M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə40/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   36   37   38   39   40   41   42   43   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
124
Bir  tərəfdən  arxa  ayaqları,  digər  tərəfdən  də  gövdələrini  saxlayan  bud 
sümükləri getdikcə kiçilirdi... Boynu qısaldı, beləliklə, gövdənin ön hissəsi 
suyu  ən  az  müqavimətlə  yarıb  keçməyi  təmin  edən  boru  şəklində  sualtı 
qayığın gövdəsinə bənzəyən formaya çevrilərkən qollar da üzgəc formasını 
almağa başladı. Xarici qulaqlara olan ehtiyacın azalması ilə bəzi balinalar 
sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib xüsisi yağ kisələri 
vasitəsilə daxili qulağa ötürürdülər.
Diqqət edilsə, bütün bu hekayələrdə təkamülçü məntiq uydurması sadəcə 
canlıların dəyişən mühitə görə dəyişən ehtiyaclarınin olduğunu bildirir və bu 
ehtiyacı özbaşına “təkamül mexanizmi” kimi qavrayır: bu məntiqə əsasən, ən 
az ehtiyac hiss olunan orqanlar yox olur, ehtiyac olan yeni orqanlar öz-özünə 
meydana gəlirlər!
Lakin biologiya sahəsində ən əsas məlumatlara malik olan bir insan bilər 
ki, ehtiyaclarımız orqanlarımızı irsi şəkildə formalaşdıra bilməz. Bu, Lamarkın 
“qazanılmış  xüsusiyyətlərin  sonrakı  nəsillərə  ötürülməsi”  tezisinin  təkzib 
edilməsindən bəri, yəni təqribən 100 ildir ki, məlum olan qəti həqiqətdir. Amma 
təkamülçü KİV-lərə baxdıqda görürük ki, hələ də Lamarkın nəzəriyyəsinə görə 
düşünürlər.
Əgər onlara etiraz etsəniz: “Xeyr, biz lamarkçı deyilik, ətraf mühit şərtlərinin 
canlılara  təkamül  xarakterli  təzyiq  göstərdiyini,  bu  təzyiq  nəticəsində uyğun 
canlıların seçildiyi və beləliklə, növün təkamül keçirdiyini nəzərdə tuturuq”, 
- deyəcəklər. Amma elə məsələnin əsli də buradadır: təkamülçülərin “təkamül 
xarakterli  təzyiq”  dedikləri  şey  canlılara  ehtiyaclarına  uyğun  olaraq  yeni 
xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə reaksiya verəcəyini nəzərdə 
tutduqları iki “təkamül mexanizmi”, yəni təbii seçmə və mutasiyanın canlılara 
yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:

Təbii seçmə ancaq mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir 
xüsusiyyət əmələ gətirə bilməz.

Mutasiyalar canlılara genetik məlumat əlavə edə bilməzlər, sadəcə 
mövcud  genetik  məlumatı  pozarlar.  Genetik  məlumat  əlavə  edən  (yeni 
bir orqan və ya biokimyəvi forma əmələ gətirən) bir mutasiyaya əsla rast 
gəlinməmişdir.
Bu  həqiqətlər  işığında  “National  geographic”in  yuxarıdakı  “şappıltı 
ilə  hərəkət  edən  balinalar”  nağılına  bir  daha  nəzər  salsaq,  əslində  həqiqətən 
də  olduqca  bəsit  lamarkçılıq  etdiklərini  görərik.  Diqqət  edilsə,  “National 
geographic”in  jurnalisti  Duqlas  H.Çedvik  “hər  nəsildə  getdikcə  qısalan  və 
çəlimsizləşən arxa ayaqlar”dan bəhs edir. Necə olur ki, “hər nəsildə” bir canlı 
növündə  morfoloji  dəyişiklik-  həm  də  müəyyən  bir  istiqamətdə  dəyişiklik 
olur? Bunun üçün, o növün hər nəsildəki təmsilçiləri ayaqlarının qısalmasına 


Gerçək Təbiət Tarixi -II-
125
səbəb olan mutasiyalara uğramalı, bu mutasiyalar canlıya başqa heç bir zərər 
verməməli, mutasiyaya uğrayan fərdlər digərlərinə görə üstün olub seçilməli, 
sonrakı  nəsildə  (necə  bir  təsadüfdürsə)  yenə  eyni  genin  eyni  yerində  eyni 
mutasiya olmalı, bu nəsillər boyu heç dəyişmədən davam etməli, bütün bunlar 
təsadüfən qüsursuz şəkildə baş verməlidir.
Əgər “National geographic” yazıçıları buna inanırlarsa: “Biz sülələ olaraq 
uçmağı  çox  sevirik,  oğlum  da  baxın,    təsadüfi  mutasiya  keçirdi  və  qoltuq 
altlarında  quş  tükünə  bənzər  bir  neçə  forma  əmələ  gəldi.  Nəvəm  də  eyni 
mutasiyaları  keçirəcək  və  tükləri  bir  az  da  artacaq,  bu  nəsillər  boyu  davam 
edəcək və nəticədə sülaləmiz qanadlanıb uçacaq”, - deyən bir insana da inana 
bilərlər. Çünki hər iki hekayənin cəfəngiyyat səviyyəsi eynidir.
Bu vəziyyət əvvəldə bildirdiyimiz həqiqəti, yəni təkamülçülərin canlıların 
tələbatlarının sanki təbiətdəki sehirli bir güc tərəfindən təmin edildiyinə dair 
batil  inancını  üzə  çıxarır.  Əslində  maraqlıdır  ki,  animizmdəki  (təbiətdəki 
canlı və cansız bütün varlıqların şüuru və ruhu olduğu inancı) “təbiətə şüur 
aid etmə” inancı XXI əsrdə “elm” adı ilə qarşımıza çıxır. Halbuki darvinizmin 
məşhur tənqidçilərindən biri olan Fransanın məşhur bioloqu Pol Pier Qrassenin 
bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm 
bu işin içinə daxil edilməməlidir”.
167
İnsanlara təlqin edilmək istənilən başqa bir ssenari də sözügedən canlıların 
bədən səthi ilə bağlıdır. Quruda yaşayan canlılar kimi qəbul edilən pakicetus və 
ambulocetusun digər məməlilər kimi tüklü bədənə malik olduğu hər kəsin ortaq 
fikridir.  Belə  ki,  bərpa  işlərində  hər  iki  canlı  sıx  tüklərlə  təsvir  olunmuşdur. 
Ancaq daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçdikdə birdən 
tüklər yox olur. Bunun təkamül baxımından açıqlaması yuxarıda danışdığımıza 
bənzər lamarkçı hekayələrdən fərqli deyil.
Həqiqət  isə  sözügedən  canlıların  hər  birinin  yaşadıqları  mühitə  görə  ən 
uyğun şəkildə yaradılmalarıdır. Bu qüsursuz canlıları mutasiyalarla və ya daha 
bəsit lamarkçı hekayələrlə açıqlamağa çalışmaq ağıldankənardır. Canlılardakı 
hər xüsusiyyət kimi, sözügedən canlıların mükəmməl sistemləri də bu canlıları 
Allahın yaratdığını sübut edir.
Dəniz məməlilərinin təkamülü ssenarisinin müəmması
Buraya qədər dəniz məməlilərinin quru canlılarından təkamüllə törədiyi 
haqqında təkamülçü ssenarinin əsassızlığını təhlil etdik. Elmi kəşflər 
təkamülçülərin bu ssenarinin başlanğıcına yerləşdirdiyi iki quruda 
yaşayan məməli (pakicetus və ambulocetus) ilə dəniz məməliləri arasında 
heç bir əlaqənin olmadığını göstərir. Bəs ssenarinin ardı?
Bu məsələdə də təkamül nəzəriyyəsi yenə çıxılmaz vəziyyətdədir. Nəzəriyyə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə