HƏYATIN GERÇƏK MƏNŞƏYİ
166
eyni üz quruluşuna malik olan insanların 800 min il əvvəl də yaşadıqlarını
göstərirdi.
Bu fosil Qran Dolina tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə
insa nın təkamülü haqqındakı inanclarını sarsıtmışdı. Ferreras belə deyirdi:
“Böyük, geniş, qabarıq, yəni primitiv bir şeylə qarşılaşacağımızı ümid
edirdik. 800.000 il yaşı olan bu uşağın Turkana Uşağı kimi bir şey olmasını
gözləyirdik. Amma bizim tapdığımız tamamilə müasir bir üz idi... Bunlar sizi
sarsıdan faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və
gözəl hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz
bir şeyi keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq
kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Alt Pleystosen
təbəqələrində maqnitofonlar, kasetlər tapmağı gözləmirik, ancaq 800 min
illik “müasir” üz tapmaq da bunun kimi bir şeydir. Onu gördükdə çox
heyrətlənmişdik.
215
Bu fosil
Homo sapiens tarixinin 800 min il geriyə çəkilməsinin lazım
olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən
sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün
nəsil ağacına əsasən, 800 min il əvvəl
Homo sapiens yaşamamalıydı. Ona görə,
Homo antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu
ardıcıllığa daxil etdilər.
Daxmalar və ayaq izləri
Bu günə qədər kəşf edilən bir çox tapıntı
Homo sapiensin tarixinin 800 min
ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likeyin 1970-ci
İspaniyanın Atapuerka dağında tapılan kəllə
sümüyü bügünkü insanlarla eyni üz qurulu-
şuna sahib insanların 800 min il əvvəl yaşa-
dıqlarını göstərirdi.
İNSANIN MƏNŞƏYİ
167
illərin əvvəllərində Olduvay Qorcdakı tapıntıları idi. Likey buradakı Bed II
təbəqəsində
Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni anda
bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı Likeyin
eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Likey burada daşdan tikilmiş
bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu idi ki,
Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız
Homo
sapienslər tikə bilərdi! Yəni Likeyin tapıntılarına görə
Australopithecus, Homo
habilis, Homo erectus və bugünki insan bundan təxminən 1,7 milyon il əvvəl
bir yerdə yaşamış olmalıydılar.
216
Bu həqiqət, əlbəttə, bugünki insanların
Australopithecus adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən
təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.
Əslində indiyə qədər bugünki insanların izlərini 1,7 milyon ildən daha
qədimə aparan tapıntılar ələ keçdi. Bu tapıntıların ən əsası Meri Likey tərəfindən
1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu
izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünki insanın ayaq
izlərindən qətiyyən fərqlənmirdi.
Meri Likeyin aşkar etdiyi bu ayaq izləri daha sonra Don Cohanson və Tim
Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən də araşdırıldı. Əldə edilən
Atapuerkada tapılan fosilə əsaslanaraq rekonstruksiya edilən kəllə sümüyü
ilə bügünkü insana aid kəllə sümüyü demək olar tamamilə eynidir.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
168
nəticələr eyni idi. Uayt belə yazırdı:
“Qətiyyən şübhəniz olmasın... Bunlar bugünki insanın ayaq izlərindən
qətiyyən fərqlənmir. Əgər bu izlər bu gün hər hansı Kaliforniya çimərliyində
tapılsaydı və bir uşaqdan bunların nə olduğu soruşulsaydı, heç tərəddüd
etmədən burada bir insanın gəzdiyini söyləyərdi. Bunları qumsalda olan
yüzlərlə digər insan ayaq izindən ayıra bilməzdi. Heç siz də ayırd edə
bilməzdiniz”.
217
Şimali Kaliforniya Universitetindən Luis Robins isə ayaq izlərini
araşdırdıqdan sonra belə deyirdi:
“Ayaq qövsü hündürdür, kiçik ölçülü insanın ayağı mənimkindən daha
hündürdür, yəni barmaqlar insan barmaqlarıyla eyni şəkildə yeri örtür.
Bunu başqa heyvan növlərində görə bilməzsiniz”.
218
Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar, bunun
adi bir insan, həm də bugünki insan (
Homo sapiens) izi kimi qəbul edilməsini
tələb edirdi. Ayaq izlərini araşdıran Rasel Tatl belə yazırdı:
“Bu izlər ayağı yalın
Homo sapiens tərəfindən buraxılmalıdır... Aparılan bütün
morfoloji tədqiqatlar bu izləri buraxan canlının ayağının günümüzdəki
insan ayağından fərqli olmadığını göstərir”.
219
Bitərəf araşdırmalar ayaq izlərinin əsl sahiblərini də müəyyən etdi: ortada 10
yaşında bir insanın 20 ədəd və daha az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi
vardı. Bunlar tamamilə bizim kimi normal insanlar idi.
Bu vəziyyət Laetoli ləpirlərini on illərlə müzakirə mövzusuna çevirdi.
Təkamülçü paleoantropoloqlar insanın 3,6 milyon il əvvəl yer üzündə yeriyə
bildiyini qəbul edə bilmir və buna dair izah verməkdə çətinlik çəkirdilər. 90-
cı illərdə bu “izah” formalaşdı. Təkamülçülər bu izlərin bir
Australopithecusa
məxsus olduğuna qərar verdilər; çünki bundan 3,6 milyon il əvvəl
Homo
növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rasel Tatl 1990-cı il
tarixli bir məqaləsində belə yazırdı:
“Nəticədə Laetoli G ərazisindəki 3,5 milyon illik ayaq izləri bugünki
insanların izlərinə çox bənzəyir. Bu tapıntı izləri qoyan canlıların bizdən
daha pis və ya fərqli yeriyən canlı olduğunu göstərir. Əgər ayaq izləri bu
qədər qədim olmasaydı, bunların da bizim kimi adi
Homo növü tərəfindən
qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik... Amma
yaş problemi səbəbi
ilə bu ləpirlərin Lusi fosili ilə eyni növə, yəni
Australopithecus afarensis
növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etməliyik”.
220
Qısaca desək, 3,6 milyon illik bu ayaq izlərinin
Australopithecusa aid
olması qeyri-mümkün idi. Ayaq izlərinin
Australopithecusa aid olduğuna dair
fikir yaranmasının səbəbi isə sadəcə olaraq fosillərin tapıldığı 3,6 milyon illik
vulkanik təbəqə idi. Bu qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini