HƏYATIN GERÇƏK MƏNŞƏYİ
190
Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir:
Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gəldiyi o qədər
aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi
qəribə gəlir. Bunun (qəbul edilməməsinin)
səbəbi elmi deyil, psixolojidir.
247
“Science news”-un 1999-cu yanvar sayında dərc olunan bir məqaləsində
də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama
verilmədiyi belə bildirilir:
Heç kim indiyə qədər geniş şəkildə yayılmış amin turşularının zülallara
necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın
fərz edilən şərtləri amin turlşularını izolyasiya edilmiş təkliyə sürükləyəcək
şəkildədir.
248
Sol əlli zülallar
Zülalın əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin
qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək.
Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin
turşularının uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların
tərkibindəki 20 növ amin turşusundan hər biri ancaq “sol əlli” olmalıdır.
Sitoxrom-C zülalının üç öl-
çülü mürəkkəb quruluşu.
Bu struktur daxilinidə
kicik dairələrlə təmsil
edilən amin turşularının
sıralanmasındakı ən kiçik
fərq zülalı yararsız hala
salar.