M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə57/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   53   54   55   56   57   58   59   60   ...   108

İNSANIN MƏNŞƏYİ
179
qalıqlar üzərində sınamaq istədi. Bu metod Piltdaun adamı qalığı üzərində də 
sınaqdan keçirilir. Nəticə çox təəccüblü olur. Aparılan testdə Piltdaun adamının 
çənə  sümüyündə  flor  olmadığı  aydın  oldu.  Bu,  çənə  sümüyünün  torpağın 
altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flor ehtiva edən 
kəllənin  isə yalnız bir neçə min il yaşı  olmalıydı. 
Flor  metoduna  əsaslanan  sonrakı  xronoloji  araşdırmalar  kəllənin  sadəcə 
bir  neçə  min  illik  olduğunu  ortaya  qoydu.  Çənə  sümüyündəki  dişlərin  isə 
süni  olaraq  aşındığı,  qalıqların  yanına  əlavə  edilən  primitiv  əl  alətlərinin  isə 
polad alətlərlə yonulmuş adi suvenir tipli əşyalar olduğu aydın oldu. Vaynerin 
etdiyi analizlərlə bu saxtakarlıq 1953-cü ildə qəti olaraq ortaya qoyuldu. Kəllə 
500  yaşında  bir  insana,  çənə  sümüyü  isə  yenicə  ölmüş  oranqutana  aid  idi!  
Dişlərin insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq 
əlavə  olunmuş  və  oynaq  yerləri  də  hamarlanmışdı.  Daha  sonra  da  bütün  
hissələr qədimi görüntü yaratmaq üçün kalium-dixromat ilə ləkələndirilmişdi. 
Sümüklər  turşuya  batırıldığında  bu  ləkələr  itirdi.  Saxtakarlığı  ortaya  qoyan 
qrupdan Le Qros Klark: “Dişlər üzərində süni şəkildə qədimilik təəssüratı 
vermək cəhdləri o qədər bilinir ki, necə olub ki, bu izlər diqqətdən qaçıb?”, 
-  deyərək  təəccübünü  gizlədə  bilmirdi.
235
  Bütün  bunlardan  sonra    “Piltdaun 
adamı” 40 ildən çox nümayiş etdirildiyi  “British Museum”dən tələm-tələsik 
çıxarıldı. 
Piltdaun  adamı  qalığı  40  il  boyunca  insanın  təkamülü  iddiasının  ən 
böyük dəlili olaraq qəbul edildi. Təkamülçü poleontoloqlar kəllə sümüyündə 
təkamülə bir sıra sübut tapdıqlarını iddia edirdilər. Qalığın saxtakarlıq olduğu 
isə sonradan ortaya çıxdı.
Nebraska adamı qalmaqalı
1922-ci  ildə  Amerika  Təbiət  Tarixi  Muzeyinin  direktoru  Henri  Feirfild 
Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieosen dövrünə aid azı 
dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya görə, insan və meymunların ortaq 
xüsusiyyətlərini  daşıyırdı.  Çox  keçməmiş  mövzu  ilə  əlaqədar  çox  dərin  elmi 
qalmaqallar  başladı.  Bəziləri  bu  dişi  Pitekantrop erectus  adlandırdılar,  bəziləri 
isə bunun insana daha yaxın olduğunu dedilər. Böyük mübahisələrə səbəb olan 
bu daşlaşmış qalığa “Nebraska adamı” adı verildi. Elmi don geyindirmək üçün 
dərhal “elmi” ad da qoyuldu: Hesperopithecus haroldcooki.
Bir  çox  təkamülçü  Ozbornu  dəstəklədi.  Bircə  dişə  əsaslanaraq  Nebraska 
adamının  kəlləsi  və  bədəninin  rəsmləri  çəkildi.  Hətta  bir  az  da  irəli  gedərək 
Nebraska  adamının,  həyat  yoldaşının  və  uşaqlarının  təbii  mühitdə  ailəvi 
şəkilləri də dərc olundu.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
180
Bütün  bu  ssenarilər  bircə  dənə  dişə  görə  uyduruldu.  Təkamülçü 
dairələr  bu  “xəyali  adamı”  o  dərəcə  mənimsədilər  ki,  Uilyam 
Brayen  adlı  bir  tədqiqatçı  bircə  azı  dişinə  əsaslanaraq  bu  qədər  qəti 
qərarların  verilməsinə  qarşı  çıxdıqda  hər  cür  tənqidə  məruz  qaldı. 
Lakin  1927-ci  ildə  skeletin  digər  hissələri  tapıldı.  Məlum  oldu  ki,  bu  diş 
nə  meymuna,  nə  də  insana  aiddir.  Diş  “prosthennops”  adlı  vəhşi  Amerika 
donuzunun nəsli kəsilmiş bir cinsinə aid imiş. 
“Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər verdiyi məqaləsinin 
başlığı  belə  idi:  “Belə  görünür  ki,  Hesperopithecus  nə  meymundur,  nə  də 
insan”
236
 Nəticədə Hesperopithecus haroldcookinin və “ailəsi”nin bütün şəkilləri 
dərhal elmi ədəbiyyatdan çıxarıldı. 
Nəticə
Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar 
və ön mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha 
çox  ideologiya  olduğunu  göstərir.  Hər  bir  ideologiyada  olduğu  kimi,  bu 
ideologiyanın  da  fanatik  tərəfdarları  var  və  bunlar  təkamülü  nəyin  bahasına 
olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar 
ki,  əllərinə  keçən  hər  yeni  kəşfi,  təkamüllə  heç  bir  əlaqəsi  olmadığı  halda, 
nəzəriyyəyə  böyük  dəlil  hesab  edirlər.  Şübhəsiz,  bu,  elm  adından  deyilən 
böyük  yalandır;  çünki  elm  dünyasının  əsassız  bir  doqma  uğrunda  səhv 
istiqamətləndirildiyini göstərir.
Skandinaviyalı elm adamı Soren Lovtrup isə “Darvinizm: bir əfsanənin təkzibi” 
Nebraska adamı və 
ona ad qoyan Henri 
Fairfeld Osborn


İNSANIN MƏNŞƏYİ
181
(Darwinism: The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir:
“Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının 
böyük bir uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir: 
uzun zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə 
edir: “adaptasiya”, “seleksiya təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra 
da bu mübahisələrlə təbiət hadisələrini izah etdiklərini zənn edirlər. Amma əslində 
heç bir izah vermirlər... İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən 
böyük yalan kimi tanınacaq”.
237
Darvinizmin  “elm  tarixindəki  ən  böyük  yalan”  olduğunun  ən  əsas 
sübutlarından bəziləri isə molekulyar biologiyadan gəlir.
Ota benqa: qəfəsə qoyulan afrikalı yerli
Darvin  “İnsanın  mənşəyi”  adlı  kitabı  ilə  insanın  meymunabənzər 
canlılardan  təkamüllə  əmələ  gəldiyini  iddia  etdikdən  sonra  bu  ssenarini 
dəstəkləyən fosil axtarışına başlandı. Ancaq bəzi təkamülçülər “yarı meymun, 
yarı insan” canlıların yalnız fosillərdə deyil, dünyanın müxtəlif yerlərində canlı 
tapılacağına da inanırdılar. 20-ci əsrin əvvəllərində bu “canlı ara keçid forması” 
axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən biri Ota benqa adlı 
piqmeyin hekayəsi idi. 
Ota benqa 1904-cü ildə Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən 
Konqoda tutulmuşdu. Adı öz dilində “dost” mənasını verən bu yerli evli və 
iki uşaq atası idi. Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a 
aparıldı. Buradakı təkamülçü alimlər  Müqəddəs Luis Dünya Sərgisində onu 
müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq “insana ən yaxın ara 
keçid forma” kimi nümayiş etdirdilər. İki il sonra isə Nyu Yorkdakı Bronks 
zooparkına  apardılar  və  bir  neçə  şimpanze,  Dina  adlı  qorilla  və  Dohunq 
adlı oranqutan ilə birlikdə “insanın qədim əcdadları” adı altında nümayiş 
etdirdilər.  Zooparkın  təkamülçü  müdiri  dr.  Uilyam  T.Hornadey  bu  nadir 
“ara  keçid  forması”nın  zooparkda  olmasının  ona  verdiyi  şərəf  haqqında 
uzun-uzun  danışmış,  ziyarətçilər  də  qəfəsə  qoyulan  Ota  benqaya  heyvan 
kimi münasibət göstərmişdilər. Ota benqa  məruz qaldığı münasibətə dözə 
bilməyərək  intihar  etmişdi.  (Philips  Verner  Bradford,  Harvey  Blume,  Ota 
Benga: The Pygmy en The Zoo, New York: Delta Books, 1992)
Piltdaun adamı, Nebraska adamı yaxud Ota benqa... Bütün bu qalmaqallar 
təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün hər cür elmdənkənar 
üsula əl atmaqdan  çəkinmədiklərini göstərir. Şüurlu şəkildə “insanın təkamülü” 
əfsanəsinin  digər  “dəlillərinə”  baxdıqda    yenə  də  buna  bənzər  vəziyyətlə 
qarşılaşarıq: ortada tamamilə cəfəng olan hekayə və bu hekayəni dəstəkləmək 
üçün hər yola müraciət edən könüllülər ordusu var.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə