HƏYATIN GERÇƏK MƏNŞƏYİ
194
Bütün bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın
əmələ gəlməsini açıqlama mərhələsində çətinliyə düşür.
Təkamül nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz
də nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:
Təhlil etdiyimiz növdən olan “şanslı” hadisə o qədər qorxunc dərəcədə
ehtimaldan kənar olacaqdır ki, kainatın hər hansı bir yerində baş vermə
şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu ancaq
kainatın hər hansı bir yerindəki bir planetdə baş vermişdirsə, bu, bizim
planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.
250
Təkamül nəzəriyyəsinin nüfuzlu tərəfdarlarının birinin bu cür mövqeyi
nəzəriyyənin təməl məntiqinin səhv olduğunu çox açıq şəkildə əks etdirir.
Dokinzin “Qeyri-mümkünlük dağına dırmaşmaq” adlı kitabında yazdığı
yuxarıdakı ifadələri təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül
də baş vermişdir” şəklindəki heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə
nümunədir.
Göründüyü kimi, ən mühafizəkar təkamül tərəfdarları belə təkamül
nəzəriyyəsinin canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf
edirlər. Ancaq çox maraqlıdır ki, bu vəziyyət qarşısında müdafiə etdikləri
nəzəriyyənin həqiqətdən kənar olduğunu qəbul etmək əvəzinə, ehkamçı
yanaşma ilə təkamülə bağlanmağı üstün tuturlar. Bu, tamamilə ideoloji
mühafizəkarlıqdır.
Təbiətdə təcrübə-yanılma mexanizmi varmı?
Nəticə olaraq buraya qədər bəzi nümunələrini sadaladığımız ehtimal
hesablamalarının əsas məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək
lazımdır: yuxarıda hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ
gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və
təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində təbiətdə
bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və
yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.
500 amin turşusundan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək
üçün verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən)
sınama və yanılma mühiti üçün keçərlidir. Yəni şüurlu bir gücün təsadüfən 500
amin turşusunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-
tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın
əldə edilmə ehtimalı 10
950
-də 1-dir. Hər sınamada amin turşuları tək-tək ayrılıb
yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500 min turşusu da
əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq amin
turşusunun qarışmasının qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlmədiyinə
MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
195
Zülal sintezi:
Ribosom RNT-ni oxuyub və buradakı
məlumata görə amin turşuları ardıcıl
şəkildə düzür. Şəkildə val, cys və
ala amin turşularının ribosom
və daşıyıcı RNT tərəfindən
ardıcıl düzülməsi görünür.
Təbiətdəki bütün zülallar bu
həssas əməliyyatla yaradılır. “
Təsadüfən” əmələ gələn zülal
yoxdur.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
196
baxılmalı, əmələ gəlmədikdə hamısının ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır.
Habelə hər sınama əsnasında araya başqa heç bir yad kimyəvi maddə də
qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500 halqaya çatmadan
parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz ehtimallar
əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “amin
turşularının seçilməsinin” təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə
baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil.
Ona görə, təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.
Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın
əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “amin turşuları
reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdənkənar məntiq
irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar
ancaq sadə birləşmələr əmələ gətirirlər. Onların say və növü də müəyyən
və məhduddur. Daha kompleks kimyəvi maddə əldə etmək üçün böyük
fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik
həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar
isə sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa
malikdir. Ona görə, hər hissəsinin yerli-yerində və planlı şəkildə yerləşməsi
lazım olan mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi
kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil.
Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub
yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz
edək. Ancaq bu zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə
düşür.
Çünki bu zülal məhv olmaq üçün dərhal mövcud olduğu təbii mühitdən
izolyasiya edilib çox xüsusi şərtlərdə qorunmalıdır. Əks təqdirdə bu zülal
yer üzündəki amillərin təsiri ilə dərhal parçalanar və ya başqa turşular, amin
turşuları və ya digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirər, yararsız,
tamamilə başqa maddəyə çevrilər.
Diqqət edilsə, buraya qədər nəzərdən keçirdiyimiz mövzu ancaq bir zülalın
təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olması ilə bağlıdır. Halbuki təkcə
insan bədənində təqribən 100.000 fərqli növdə zülal funksiya yerinə yetirir.
Habelə məlum olan 1.5 milyon canlı növü var və hələ on milyon qədərinin
mövcud olduğu hesab edilir. Bir çox zülal müxtəlif həyat şəraitində istifadə
edilsə də, bütün bitki və heyvan aləmində 100 milyon və ya daha çox zülal
növü var. Bu günə qədər nəsli kəsilmiş milyonlarla növ isə bu hesaba daxil
deyil. Yəni yer üzündə yüz milyonlarla fərqli zülal şifrəsi mövcud olmuşdur.
Bir zülalın təsadüflərlə açıqlana bilmədiyi nəzərə alınsa, yüz milyonlarla fərqli
zülal şifrəsinin nə məna ifadə etdiyi başa düşülər.
Dostları ilə paylaş: |