İNSANIN MƏNŞƏYİ
165
“Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana bənzər)
cığırı varsa, bu halda, bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri
digərindən törəyə bilməz. Həmçinin, birini digəriylə müqayisə etdikdə, təkamül
trendi göstərmirlər”.
211
Homo erectusdan
Homo sapiensə doğru getsək, yenə də ortada hər hansı soy
ağacının olmadığını görərik.
Homo erektusun və
Homo sapiens arxaikin bundan
27
min il əvvələ, hətta 10 min il əvvələ qədər yaşadıqlarını göstərən kəşflər var.
Avstraliyada Kow bataqlığında 13 min illik
Homo erektusa aid kəllə sümüyü
tapılmışdır.
212
Bu mövzuda ortaya çıxan ən maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava
adasında tapılan 30 min illik
Homo erectus,
Neandertal və
Homo sapiens qalıqlarıdır.
“The New York times” qəzeti ön səhifəsində bu qalıqlar haqqında yazdığı
xəbərdə:
“Bir neçə on il əvvələ qədər elm adamları insanın formalaşmasını bir növdən
başqasına doğru irəliləyən xətti ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni
dövrdə və ya bölgədə birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü”, - deyə
yazmışdır.
213
Sözügedən kəşf insanın mənşəyi
haqqında ortaya atılan “təkamül
ağacı”nın əsassız olduğunu bir daha göstərir.
Homo sapiensin gizli tarixi
Bütün bu araşdırdıqlarımızla bərabər təkamülçülərin xəyali nəsil ağacını
kökündən məhv edən ən mühüm həqiqət isə
Homo sapiens, yəni bugünkü insanın
tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan
təxminən bir milyon il əvvəl də eynilə bizim kimi
Homo sapiens insanlarının
yaşadıqlarını göstərir.
Bu mövzudakı ilk tapıntılar məşhur təkamülçü paleoantropoloq Luis
Likeyə aid idi. Likey 1932-ci ildə Keniyada Viktoriya gölü yaxınlığındakı
Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi olmayan
və Orta pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta pleystosen
dövrü bundan bir milyon il əvvələ gedib çıxır.
214
Bu kəşflər təkamül ağacını
(nəsil ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən
rədd edildi. Amma Likey fikrinin doğru olduğunu həmişə müdafiə etdi.
Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci ildə İspaniyada tapılan yeni
bir fosil
Homo-sapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya
qoydu. Sözügedən fosil Madrid Universitetindən üç ispan paleoantropoloq
tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında
tapıldı. Fosil bugünkü insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı
uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi.
“Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi.
İspaniyanın Atapuerka ərazisində tapılan üz sümüyü bugünkü insanlarla