M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə43/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   39   40   41   42   43   44   45   46   ...   108

133
Sirenlərin daxil ol-
duğu sirenian sin-
finə  aid  dəniz  mə-
məlilərinin ən yaxın
əcdadı hesab edilən
Hyrax
Oligocene dövrünə 
aid ən qədim siren 
Halitherium
Təkamülçülərin suitinin 
quruda yaşayan ən yaxın 
əcdadları olaraq qəbul 
etdiyi məməli Cynodictis 
gregarius
Miocene dövrünə aid
ən qədim su iti skeleti
Suiti skeleti və təkamülçülərə görə suitinin quruda yaşayan ən yaxın əcdadı.
Yenə də canlılar arasında böyük fərq var.
Siren və təkamülçülərə görə onun quruda yaşayan ən yaxın əcdadı.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
134
Hansı  mutasiya  bu  canlılara  qaranlıq  sularda  görmələrini  təmin  edən  göz 
quruluşu  qazandıra  bilər?  Hansı  mutasiya  əvvəlcə  quruda  yaşadıqları  irəli 
sürülən  bu  heyvanların  “suya  keçidlərini”  təmin  edə  bilər?  Hansı  mutasiya 
bu  heyvanların  bədənlərinə  sudan  ən  qənaətli  şəkildə  istifadə  etmək  üçün  həssas 
mexanizmlər yerləşdirə bilər?
Bu cür yüzlərlə sual vermək mümkündür. Təkamülün bunların heç birinə 
verəcək  cavabı  yoxdur.  Balıqların  sularda  “təsadüfən”  əmələ  gəldiklərini, 
sonra  yenə  təsadüflər  nəticəsində  quruya  çıxıb  təkamüllə  sürünənlərə  və 
məməlilərə çevrildiklərini, daha sonra bu məməlilərin yenidən suya qayıdaraq 
suda yaşamaq üçün lazımi xüsusiyyətləri təsadüfən qazandıqlarını irəli sürən, 
bütün  bu  fantastik  hekayəni  yazan  təkamül  nəzəriyyəsi  bu  mərhələlərdən 
hansını sübut edə bilər? Heç bir cavab qənaətbəxş deyil. Təkamül nəzəriyyəsi 
bu mərhələlərin baş verdiyini sübut etməyi bir yana qalsın, heç bunların baş 
verməsi üçün ən kiçik ehtimalın olduğunu belə sübut edə bilmir. 
Nəticə
Buraya qədər təhlil etdiyimiz bütün tapıntılar göstərir ki, canlı növləri yer 
üzündə heç bir təkamül prosesi olmadan, ani surətdə və qüsursuz şəkildə üzə 
çıxmışlar. Bu vəziyyət- təkamülçü bioloq Duqlas Futuymanın: “Əgər canlılar 
dünyada  tam  və  mükəmməl  şəkildə  ortaya  çıxmışdırlarsa,  onda  üstün  bir 
ağıl  tərəfindən  yaradılmalıdırlar”,  -  deyərkən  qəbul  etdiyi  kimi
172
  canlıların 
yaradıldıqlarının konkret sübutudur.
Təkamülçülər  isə  canlı  növlərinin  yer  üzündə  müəyyən  sıra  ilə  ortaya 
çıxdıqlarını,  təkamül  keçirdiklərinin  göstəricisi  kimi  izah  etməyə  çalışırlar. 
Lakin əslində canlıların yer üzündə üzə çıxma ardıcıllığı ortada heç bir təkamül 
olmadığına  görə  “yaradılış  ardıcıllığıdır”.  Fosillər  yer  üzünün  üstün  və 
qüsursuz yaradılışla, əvvəlcə dənizlərdə, daha sonra quruda yaşayan canlılarla 
doldurulduğunu və bütün bunların ardınca insanın yaradıldığını göstərir.


135
S
IÇRAYIŞLI   TƏKAMÜL 
NƏZƏRİYYƏSİNİN    ƏSASSIZLIĞI
D
aha  əvvəlki  fəsildə  fosil  qeydlərinin  darvinist  nəzəriyyənin 
fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. 
Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə 
ortaya  çıxmış  və  milyon  illər  boyu  heç  bir  dəyişiklik  keçirmədən 
“sabit”  qalmışdırlar.  Paleontologiyanın  ortaya  qoyduğu  bu  böyük  kəşf  canlı 
növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.
Bu  həqiqət  uzun  illər  boyu  paleontoloqlar  tərəfindən  gözardı  edilmiş 
və  xəyali  ara  keçid  formaların  bir  gün  tapılacağı  ümid  edilmişdir.  Keçən 
əsrin  70-ci  illərində  bəzi  paleontoloqlar  bunun  yersiz  ümid  olduğunu  və 
fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq 
sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz 
düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində 
açıqlama axtarmağa çalışdılar.
Neodarvinizmdən bir az fərqli təkamül modeli olan “sıçrayışlı təkamül” 
anlayışı  belə  meydana  gəldi.  (Orijinal  adı  “punctuated  equilibrium”,  yəni 
“fasiləli  tarazlıq”  olan  bu  nəzəriyyəni  praktik  cəhətdən  aydın  olması  üçün 
“sıçrayışlı təkamül” şəklində ifadə edirik).
Bu model 1970-ci illərin əvvəlində Harvard Universitetinin paleontoloqları 
Stefen Cey Quld və Nayls Eldric tərəfindən coşğu ilə müdafiə edilməyə başladı. 
Hər ikisi də fosil qeydlərinin üzə çıxardığı nəticəni iki əsas anlayışla xülasə 
edirdi:
1.Stasis (ətalət)
2.Ani surətdə üzə çıxma 
173
Quld  və  Eldric  bu  iki  faktı  təkamül  nəzəriyyəsi  çərçivəsində  açıqlaya 
bilmək  üçün  canlı  növlərinin  Darvinin  irəli  sürdüyü  kimi,  mərhələli  kiçik 
dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə əmələ gəldiyini irəli sürdülər.
Əslində,  bu  nəzəriyyə  1930-cu  illərdə  avropalı  paleontoloq  Otto 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
136
Şindevulf  tərəfindən  irəli  sürülmüş  “Gözlənilən  bədheybət”  (Hopeful 
monster) nəzəriyyəsinin şəkli dəyişdirilmiş formasıydı. Şindevulf canlıların 
neodarvinizmin  irəli  sürdüyü  kimi,  zaman  ərzində  kiçik  mutasiyalar 
nəticəsində  deyil,  ani  və  böyük  mutasiyalarla  təkamül  keçirdiklərini  irəli 
sürmüşdü.  Şindevulf  nəzəriyyəsinə  nümunə  verərkən  tarixdəki  ilk  quşun 
“qross  mutasiya”  ilə,  yəni  genetik  quruluşunda  təsadüfən  meydana  gələn 
böyük dəyişikliklə sürünən yumurtasından çıxdığını iddia etmişdi.
174
 Həmin 
nəzəriyyəyə əsasən, bəzi quruda yaşayan canlılar keçirdikləri ani və böyük 
dəyişikliklə  birdən-birə  nəhəng  balinalara  çevrilə  bilərlər.  Şindevulfun  bu 
fantastik nəzəriyyəsi 1940-cı ildə də Berkeley Universitetindən genetik Riçard 
Qoldşmidt  tərəfindən  mənimsənildi  və  müdafiə  edildi. Amma  nəzəriyyə  o 
qədər əsassız idi ki, qısa zamanda tərk edildi.
Quld  və  Eldrici  bu  nəzəriyyəyə  yenidən  qayıtmağa  məcbur  edən  amil 
isə əvvəlcədən bildirdiyimiz kimi, fosil qeydlərinin heç bir “ara keçid forma” 
olmadığını göstərməsi idi. Bu qeydlərdəki “stasis” və “ani surətdə üzə çıxma” 
faktı o qədər konkret idi ki, bu iki tərif vəziyyəti açıqlamaq üçün “gözlənilən 
bədheybətlərə”  yenidən  əl  atmaq  məcburiyyətində  qaldılar.  Quldun 
“Gözlənilən bədheybətlərin qayıdışı” (Return of the hopeful monsters) adlı 
məşhur məqaləsi bu labüd geri dönüşün ifadəsi idi.
175
Əlbəttə,  Quld  və  Eldric  Şindevulfun  fantastik  nəzəriyyəsini  eynilə 
Schindevolf tərəfindən ortaya atılan “Gözlənilən bədheybət” nəzəriyyəsinə görə,
tarixdəki ilk quş böyük mutasiyə ilə bir sürünənin yumurtasından çıxmışdır. Quld 
və  Eldriç  isə  təkamülün  fosilk  qeydləri  çətinliyini  bu  boş  nəzəriyyəni  müdafiə 
edərək həll etməyə çalışdı.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə