HƏYATIN GERÇƏK MƏNŞƏYİ
162
Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu Mexiko
Universitetindən antropologiya və arxeologiya professoru Stiven L.Kuhn və
Mary C.Stiner tədqiqat aparmışlar. Hər iki elm adamının təkamül nəzəriyyəsini
müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və
təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış
Neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə
məşğul olduğunu göstərir.
207
Kuhn və Stiner bu mağaralarda müxtəlif alətlər tapmışdılar. Nizə ucları
da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının
kənarlarındakı təbəqələrin yonulmasıyla düzəldilmişdir. Şübhəsiz, daşları
yonaraq bu cür alətlər düzəltmək zəka və bacarıq tələb edir. Burada əsas
problemlərdən biri təzyiq nəticəsində qayaların ucunda meydana gələn
qırılmalardır. Buna görə işi icra edən adam növbəti dəfə ucları qorumaq üçün
“nə qədər vurmalıyam” və ya əyri bir alət düzəldirsə, “nə qədər əyməliyəm”, -
deyə qərar vermək və dəqiq hesablama aparmaq məcburuyyətindədir.
Kaliforniya Universitetindən Marqaret Konkey neandertallardan əvvəlki
dövrlərə aid olan alətlərin ağıllı insanlar tərəfindən düzəldildiyini belə izah
edir:
“Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri
olmadıqlarını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu
və hansı dünyada yaşadıqlarının şüurundadırlar”.
208
Bir sözlə, elmi kəşflər Neandertalların zəka və mədəniyyət cəhətdən
bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb
assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır.
Amma əsla “ibtidai”, “yarı-meymun” və s. deyil.
Homo sapiens archaic, Heydelberq adamı
(Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon)
Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki
pilləsini təşkil edir. Əslində bu insanlar haqqında təkamülçülərin baxış prizmasına
görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox kiçik
fərqlərə görə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin
hal-hazırda hələ də yaşadıqlarını söyləyərək Avstraliya yerlilərini nümunə
göstərirlər. Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru
meyilli çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdir. Bundan əlavə,
çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların
yaşadıqlarına dair məlumatlar əldə edilmişdir.
Təkamülçü ədəbiyyatda
Homo heilderbergensis adlandırılan sinif isə
əslində
Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu
İNSANIN MƏNŞƏYİ
163
iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir
ayrılığıdır.
Homo heilderbergensis sinfinə daxil edilən bütün fosillər anatomik
cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan 500 min,
hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.
Kromanyon (Cro-magnon) adamı isə 30.000 il əvvələ qədər yaşadığı
təxmin edilən irqdir. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir.
1600 sm
2
-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın
qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və
Homo
erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.
Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, Kromanyonun kəllə
quruluşu və həcmi hal-hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi
irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq
Kromanyon kəllə sümüyü