M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə44/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   40   41   42   43   44   45   46   47   ...   108

Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
137
təkrarlamadılar.  Nəzəriyyəyə  “elmi”  don  geydirmək  üçün  sözügedən  “ani 
təkamül sıçrayışlarına” bir cür mexanizm uydurmağa çalışdılar. (Nəzəriyyə 
üçün seçdikləri “fasiləli tarazlıq” kimi qəribə termin elmi don geydirmək cəhdi 
idi).  Quld  və  Eldricin  nəzəriyyəsi  sonrakı  illərdə  digər  bəzi  paleontoloqlar 
stərəfindən də mənimsənildi və hərtərəfli işlənildi. Halbuki sıçrayışlı təkamül 
nəzəriyyəsi ən az neodarvinist nəzəriyyə qədər böyük ziddiyyət və əsassızlıqla 
dolu idi.
Sıçrayışın “mexanizmi”
Sıçrayışlı təkamül nəzəriyyəsi canlı populyasiyalarının çox uzun müddət 
boyu dəyişmədiyini, bir növ “tarazlıq” (equilibrium) vəziyyətində qaldıqlarını 
qəbul edir. Bu iddiaya əsasən, təkamül xarakterli dəyişikliklər çox qısa zaman 
intervallarında  və  çox  dar  populyasiyalar  daxilində  baş  verir.  (Tarazlıqda 
fasilə, yəni “punctuation” baş verir). Populyasiya çox dar olduğu üçün böyük 
mutasiyalar çox qısa müddət ərzində təbii seçmə yolu ilə seçilir və beləliklə, 
yeni növ əmələ gəlir.
Bu nəzəriyyəyə əsasən, məsələn, bir sürünən növü milyon illər boyu heç 
bir  dəyişikliyə  uğramadan  yaşayır.  Ancaq  bu  sürünən  növünün  içindən  bir 
şəkildə ayrılan az saydakı bir qrup sürünən səbəbi açıqlana bilməyən bir sıra 
mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük gətirənləri bu kiçik qrup 
daxilində sürətlə seçilir. Qrup sürətlə təkamül keçirir və qısa müddətdə başqa 
bir sürünən növünə, hətta bəlkə məməlilərə çevrilir. Bütün bu proses çox sürətli 
olduğu və kiçik populyasiyada baş verdiyi üçün. çox az fosil izi qalır, bəlkə də 
heç qalmır.
Diqqət edilsə, əslində, bu nəzəriyyə “fosil izi buraxmayacaq qədər sürətli 
bir  təkamül  prosesi  necə  təsəvvür  edilə  bilər?”  sualına  cavab  vermək  üçün 
ortaya atılmışdır. Bu cavabı uydurarkən  iki əsas fərziyyə qəbul edilir: 
1.“Makromutasiyaların”,  yəni  canlıların  genetik  məlumatında  böyük 
dəyişikliklər əmələ gətirən böyük mutasiyaların canlılara üstün xüsusiyyətlər 
qazandırdıqları və yeni genetik məlumat əlavə etdikləri fərziyyəsi.
2.Sayca  az  olan  heyvan  populyasiyalarının  genetik  cəhətdən  daha  üstün 
xüsusiyyətlərə malik olduqları fərziyyəsi.
Lakin hər iki fərziyyə də elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edir.
Makromutasiyalar xətası
Sıçrayışlı təkamül nəzəriyyəsi, bir az əvvəl də bildirdiyimiz kimi, yeni növ 
əmələ gəlməsinə səbəb olan mutasiyaların çox böyük ölçülərdə baş verdiyini və 
ya bəzi fərdlərin üst-üstə çox mutasiyaya məruz qaldığını fərz edir. Lakin bu 
fərziyyə genetika elminin bütün müşahidə faktlarına ziddir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
138
Əsrin  məşhur  genetiklərindən  R.A.Fişerin  təcrübə  və  müşahidələrə 
əsaslanaraq ortaya qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib edir. 
Fişer  “Təbii  seçmənın  genetik  nəzəriyyəsi”  (The  genetical  theory  of  natural 
selection)  adlı  kitabında  “mutasiyanın  bir  canlı  populyasiyasında  daimi 
olmasının mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib” olduğunu 
bildirir.
176
  Başqa  sözlə,  bir  mutasiya  nə  qədər  böyük  olsa  da,  populyasiyada 
daimi olma ehtimalı da bir o qədər azalır.
Bunun səbəbini görmək  çətin deyil. Əvvəlki fəsillərdə nəzərdən keçirdiyimiz 
kimi, mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ 
gətirirlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri yoxdur. 
Əksinə, mutasiya keçirən fərdlər ciddi xəstəlik və şikəstliyə məruz qalırlar. Ona 
görə də mutasiya bir fərdə nə qədər çox təsir edirsə, yaşama ehtimalı da bir o 
qədər az olur.
Darvinizmin israrlı müdafiəçilərindən Ernst Mayr bu mövzuda belə deyir:
Mutasiyalar nəticəsində genetik  əcaib canlıların əmələ gəlməsi həqiqətən 
də müşahidə edilən faktdır, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq 
“gözlənilməyən əcaib canlılar” kimi tərif edilə bilər. Tarazlıqları o qədər 
pozulmuşdur  ki,  tarazlayıcı  seçmə  mexanizmi  yolu  ilə  seçilməkdən  xilas 
olmaq üçün heç bir imkanları yoxdur... Əslində bir mutasiya fenotipə nə 
qədər  çox  təsir  edərsə,  onun  (təbii  mühitə  olan)  uyğunluğunu  o  qədər 
azaldır. Bu cür radikal mutasiyanın fərqli uyğunlaşma təmin edəcək yeni 
bir fenotip əmələ gətirəcəyinə inanmaq bir möcüzəyə inanmaq deməkdir... 
Bu “gözlənilməyən əcaib canlıya” cütləşəcəyi uyğun cüt tapmaq və bunların 
populyasiyanın normal fərdlərindən törəyici şəkildə təcrid edilmələri də, 
məncə, əsla həll edilməyəcək çətinliklərdir.
177
Sıçrayışlı təkamül modelinin iki məşhur müdafiəçisi: Stefen Jay Quld və Nils Edriç


Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
139
Mutasiyaların təkamül xarakterli inkişafa səbəb olmadığı aydındır və bu 
həqiqət həm neodarvinizmi, həm də sıçrayışlı təkamül nəzəriyyəsini çıxılmaz 
vəziyyətə  salır.  Mutasiya  zərərverici  mexanizm  olduğuna  görə,  sıçrayışlı 
təkamül  tərəfdarlarının  bəhs  etdikləri  makromutasiyalar  canlılara  “makro” 
səviyyədə zərər verərlər. Bəzi təkamülçülər DNT-dəki “tənzimləyici genlərə” 
(regulatory  genes)  təsir  edən  mutasiyalara  ümid  bağlayırlar.  Amma  digər 
mutasiyalara aid olan zərərverici xüsusiyyət bu mutasiyalar üçün də etibarlıdır. 
Problem mutasiyanın təsadüfi dəyişiklik olmasındadır, genetik məlumat kimi 
kompleks quruluşda baş verən hər hansı təsadüfi 
dəyişiklik zərərli nəticələr verir.
Genetik  Leyn  Lester  və  populyasiya  genetiki  Reymond  Bohlin  “Bioloji 
dəyişiklikdə  təbii  məhdudiyyətlər”  (The  natural  limits  to  biological  change) 
adlı kitablarında sözügedən mutasiya problemini belə izah edirlər:
Nəhayət,  bu  nəticəyə  gəlirik  ki,  hər  hansı  bir  təkamül  modelində  hər 
cür  genetik  variasiyanın  mütləq  mənşəyi  mutasiyadır.  Bəziləri  kiçik 
mutasiyaların  nəticələrindən  narahat  olurlar  və  təkamül  yeniliklərinin 
mənşəyini  açıqlamaq  üçün  makromutasiyalara  müraciət  edirlər. 
Qoldsmitin gözlənilən əcaib canlıları həqiqətən də geri qayıtmışdır. Ancaq 
makromutasiyaların təsir etdiyi populyasiyalar, əslində, həyat uğrunda 
mübarizədə  məğlub  olan  populyasiyalar  olur.  Makromutasiyaların 
kompleksliyin  artırılmasını  təminedici  xüsusiyyətindən  (genetik 
məlumatı dəyişdirmək baxımından) əsər-əlamət yoxdur. Əgər quruluşa 
təsir edən gen mutasiyaları (kiçik mutasiyalar) lazımi dəyişiklikləri əmələ 
gətirmək üçün kafi deyillərsə, tənzimləyici genlərə təsir edən mutasiyalar 
daha əlverişsiz olacaqdır, çünki adaptasiya (uyğunlaşma) təmin etməyən 
və hətta məhvedici təsirlər əmələ gətirəcəkdir... Bir cəhət olduqca aydındır: 
mutasiyaların  (istər  böyük,  istərsə  də  kiçik  olsunlar)  hədsiz  dərəcədə 
bioloji  dəyişiklik  əmələ  gətirməsi  tezisi  bir  faktdan  çox  inanc  kimi 
qalmaqda davam edir.
178
Müşahidə və təcrübələr mutasiyaların genetik məlumatı təkmilləşdirmədiyini 
və  canlıları  məhv  etdiyini  göstərir,  lakin  sıçrayışlı  təkamül  tərəfdarlarının 
mutasiyalardan  neodarvinistlərdən  belə  daha  böyük  “uğurlar”  gözləmələri 
açıq-aşkar əsassızlıqdır.
Dar populyasiyalar xətası
Sıçrayışlı  təkamül  tərəfdarlarının  vurğuladıqları  ikinci  anlayış  “dar 
populyasiyalar”  anlayışıdır.  Bununla  yeni  növ  əmələ  gəlməsinin  sayca 
olduqca az olan heyvan və ya bitkidən ibarət icmalarda baş verdiyini 
ifadə 
edirlər. Bu iddiaya əsasən, çox sayda heyvandan ibarət olan populyasiyalarda 
təkamül  xarakterli  inkişaf  baş  vermir  və  “stasis”  (sabitlik)  vəziyyyətini 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə