M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə45/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   41   42   43   44   45   46   47   48   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
140
qoruyurlar.  Ancaq  bu  populyasiyalardan  bəzən  kiçik  qruplar  ayrılır  və  bu 
“təcrid edilmiş” qruplardakı canlılar sadəcə öz aralarında cütləşirlər. (Bunun 
çox vaxt çoğrafi şərtlərdən irəli gəldiyi fərz edilir). Öz aralarında cütləşən bu 
kiçik qruplarda makromutasiyalar təsirli olur və çox sürətlə “növlərə ayrılma” 
baş verir.
Görəsən, sıçrayışlı təkamül tərərdarları nə üçün dar populyasiyalar anlayışını 
bu qədər vurğulayırlar? Sualın cavabı açıqdır: məqsədləri fosil qeydlərindəki 
ara keçid forma yoxluğuna “açıqlama” gətirməyə çalışır. “Təkamül xarakterli 
dəyişikliklər çox dar populyasiyalarda və çox sürətlə inkişaf etdi və ona görə 
də  kifayət  qədər  fosil  izi  qalmadı”  şəklindəki  izahlarını  bu  səbəbdən  israrla 
vurğulayırlar.
Lakin  əslində,  son  illərdə  aparılan  elmi  təcrübə  və  müşahidələr  dar 
populyasiyaların  genetik  cəhətdən  təkamül  nəzəriyyəsinin  lehinə  deyil, 
əleyhinə  olduğunu  ortaya  qoymuşdur.  Dar  populyasiyalar  yeni  növ  əmələ 
gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar. Bunun 
səbəbi  dar  populyasiyalarda  fərdlərin  daima  dar  genetik  hovuz  çərçivəsində 
cütləşmələridir. Buna görə, normal halda, “heteroziqot” olan fərdlər getdikcə 
“homoziqota”  çevrilirlər.  Bunun  nəticəsində  də  normal  halda  resessiv  olan 
pozulmuş genlər dominant genə çevrilir və beləliklə, populyasiyada getdikcə 
daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.
179
Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il davam edən müşahidə 
aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan toyuqların getdikcə 
genetik  cəhətdən  zəiflədiyi  müəyyən  edilmişdir.  Toyuqların  yumurtlaması 
100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq insanların 
şüurlu müdaxiləsiylə, yəni başqa bölgələrdən gətirilən toyuqların populyasiyaya 
qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və toyuqlar normal hala 
düşməyə başlamışlar.
180
Bu və buna bənzər kəşflər sıçrayışlı təkamül tərəfdarlarının sığındıqları “dar 
populyasiyalar  təkamül  xarakterli  inkişafın  mənbəyidir”  şəklindəki  iddianın 
elmi əsasının olmadığını açıq şəkildə göstərir.
Nəticə
Elmi  kəşflər  sıçrayışlı  təkamül  nəzəriyyəçilərinin  iddialarını  dəstəkləmir. 
Canlıların  dar  populyasiyalarda  və  makromutasiyalarla  sürətlə  təkamül 
keçirdiklərini irəli sürən bu iddia əslində ən az neodarvinizmin ortaya qoyduğu 
təkamül modeli qədər əsassızdır.
Bəs bu nəzəriyyənin son illərdə məşhurlaşmasının səbəbi nədir: bu sualı 
təkamülçülərin mübahisələrinə baxdıqda cavablamaq olar. Sıçrayışlı təkamül 
modelini  müdafiə  edənlərin  demək  olar  ki,  hamısı  paleontoloqdur.  Stefen 


Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
141
C.Quld,  Nayls  Eldric,  Stiven  M.Stenli  kimi  paleontoloqların  rəhbərlik  etdiyi 
bu  qrup  fosil  qeydlərinin  darvinist  nəzəriyyəni  təkzib  etdiyini  açıq  şəkildə 
görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə inanmaq üçün özlərini 
şərtləndirmişdirlər.  Elə  buna  görə,  fosil  qeydlərini  qismən  də  olsa  açıqlaya 
bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl atırlar.
Digər  tərəfdən  genetiklər,  zooloqlar  və  ya  anatomistlər  təbiətdə  bu  cür 
“sıçrayışlar”  əmələ  gətirən  bir  mexanizm  olmadığını  görür  və  bu  səbəbdən 
də  israrla  darvinist  mərhələli  təkamül  modelini  müdafiə  edirlər.  Oksford 
Universitetindən  zooloq  Riçard 
Dokinz sıçrayışlı təkamül modelini 
müdafiə edənləri bərk tənqid edir 
və onları “təkamül nəzəriyyəsinin 
inandırıcılığını 
aradan 
qaldırmaqda” təqsirləndirir.
İki  tərəf  arasındakı  bu  karlar 
dialoqunun  üzə  çıxardığı  əsl 
nəticə  isə  təkamül  nəzəriyyəsinin 
düşdüyü  elmi  böhrandır.  Ortada 
heç  bir  təcrübə,  müşahidə  və  ya 
paleontoloji  tapıntı  ilə  uyğun 
gəlməyən 
xəyali 
“təkamül” 
əfsanəsi  var.  Hər  təkamülçü 
nəzəriyyəçi 
bu 
əfsanəyə 
mütəxəssis olduğu sahəyə əsasən 
dəlil  tapmağa  çalışır,  ancaq  bu, 
digər  elm  sahəsinin  kəşflərinə 
zidd olur. Bu qarışıqlıq bəzən “elm 
bu  cür  akademik  mübahisələrlə 
inkişaf  edir”  kimi  səthi  şərhlərlə 
üstündən keçməyə çalışırlar. Lakin problem ondadır ki, bu mübahisələr doğru 
elmi nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni 
inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.
Sıçrayışlı  təkamül  nəzəriyyəçilərinin  elmə  istəmədən  də  olsa  verdikləri 
töhfə isə fosil qeydlərinin əslində heç cür təkamül ilə uyğun gəlmədiyini açıq 
şəkildə üzə çıxarmalarıdır.
Təkamül nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan 
Filip Conson sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stefen Cey Quldu 
“darvinizmin Qorbaçovu” adlandırır.
181
Qorbaçov  Sovet  İttifaqının  kommunist  dövlət  sistemində  çatışmazlıqlar 
Riçar Dokinz  gənc nəsillərə darvinizmin 
təbliğatını aparmaqla  məşğuldur


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
142
olduğunu  düşünərək  sistemdə  “islahatlar”  etməyə  çalışmışdır.  Lakin 
çatışmazlıq hesab etdiyi problemlər əslində sistemin öz təbiətindən irəli gəldiyi 
üçün  kommunizmi  öz  əllərilə  məhv  etmişlər.  Darvinizmi  və  digər  təkamül 
modellərini də eyni son gözləyir.
                       


143
 
 
İ
nsanın mənşəyi
D
arvin 1871-ci ildə nəşr olunan “İnsanın əmələ gəlməsi” (Descent of man) 
adlı  kitabında  insan  və  meymunların  ortaq  əcdaddan  törədiyini  irəli 
sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə 
çalışmışlar.  Lakin  aparılan  bütün  tədqiqatlara  baxmayaraq,  başda  fosillər 
(daşlaşmış canlı qalıqları) olmaqla “insanın təkamülü” iddiası heç bir konkret 
elmi kəşf ilə dəstəklənməmişdir.
Cəmiyyətdəki  insanlar  demək  olar  ki,  bu  həqiqətdən  xəbərsizdir  və 
təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu 
zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə 
tutulması  və  sübut  olunmuş  həqiqət  kimi  təqdim  edilməsidir.  Əslində  isə 
“insanın  təkamülü”  ssenarisinin  elmi  əsası  olmadığını  təkamülçülər  də  bilir. 
Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:
“Başqa  elm  sahəsi  ilə  məşğul  olan  hansı  ağıllı  elm  adamını  gətirsəniz  və  ona 
əlimizdəki məhdud dəlilləri göstərsəniz: “bu mövzunu unudun; davam etmək üçün 
kifayət qədər dəlil yoxdur”, - deyəcək”.
182
Paleoantropologiya haqqında  əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam 
Fiks isə belə deyir:
“İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir 
çox elm adamı hələ də var, ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının 
olmamasıdır...”.
183
İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. “Dəlil” 
kimi  önə  sürülənlər  isə  ancaq  bəzi  fosillərin  (daşlaşmış  canlı  qalıqlarının) 
birmənalı və əsassız şərh olunmasından ibarətdir.
“Sübutu  olmayan”  bu  təkamül  iddiasına  əsasən,  insanın  nəsil  ağacı 
avstralopitek (australopithecus- lat. “australis”- cənub, yun. “pithecus”- meymun ) 
adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində 
ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə