M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə42/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   38   39   40   41   42   43   44   45   ...   108

Gerçək Təbiət Tarixi -II-
129
var.  Su  mühitində  isə  ən  böyük  təhlükələr  duzluluq  nisbəti,  dərinliklərə 
dalarkən meydana gələn təzyiq və dəniz axınlarının əmələ gətirdiyi zərərlərdir. 
Axınlarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Bundan 
əlavə, dərinlərə daldıqda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə də var. 9 metr 
dərinlikdən  sonra  dənizin  dibi  qaranlıq  olduğu  üçün  su  məməlilərinin  gözü 
qaranlıq  mühitə  uyğunlaşan  bir  çox  xüsusiyyətlərə  malikdir.  Göz  bülluru 
mükəmməl  dairə  formasındadır.  İşığa  həssas  olan  çöpcüklər  rənglərə  və 
detallara qarşı həssas olan kolbacıqlardan daha çoxdur. Habelə gözlərdə xüsusi 
fosforlu  təbəqə  var.  Bu  səbəbdən,  dəniz  məməlilərinin  qaranlıq  mühitlərdə 
görmə qabiliyyəti güclüdür.
Amma dəniz məməlilərin ilkin duyğuları görmə deyil. Quru məməlilərinin 
əksinə, onlarda eşitmə daha vacibdir. Görmə 
üçün işıq lazımdır, amma eşitmə üçün belə bir 
ehtiyac yoxdur. Bir çox balina və delfin dəniz 
dibindəki  qaranlıq  ərazilərdə  bir  növ  təbii 
“sonar”  sayəsində  qida  tapır.  Xüsusilə  dişli 
balinalar  səs  dalğaları  vasitəsilə  “görürlər”. 
Səs dalğaları eynilə görmə prosesində olduğu 
kimi  fokuslanır  və  bir  nöqtəyə  göndərilir. 
Geri  qayıdan  dalğalar  heyvanın  beynində 
təhlil  edilir  və  şərh  olunur.  Bu  yolla  heyvan 
qarşısındakı  cismin  formasını,  ölçüsünü, 
sürətini  və  mövqeyini  açıq  şəkildə  müəyyən 
edir. Bu canlılardakı radar sistemi inanılmaz 
dərəcədə  həssasdır.  Məsələn,  bir  delfin  suya 
tullanan bir şəxsin “daxilini” də hiss edə bilir. 
Səs  dalğaları  istiqaməti  müəyyən  etməklə 
bərabər  xəbərləşmə  üçün  də  istifadə  edilir. 
Bir-birindən  yüz  kilometrlərlə  aralıqdakı  iki 
balina səs vasitəsilə xəbərləşirlər.
 
Bu  heyvanların xəbərləşmək və istiqaməti müəyyən etmək üçün səsi necə 
çıxardıqları  hələ  də  məlum  deyil.  Ancaq  delfinin  bədənindəki  maraqlı  bir 
təfərrüat diqqət çəkir: heyvanın kəllə sümüyünün quruluşu beynini dağıdacaq 
qədər güclü və fasiləsiz səs bombardmanından qorunmaq üçün izolyasiyalıdır.
İndi  bütün  bunların  üzərində  düşünək.  Dəniz  məməlilərinin  malik 
olduğu bütün bu heyranedici xüsusiyyətlər təkamül nəzəriyyəsinin iki yeganə 
mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə əmələ gələ bilərmi? Hansı 
mutasiya  bir  delfinin  bədəninə  radar  sistemini  yerləşdirə  bilər  və  sonra  da 
heyvanın  beynini  radardan  qorumaq  üçün  kəllə  sümüyünü  izolyasiya  edər? 
Dəniz məməliləri özlərinə məxsus 
xüsusiyyətlərə sahibdirlər. Bu canlı-
lar yaşadıqları mühitə ən uyğun şə-
kildə yaradılmışlar.


130
BİR-BİRİNDƏN ƏMƏLƏ GƏLDİYİ İDDİA EDİLƏN CANLILAR 
ARASINDA BÖYÜK MORFOLOJİ FƏRQLƏR
Buraya qədər müxtəlif canlı növlərinin heç bir “aralıq keçid forması” olmadan yer 
üzündə anidən meydana çıxdıqlarını araşdırdıq. Canlılar fosil qeydlərində bir-birlə-
rindən o qədər fərqli xüsusiyyətlərlə ortaya çıxırlar ki, aralarında hər hansı bir təkamül 
əlaqəsi qurmaq mümkün deyil.
Təkamülçülərin bir-birlərinin atası olaraq qəbul etdikləri canlıların skeletlərini müqa-
yisə etdikdə bu həqiqət cox açıq şəkildə görünür. Bir-birinin atası olaraq irəli sürülən
canlılar arasında son dərəcə böyük fərqlər var.
Burada bəzi nümunələri nəzərdən keçirəcəyik. Rəsmlərin hamısı onurğalı canlılara aid 
ən əsas təkamülçü mənbələrdən götürülmüşdür.
Hilonomusdan təkamül-
ləşdiyi irəli sürülən dəniz
sürünəni Mesosaurus
Hilonomusdan təkamülləşdiyi
iddia edilən dəniz sürünəni Ichthyosaur
Bilinən ən qədim sürünən 
Hilonomus
İki ayrı cinsə aid dəniz sürünəni və təkamülçülərə görə bu canlıların ən yaxın atası olan 
quru canlısı. Canlılar arasındakı böyük fərqlərə fikir verin.


131
Bir cox təkamülçü mənbə 
tərəfindən Quşların və uçan 
sürünənlərin əcdadı sayılan 
quru sürünəni Euparkeria
Bilinən ən qədim uçan
sürünənlərdən biri olan
və bu qrupun səciyyəvi 
nümunəsi sayılan 
Dimorphodon
Bilinən ən qədim 
Archaeopterux
Eosen dövrünə aid 
ən qədim yarasanın 
(İcaronycteris) skeleti
Yarasaların əcdadı
olduğu iddia edi-
lən və qədim həşə-
rat yeyənlərə cox 
bənzəyən dövrü-
müzə aid Shrew
Bilinən ən qədim quş (Archaeopteryx), uçan sürünən və təkamülçülərə görə bu can-
lıların ən yaxın qohumu sayılan quru sürünəni. Canlılar arasında fərq yenə də cox 
böyükdür.
Bilinən ən qədim yarasa və təkamülçülərə yarasaların ən yaxın atası. Yarasa ilə 
“atası” arasındakı böyük fərqə diqqət edin.


132
Ən qədim dəniz sürünəni (Plesiosaur)  və onun təkamülçülərə görə ən yaxin əcda-
dı hesab edilən quru sürünəni. Canlılar arasında heç bir oxşarlıq yoxdur.
Ən qədim balina və onun təkamülçülərə görə ən yaxın əcdadı. Canlılar arasında heç 
bir oxşarlığın olmamasına diqqət edin. Təkamülçülərin balinalarn əcdadı olaraq təq-
dim etdikləri ən uyğun namizəd belə bu qədər fərqli canlıdır.
Balinaların əcdadı 
mövzusu təkamülçü
mənbələr arasında 
mübahisə mövzusu-
dur. Ancaq bəziləri 
qədim bir məməli 
qrupu olan Creodont-
larda qərarlıdır. Yan 
tərəfdə Greodontların 
bir növü olan Sinopa 
Eosen dövrünə aid ən 
qədim balinalardan biri
Zigorhiza
Eosen dövrünə aid ən 
qədim balinalardan biri
Zigorhiza
Ən qədim Plesiosaurun 
skeleti 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə