M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə65/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   61   62   63   64   65   66   67   68   ...   108

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
203
həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks olduğu 
nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə ölü 
maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər 
böyükdür  ki,  necə  təkamül  keçirdiyini  təsəvvür  etmək  belə  bizim  üçün 
çətindir.
262
İbtidai dünya mühiti və zülallar
Təkamülçü mənbələrdə amin turşularının mənşəyi problemi buraya qədər 
sadaladığımız bütün əsassızlıqlarına baxmayaraq, Miller eksperimenti ilə ört-
basdır edilməyə çalışılır. Bu tutarsız təcrübə ilə sözügedən problemin çoxdan 
həll olunduğu şəklində təsəvvür verərək təkamül nəzəriyyəsinin içinə düşdüyü 
çıxılmaz vəziyyətlər gizlədilməyə çalışılır.
Ancaq həyatın mənşəyini təsadüflərlə açıqlama cəhdinin ikinci mərhələsində 
təkamül  nəzəriyyəsini  amin  turşularından  daha  böyük  problem  gözləyir: 
zülallar. Yəni yüzlərlə fərqli amin turşusunun müəyyən ardıcıllıqla bir-birlərinə 
bağlanaraq əmələ gətirdikləri canlıların tərkib hissələri.
Zülalların  təbii  şərtlərdə  təsadüfən  əmələ  gəldiklərini  irəli  sürmək  amin 
turşularının təsadüfən əmələ gəldiklərini irəli sürməkdən daha ağılsız iddiadır. 
Amin turşularının zülalları əmələ gətirmək üçün uyğun ardıcıllıqlarda təsadüfən 
birləşmələrinin  riyazi  cəhətdən  qeyri-mümkünlüyünü  əvvəlki  səhifələrdə 
ehtimal hesablamaları ilə təhlil etmişdik. Ancaq zülalın əmələ gəlməsi kimyəvi 
cəhətdən də ibtidai dünya şərtləri daxilində mümkün deyil.
Zülalların suda sintezlənməsi problemi
Əvvəlki  səhifələrdə  də  bildirdiyimiz  kimi,  amin  turşuları  zülal  əmələ 
gətirmək  üçün  kimyəvi  cəhətdən  birləşərkən  aralarında  “peptid  rabitəsi” 
deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.
Bu vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü 
izahatı əsassız edir. Çünki kimyada Le Şatelye Prinsipi kimi tanınan bir qanuna 
görə  reaksiya  nəticəsində  su  əmələ  gəlirsə,  bu  reaksiyanın  (kondensasiya 
reaksiyası) su ehtiva edən mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu 
cür reaksiyanın baş verməsi kimyəvi reaksiyalar daxilində “baş vermə ehtimalı 
ən az olan”dır.
Beləliklə,  təkamülçülərin  həyatın  başladığı  və  amin  turşularının  əmələ 
gəldiyi yerlər kimi bildirdikləri okeanlar amin turşularının birləşərək zülalları 
əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir.
263
Digər  tərəfdən,  təkamül  tərəfdarlarının  bu  həqiqət  qarşısında  iddialarını 
dəyişdirib  ibtidai  həyatın  quruda  əmələ  gəldiyini  irəli  sürmələri  də  qeyri-
mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən amin turşularını 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
204
ultrabənövşəyi  şualardan  qoruyacaq  yeganə  mühit  dənizlər  və  okeanlardır. 
Amin  turşuları  quruda  ulrtrabənövşəyi  şüalar  tərəfindən  parçalanırlar.  Le 
Şatelye Prinsipi isə amin turşularının dənizlərdə əmələ gəlməsi iddiasını təkzib 
edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır. 
Foks eksperimenti
Əvvəlki  səhifədə  açıqladığımız  müəmma  ilə  üz-üzə  qalan  təkamülçü 
tədqiqatçılar  bütün  nəzəriyyələrini  alt-üst  edən  bu  “su  problemini”  həll 
etmək üçün müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən 
məşhuru olan Sidney Foks problemi həll etmək üçün çox qəribə nəzəriyyə irəli 
sürdü. Onun fikrincə, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal 
sonra  bir  vulkanın  yanındakı  qayalıqlara  sürükləniblər.  Sonra  da  tərkibində 
amin turşuları olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. 
Beləliklə,  “quruyan”  amin  turşuları  zülalları  əmələ  gətirmək  üçün  birləşə 
bilərlər.
Lakin  bu  “qarışıq”  çıxış  yolu  da  o  qədər  mənimsənilmədi.  Çünki  amin 
turşuları Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə 
bilməzdilər.  Aparılan  araşdırmalar  amin  turşularının  yüksək  temperaturda 
dərhal məhv olduqlarını üzə çıxarmışdır.
Ancaq  Foks  həvəsdən  düşmədi.  Laboratoriyada  “çox  xüsusi  şərtlər 
daxilində”  saflaşdırılmış  amin  turşularını  quru  mühitdə  isidərək  birləşdirdi. 
Amin  turşuları  birləşdirilmişdi,  ancaq  zülallar  yenə  əldə  edilə  bilmədi.  Əldə 
etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız amin turşuları halqaları 
idi və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks amin turşularını 
eyni  temperaturda  saxlamağa  davam  etsəydi,  əmələ  gəlmiş  yararsız  amin 
turşusu halqaları yenidən parçalanacaqdı.
Təcrübəni  əsassız  edən  başqa  bir  cəhət  isə  Foksun  daha  əvvəl  Miller 
eksperimentində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə 
edilən saf amin turşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinn davamı 
iddiasındakı təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, 
nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından 
istifadə etmədi.
Foksun  sözügedən  təcrübəsi  təkamülçü  dairələrdə  belə  çox  müsbət 
qarşılanmadı.  Çünki  Foksun  əldə  etdiyi  yararsız  amin  turşusu  zəncirlərinin 
(proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə 
canlıların  tərkib  hissəsi  olan  zülallar  hələ  də  əldə  edilməmişdi.  Zülalların 
mənşəyi  problemi  əvvəldə  olduğu  kimi  hələ  də  həll  edilməmişdi.  Məşhur 
elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə (Chemical engineering news) 
o  dövrdə  dərc  edilən  bir  məqalədə  Foksun  keçirdiyi  təcrübə  haqqında  belə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə