M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə51/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   47   48   49   50   51   52   53   54   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
160
NEANDERTAL
 İNSAN İRQİDİR 
Şəkildəki, İsraildə tapılmış Homo sapiens 
neanderthaleesis növünə 
aid kəllə sümüyüdür. Fosil sahibinin 
1.80 m. boyunda olduğu təxmin edi-
lir. Beyin həcmi isə bu günə qədər 
rast gəlinilən beyinlərin ən böyüyü-
dür. 1.740 sm
3
. Altda isə, Nean-
dertal irqinə aid fosil skelet və skeletin sahibi 
tərəfindən istifadə edildiyi hesab edilən bir 
daş alət görünür. Əldə olunan bu və buna 
bənzər tapıntılar Neandertalların zaman 
içində itmiş xüsusi bir insan irqi olduqlarını 
göstərir. 


İNSANIN MƏNŞƏYİ
161
NEANDERTALLARIN
 TİKİŞ İYNƏSİ
Neandertal insanının günümüzdən on 
minlərlə il əvvəl geyim mədəniyyətinə 
sahib olduğunu göstərən maraqlı bir fosil: 
26 min illik iynə.(D. Johanson, B. Edqar, 
From Lucy to Lahguage, s. 99 )
e
NEANDERTAL
 İNSAN İRQİDİR 
Neandertal insanına aid sümükdən düzəldilmiş 
fleyta. Bu fleyta üzərində aparılan hesablamalar 
dəliklərin düzgün notlarda səs verəcək şəkildə 
açıldığını, yəni son dərəcə ustalıqla hazırlandığını 
göstərir. Şəkildə Bob Fink adli tədqiqatçının 
fleyta ilə əlaqədar hesabları görünür. Bu kimi 
tapıntılar təkamülçü təbliğatın əksinə Neandertal 
insanlarının primitiv mağara adamı deyil, mədəni 
bir insan irqi olduğunu göstərir. ( The AAAS 
Science News Service tərəfindən,  Neanderthals 
Lived Harmoniously, 3 Aprel 1997 )


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
162
Neandertalların  alət  düzəltmə  qabiliyyəti  ilə  bağlı  Nyu  Mexiko 
Universitetindən  antropologiya  və  arxeologiya  professoru  Stiven  L.Kuhn  və 
Mary C.Stiner tədqiqat aparmışlar. Hər iki elm adamının təkamül nəzəriyyəsini 
müdafiə  etməsinə  baxmayaraq,  apardıqları  arxeoloji  araşdırmalar  və 
təhlillər  İtaliyanın  cənub-qərb  sahilindəki  mağaralarda  min  illərlə  yaşamış 
Neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə 
məşğul olduğunu göstərir.
207
Kuhn  və  Stiner  bu  mağaralarda  müxtəlif  alətlər  tapmışdılar.  Nizə  ucları 
da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının 
kənarlarındakı  təbəqələrin  yonulmasıyla  düzəldilmişdir.  Şübhəsiz,  daşları 
yonaraq bu cür alətlər  düzəltmək zəka və bacarıq tələb  edir.  Burada  əsas 
problemlərdən  biri  təzyiq  nəticəsində  qayaların  ucunda  meydana  gələn 
qırılmalardır. Buna görə işi icra edən adam növbəti dəfə ucları qorumaq  üçün 
“nə qədər vurmalıyam” və ya əyri bir alət düzəldirsə, “nə qədər əyməliyəm”, - 
deyə qərar vermək və dəqiq hesablama aparmaq məcburuyyətindədir.
Kaliforniya  Universitetindən  Marqaret  Konkey  neandertallardan  əvvəlki 
dövrlərə  aid  olan  alətlərin  ağıllı  insanlar  tərəfindən  düzəldildiyini  belə  izah 
edir:
“Arxaik  insanların  əlləri  ilə  düzəltdikləri  alətlərə  baxsanız,  onların  naşı  əl  işləri 
olmadıqlarını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu 
və hansı dünyada yaşadıqlarının şüurundadırlar”.
208
Bir  sözlə,  elmi  kəşflər  Neandertalların  zəka  və  mədəniyyət  cəhətdən 
bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb 
assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. 
Amma əsla “ibtidai”, “yarı-meymun” və s. deyil.
Homo sapiens archaic, Heydelberq adamı 
(Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon)
Homo sapiens archaic  xəyali  təkamül  sxeminin  müasir  insandan  əvvəlki 
pilləsini təşkil edir. Əslində bu insanlar haqqında təkamülçülərin baxış prizmasına 
görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox kiçik 
fərqlərə  görə  ayrılırlar.  Hətta  bəzi  tədqiqatçılar  bu  irqin  nümayəndələrinin 
hal-hazırda  hələ  də  yaşadıqlarını  söyləyərək  Avstraliya  yerlilərini  nümunə 
göstərirlər. Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru 
meyilli çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdir. Bundan əlavə, 
çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların 
yaşadıqlarına dair məlumatlar əldə edilmişdir.
Təkamülçü  ədəbiyyatda  Homo  heilderbergensis  adlandırılan  sinif  isə 
əslində Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu 


İNSANIN MƏNŞƏYİ
163
iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir 
ayrılığıdır.  Homo heilderbergensis sinfinə  daxil  edilən  bütün  fosillər  anatomik 
cəhətdən  dövrümüzdəki  avropalılara  bənzəyən  insanların  bundan  500  min, 
hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.
Kromanyon  (Cro-magnon)  adamı  isə  30.000  il  əvvələ  qədər  yaşadığı 
təxmin edilən irqdir. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 
1600 sm
2
-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın 
qaş  çıxıntıları  var  və  kəllənin  arxa  hissəsində  Neandertal  adamının  və  Homo 
erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.
Avropalı  irq  kimi  qəbul  edilməsinə  baxmayaraq,  Kromanyonun  kəllə 
quruluşu  və  həcmi  hal-hazırda  Afrika  və  tropik  qurşaqlarda  yaşayan  bəzi 
irqlərə  bənzəyir.  Bu  oxşarlığa  əsaslanaraq  onun  Afrika  mənşəli  qədim  irq 
Kromanyon kəllə sümüyü


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə