M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə48/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   44   45   46   47   48   49   50   51   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
150
Amerikalı antropoloq Holi Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də 
Homo habilisin əslində “homo”, yəni insan deyil, meymun olduğunu göstərdi. 
Smith  Australopithecus,  Homo  habilis,  Homo  erectus  və  Homo  neandertalensis 
növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi:
Dişlərin  inkişafı  və  quruluş  meyarına  əsaslanaraq  etdiyimiz  təhlillər 
Australopithecus  və  Homo  habilis  növlərinin  Afrika  meymunları  ilə  eyni 
kateqoriyaya aid olduğunu, lakin Homo erectus və Neandertal növlərinin 
dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.
190
Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonveld adlı üç anatomiyaçı 
tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan 
və  meymunların  daxili  qulaqlarında  olan  və  müvazinətin  təmin  olunmasına 
xidmət  edən  yarımdairəvi  kanalların  müqayisəli  təhlili  idi.  Spur,  Vud  və 
Zonveld gəldikləri  nəticəni belə yekunlaşdırdılar: 
“Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan 
morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, 
cənubi Afrikadan gələn və Australopithecus və Paranthropus 
adlandırılan  kəllə  sümüyündəki  yarımdairəvi  kanal 
ölçüləri  dövrümüzə  qədər  yaşayan  iri  meymunlarınkına 
bənzəyir”.
191
 
Stw 53  adlı  Homo habilis  nümunəsi  üzərində 
tədqiqat  aparan  Spur,  Vud  və  Zonveld  “Stw 53-ün 
Australopithecinelərdən daha az “ikiayaqlı kimi davrandığını” 
müəyyən etdilər. Bu, H. habilisin Australopithecusdan daha 
çox  meymuna  bənzədiyini  göstərir.  Bu  səbəbdən,  həmin 
elm  adamları  Stw 53-ün  Australopithecine  və  H.  erectus 
arasında  morfoloji  ara  keçid  formasının  olmadığı” 
nəticəsinə gəldilər.
192
 Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:
1. Homo habilis adlandırılan fosillər əslində “homo”- 
KNM-ER  1472  omba  sümüyü.  Bu  omba  sümüyü  insanların-
kından fərqlənmir. Bu sümüyün Homo habilis qalıqları ilə 
eyni təbəqədə, ancaq bir neçə kilometr kənarda tapılması 
Homo habilisin iki ayaqlı bir canlı olduğu kimi səhv bir nəti-
cəyə gətirib çıxarmışdı. 1987-ci ildə tapılan OH 62 qalığı Ho-
mo habilisin zənn edildiyi kimi iki ayaqlı bir canlı olmadığı-
nı göstərdi. Bu gün bir cox elm adamı Homo habilisin, Aus-
tralopithecusa cox bənzər bir meymun növü olduğunu qəbul 
edir.


İNSANIN MƏNŞƏYİ
151
yəni insan deyilAustralopithecus (meymun) sinfinə daxildir.
2. Həm Homo habilis, həm də Australopithecus növləri əyri yeriyən, yəni 
meymun skeletinə malik canlılardır. İnsanla heç bir əlaqəsi yoxdur.
Homo rudolfensis haqqındakı xəta
Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə qalıq hissəsinə verilən 
addır. Bu qalıq hissələri Keniyadakı Rudolf çayı ətrafında tapıldığı üçün qalığın 
təmsil  etdiyi  güman  edilən  növə  Homo  rudolfensis  adı  verilmişdir.  Bir  çox 
paleoantropoloqlar  bu  qalıqların  əslində  ayrı  bir  növə  aid  olmadığını,  Homo 
rudolfensis adlandırılan canlının da əslində bir Homo habilis, yəni meymun növü 
olduğunu qəbul edir.
Qalıqları tapan Riçard Likey 2,8 milyon illik tarixə malik olduğunu deyərək 
və “KNM-ER 1470” adlandırdığı kəllə sümüyünü antropologiya tarixinin ən 
böyük  kəşfi  elan  edərək  böyük  əks-səda  doğurmuşdu.  Likeyin  fikrincə,  bu 
qədim  canlı  Avstralopitek  kimi  beyin  həcmi  çox  kiçik,  lakin  insanabənzər 
sifətə malik olan və Avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq 
bir müddət sonra aydın oldu ki, KNM-ER 1470 kəllə sümüyünün bir çox elmi 
jurnalların  üz  səhifəsində  dərc  olunan  “insanabənzər”  siması  əslində  sümük 
parçalarını birləşdirərkən bəlkə də qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan 
üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter 
simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir:
“KNM-ER 1470 bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə 
Australopithecus və Homo habilis sinifinə daxil edilən meymunların dik yeridikləri
iddiası Fred Spurun rəhbərliyi altında aparılan daxili qulaq analızlərilə rədd edil-
di. Spur və onun araşdırma qrupu daxili qulaqdakı müvazinət mərkəzlərini mü-
qayisə edərək hər iki təsnifat elementinin günümüzdəki meymulara bənzər hərə- 
kət formasına sahib olduğunu müəyyən etdi. Şəkildə Fred Spur. 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
152
sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara 
əsasən,  üz  kəllə  sümüyünə  daha  maili  birləşdirilməlidir.  Bu  isə  eynilə 
Avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir”.
193
Təkamülçü paleoantropoloq C.E.Kronin bu mövzu ilə bağlı belə deyir:
“Kobud şəkildə formalaşdırılmış üz, kəllə sümüyünün kiçikliyi və böyük 
azı dişlər kimi primitiv xüsusiyyətlər KNM-ER 1470 ilə Avstralopitek arasında 
oxşarlıq təşkil edir... KNM-ER 1470 digər Homo nümunələri kimi, başqa incə 
quruluşlu Avstralopiteklər ilə bir çox ortaq xüsusiyyət daşıyır. Bu xüsusiyyətlər 
sonrakı Homo nümunələrində (yəni Homo erectusda) yoxdur”.
194
Miçiqan Universitetindən C.Lorinq Breys isə çənə və diş üzərində apardığı 
təhlillərdə bu kəllə sümüyü haqqında eyni nəticəyə gəlir: 
“Çənənin böyüklüyü və azı dişlərin əhatə etdiyi yerin genişliyi ER 1470-
in  sözün  əsl  mənasında  Avstralopitek  üzünə  və  dişlərinə  malik  olduğunu 
göstərir”.
195
KNM-ER 1470 üzərində ən az Likey qədər araşdırma aparmış Con Hopkins 
Universitetinin paleoantropoloqu prof. Alan Uolker 
də  bu  canlının  Homo erectus  və  ya  Homo rudolfensis 
kimi  “homo”,  yəni  insan  növünə  deyil,  əksinə, 
Avstralopitek sinfinə daxil edilməsinin tərəfdarıdır.
196
Qısaca  desək,  Avstralopitek  ilə  Homo erectus 
arasında  ara  keçid  forma  kimi  göstərilməyə  cəhd 
edilən  Homo habilis  və  ya  Homo rudolfensis kimi 
siniflər tamamilə xəyalidir. Bu canlılar Avstralopitek 
ardıcıllığına 
məxsusdur. 
Bütün 
anatomik 
xüsusiyyətlər  bu  canlıların  adi  meymun  növü 
olduğunu göstərir.
Bu  həqiqət  Bernard  Vud  və  Mark  Kolard  adlı 
iki  təkamülçü  antropoloqun  1999-cu  ildə  “Science” 
(Elm)  jurnalında  dərc  olunan  tədqiqatları  ilə  daha 
da aydınlaşdı. Vud və Kolard Homo habilis və Homo 
rudolfensis (Skull  1470  növü)  kateqoriyalarının  da 
xəyali olduğunu, əslində bu kateqoriyalara daxil edilən qalıqların Avstralopitek 
sinfi daxilində araşdırılmasını qeyd etmişdi:
“Yaxın dövrdə fosillər beyin həcmi, dil qabiliyyəti, əlin funksiyası və daşdan alət 
düzəltmək bacarığı ilə bağlı qondarma dəlillərə əsaslanaraq Homo kateqoriyasına 
daxil  edilmişdi.  Bir  neçəsi  istisna  olmaql,  bu  (Homo)  cinsin  insanın  təkamülü 
çərçivəsindəki  tərifi  və  Homo  sərhədlərinin  müəyyən  olması  sanki  problemsiz 
fakt  kimi  qəbul  edilmişdi.  Amma...  yeni  kəşflər,  bu  kəşflərə  dair  şərhlər  və 
Riçard Likey Homo 
rudolfensis mövzusun-
da həm özünü, həm də 
paleoantropologiya 
dünyasını aldatdı.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə