M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə66/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   62   63   64   65   66   67   68   69   ...   108

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
205
yazılmışdı:
Sidney Foks və digər tədqiqatçılar çox xüsusi isitmə texnikasından istifadə 
edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin 
turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. 
Bununla  belə,  bunlar  canlılardakı  çox  nizamlı  zülallara  heç  bənzəmirlər. 
Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk 
dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların 
parçalanmamaları mümkün deyil.
264
Həqiqətən də Foksun əldə etdiyi “proteinoidlər” həqiqi zülallardan quruluş 
və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında 
mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq vardı.
Habelə  bu  nizamsız  amin  turşusu  yığınlarının  belə  ibtidai  atmosferdə 
yaşama  imkanları  yox  idi.  Dünyanın  o  dövrki  şərtləri  daxilində  yer  üzünə 
gələn sıx ultrabənövşəyi şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici 
fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən 
parçalanmalarına  səbəb  olacaqdı.  Amin  turşularının  ultrabənövşəyi  şüaların 
çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə 
mümkün  deyil.  Bu  faktlar  işığında  elm  adamları  arasında  proteinoidlərin 
həyatın  başlanğıcını  əmələ  gətirən  molekullar  olduğu  fikri  getdikcə  təsirini 
itirdi.
FOKSUN “PROTEİNOİD”LƏRİ
Millerin fikirlərindən təsirlənən Sidney Foks bəzi amin turşularını birləşdirərək 
“proteinoid” adlandırdığı yuxarıdakı molekulları meydana gətirdi. Ancaq bu ya-
rarsız amin turşusu zəncirlərinin canlı orqanizmi meydana gətirən əsl zülallarla 
əlaqəsi yoxdur. Əslində bütün bu səylər canlılar aləminin nəinki təsadüfən, hətta 
laboratoriya şəraitində meydana gələ bilməyəcəyini göstərirdi.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
206
DNT molekulunun mənşəyi
Buraya  qədər  təhlil  etdiklərimizin  göstərdiyi  kimi,  təkamül  nəzəriyyəsi 
molekulyar  səviyyədə  də  çətin  vəziyyətdədir.  Amin  turşularının  mənşəyini 
təkamül  nəzəriyyəsi  heç  cür  açıqlaya  bilmir.  Zülalların  mənşəyi  isə  təkamül 
baxımından daha böyük problemdir.
Ancaq problem sadəcə amin turşuları və zülallarla məhdudlaşmır, bunlar 
sadəcə bir başlanğıcdır. Bunlardan başqa canlı hüceyrəsinin qeyri-adi dərəcədə 
kompleks  quruluşu  təkamül  baxımından  böyük  problemdir.  Çünki  hüceyrə 
amin  turşusundan  əmələ  gəlmiş  zülallardan  ibarət  bir  yığın  deyil,  insanın 
indiyə qədər qarşılaşdığı ən kompleks sistemlərdən biridir.
Canlıların mənşəyini təsadüflərlə açqılamağa cəhd edən təkamül nəzəriyyəsi 
hüceyrədəki  ən  əsas  molekulların  varlığını  belə  əsaslı  izah  edə  bilmirdi,  bir 
tərəfdən də genetika elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT 
və RNT-nin kəşfi nəzəriyyə üçün daha yeni problemlər doğurdu. 1953-cü ildə 
Ceyms  Vatson  və  Frensis  Krik  adlı  iki  elm  adamının  tədqiqatları  DNT-nin 
heyranedici kompleks quruluşunu və yaradılışını gün işığına çıxardı.
Orqanizmdəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT 
adlı  molekul  insan  orqanizminin  tam  quruluş  planını  ehtiva  edir.  Bir  insana 
aid  bütün  xüsusiyyətlərin  məlumatı  xarici  görünüşündən  daxili  orqanların 
formalarına  qədər  DNT-nin  içində  xüsusi  şifrə  sistemi  ilə  qeyd  edilmişdir. 
DNT-dəki məlumat bu molekulu təşkil edən dörd xüsusi molekulun düzülmə 
sırası ilə kodlanmışdır. Nukleotid (və ya azotlu əsas) adlandırılan bu molekullar 
adlarının baş hərfləri olan A, T, Q, S ilə işarə edilirlər. İnsanlar arasındakı bütün 
fiziki fərqlər bu hərflərin düzülmə ardıcıllıqları arasındakı fərqdən irəli gəlir. 
Bu, dörd hərfli əlifbadan ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin 
düzülmə sırası insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. 
Boy,  göz,  saç  və  dəri  rəngi  kimi  xüsusiyyətlərlə  bərabər  orqanizmdəki  206 
sümüyün,  600  əzələnin,  100  milyard  sinir  hüceyrəsinin,  beyin  hüceyrələri 
arasındakı  1000  trilyon  rabitənin,  97.000  km  uzunluğundakı  damarların  və 
100  trilyon  hüceyrənin  planı  bir  hüceyrənin  DNT-sində  mövcuddur.  Əgər 
DNT-dəki  bu  genetik  məlumatı  kağıza  köçürmək  istəsək,  hər  biri  təxminən 
500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana olar. Lakin bu qədər böyük 
məlumat millimetrin yüzdə biri qədər ölçüdəki hüceyrənin ondan çox kiçik 
olan 
nüvəsindəki DNT-sinin genlərində şifrələnmişdir.
DNT təsadüflərlə açıqlana bilməz
Burada  bir  cəhətə  diqqət  edilməlidir.  Bir  geni  təşkil  edən  nukleotidlərdə 
meydana  gələn  bir  düzülüş  səhvi  o  geni  tamamilə  yararsız  hala  salır.  İnsan 


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
207
bədənində  təqribən  30  min  gen  olduğu  nəzərə  alınsa,  bu  genləri  təşkil  edən 
milyonlarla nukleotidin düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə 
qeyri-mümkün olduğu məlum olar. Təkamülçü bioloq Frenk Seylsberi  bu qeyri-
mümkünlüklə bağlı belə deyir:
Orta  ölçüdəki  bir  zülal  molekulu  təqribən  300  amin  turşusundan  təşkil 
olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid 
var.  Bir  DNT  zəncirində  dörd  növ  nukleotid  olduğu  nəzərə  alınsa,  1000 
nukleotiddən  ibarət  bir  ardıcıllıq  4
1000
  fərqli  şəkildə  ola  bilər.  Kiçik  bir 
loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağılın qavrama həddinin 
çox fövqündədir.
265
4
1000
–də 1 “kiçik bir loqarifm hesablaması” nəticəsində 10
600
-də 1 deməkdir. 
Bu say 10-un yanına 600 sıfır əlavə edilməsiylə əldə edilir. 10-un yanında 12 
dənə sıfır 1 trilyonu ifadə edir, 600 dənə sıfır əlavə edilərkən əldə edilən rəqəmin 
qavranması həqiqətən qeyri-mümkündür.
Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirmələrinin 
qeyri-mümkünlüyünü fransız təkamülçü elm adamı Pol Oqer də belə ifadə edir:
Təsadüfi  kimyəvi  reaksiyalar  nəticəsində  nukleotidlər  kimi  mürəkkəb 
molekulların  əmələ  gəlməsilə  bağlı,  məncə,  iki  mərhələni  bir-birindən 
fərqləndirməliyik: tək-tək nukleotidlərin hazırlanması (bu bəlkə mümkün 
ola bilər) və bunların  xüsusi ardıcıllıqla bir-birinə bağlanmaları. Məhz bu 
Uatson və Krik DNT-nin quruluşunu kəşf etdikdə canlılar aləminin əvvəl-
lər zənn edildiyindən daha mürəkkəb olduğunu ortaya qoydu. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə