M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə47/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   43   44   45   46   47   48   49   50   ...   108

İNSANIN MƏNŞƏYİ
147
anatomiyaçı  Lord  Soli  Zakerman  və  prof.  Çarlz  Okxnardın  Avstralopitek 
nümunələri  üzərində  apardıqları  geniş  miqyaslı  tədqiqatlar  bu  canlıların  iki 
ayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlar kimi eyni hərəkət formasına 
malik  olduğunu  göstərmişdir.  İngiltərənin  dəstəyi  ilə  təşkil  olunmuş  beş 
mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu 
araşdıran  Lord  Zakerman,  özü  də  təkamül  nəzəriyyəsini  mənimsəməsinə 
baxmayaraq,  Avstralopiteklərin  sadəcə  adi  meymun  növü  olduğunu  və 
qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.
187
 Bu mövzudakı araşdırmaları 
ilə məşhur olan digər təkamülçü anatomiyaçı Çarlz E.Oksnard da Avstralopitek 
skeletini dövrümüzdəki oranqutanlara bənzədir.
188
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr 
tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il 
may sayında bu mövzunu ilk səhifəsində dərc etmişdi. Jurnal Australopithecus 
afarensis  növünün  ən  əsas  fosil  nümunəsi  hesab  edilən  Lusini  “Adieu  Lucy” 
(Əlvida  Lyusi)  başlığı  altında  Australopithecus  növünə  məxsus  meymunların 
insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. St W573 seriyalı 
yeni Australopithecus fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:
Yeni nəzəriyyə Australopithecus cinsinin insanın mənşəyi olmadığını deyir... 
St W573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının 
nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli 
Australopithecus 
növləri kəllə 
sümüyü ilə birgə
skeletin quruluşuna 
görə də bu günkü 
meymunlara 
bənzəyir.Şəkildəki 
bədənin sol tərəfi 
şimpanze, sağ tərəfi 
isə A. afarensis 
skeletini göstərir. 
Şəkili çəkən 
antropoloq professor  
Adrienne L. Zilman, 
bu  iki canlının 
skeletlrinin  olduqca 
oxşar olduğunu 
vurğulayır.  
Australopithecus  robustus  növünə 
aid  kəllə  sümüyü.  Bu  günkü  adi 
meymunlardakı kimi.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
148
A.AFARENSİS və ŞİMPANZE
Yuxarıda Australopithecus afarensis AL 444-2 
fosilinin kəllə sümüyü, altda isə günümüzdəki 
adi şimpanzenin kllə sümüyünü görürsünüz. 
Aradakı aşkar bənzərlik A. afarensisin heç bir 
insana xas xüsusiyyəti olmayan adi bir meymun 
növü olduğunun göstəricisidir. 


İNSANIN MƏNŞƏYİ
149
olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer alan insan 
və  əcdadları  hesab  edilən  primat  cinsli  iri  meymunlar  aradan  çıxarılır... 
Australopithecuslar və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, 
Homo  növlərinin  (insanların)  əcdadlarının  hələ  də  üzə  çıxarılması 
gözlənilir.
189
Homo habilis
Avstralopitekin  skelet  və  kəllə  sümüyü  quruluşunun  şimpanzelərdən  o 
qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə 
çürüdülməsi  təkamülçü  paleoantropoloqları  çətin  vəziyyətdə  qoymuşdur. 
Çünki  xəyali  təkamül  sxemlərində  Avstralopitekdən  sonra Homo erectus 
gəlir. Homo erectus adının əvvəlindəki “homo” (yəni “insan”) terminindən də 
bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi 
Avstralopitekdən  iki  dəfə  böyükdür.  Şimpanzeyə  bənzəyən  meymun  növü 
olan  Avstralopitekdən  bugünkü  insandan  fərqlənməyən  skeletə  malik  Homo 
erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, 
“əlaqə”lər, yəni “ara keçid forma”lar lazımdır. Homo habilis anlayışı da məhz 
bu zərurətdən doğmuşdur.
Homo habilis 1960-cı illərdə ailəliklə “fosil ovçusu” olan Likeylər tərəfindən 
ortaya atıldı. Likeylərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü 
dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək 
qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Halbuki  eyni  növə  aid  1980-ci  illərin  sonunda  tapılan  qalıqlar  bu  fikri 
tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq 
Breys kimi tədqiqatçılar onların “alətdən istifadə edən insan” mənasını verən 
Homo habilis əvəzinə “alət istifadə edən Cənubi Afrika meymunu” mənasını 
verən Australopithecus habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis 
Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. 
Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu 
var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə 
dövrümüzdəki  meymunlarınkına  bənzəyirdi.  630  sm
3
-lik  beyin  həcmi  də 
onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən 
ara keçid forma adlandırılan Homo habilis əslində bütün digər avstralopiteklər 
kimi nəsli kəsilmiş meymun idi.
Sonrakı  illərdə  aparılan  tədqiqatlar  Homo habilisin  həqiqətən  də 
Avstralopitekdən  fərqli  canlı  olmadığını  aşkar  etdi.  1984-cü  ildə  Tim  Uayt 
tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün 
dövrümüzdəki  meymunlarınkı    kimi  kiçik  beyinə,  budaqlara  dırmaşmağa 
yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə