşündürərmi?
Əlbəttə, ağlı yerində olan hər normal insan avtomobilin şüurlu dizaynın 
məhsulu olduğunu, onun meşəyə necə gəlib çıxdığını düşünər. Çünki kompleks 
bir  quruluşun  ani  surətdə,  bir  anda,  bütünlüklə  ortaya  çıxması  onun  şüurlu 
dizaynın əsəri olduğunu göstərir.
Kompleks  dizaynların  tamamilə  təsadüflərin  əsəri  olduğunu  düşünmək 
isə  ağılın  hüdudlarını  aşan  bir  inanca  malik  olmaq  deməkdir.  Təkamül 
nəzəriyyəsinin  həyatın  mənşəyi  haqqında  verməyə  çalışdığı  hər  cür  “izah” 
isə bu şəkildədir. Bu həqiqəti qəbul edən səmimi nüfuzlulardan biri, məşhur 
fransız  zooloq  Pier  Pol  Qrassedir.  Qrasse  də  təkamülçüdür,  ancaq  darvinist 
nəzəriyyənin həyatı açıqlaya bilmədiyini müdafiə edir və darvinizmin əsasını 
təşkil edən “təsadüf” məntiqi haqqında bunları deyir:
Şanslı mutasiyaların heyvanların və bitkilərin ehtiyaclarını təmin etməsinə 
inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan da artığını istəyir: 
bircə  bitki,  bircə  heyvan  tamamlanmaq  üçün  minlərlə  faydalı  təsadüfə 
məruz  qalmalıdır.  Yəni  möcüzələr  adi  qaydaya  çevrilməli,  inanılmaz 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə