Gerçək Təbiət Tarixi -II-
115
belə izah edir:
Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül
xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül
ardıcıllıqlarını üzə çıxara bilməmələridir… Atın təkamül ardıcıllığı,
əsasən, bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq
həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox
əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi
iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların
bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha
kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı
ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu
ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur.
157
Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri
kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali
ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi, atlar da təkamül
əcdadına malik olmadan yaradılmışdırlar.
Yarasaların mənşəyi
Məməlilər sinfinə daxil olan ən maraqlı canlılardan biri, şübhəsiz, yeganə
uçan məməli cinsi yarasalardır.
Yarasaların maraqlı xüsusiyyətlərindən ən əsası bu canlılardakı kompleks
“sonar” sistemidir. Bu sonar sistemi sayəsində yarasalar zülmət qaranlıqda
heç bir şey görmədən həddindən artıq qıvraq və qüsursuz manevrlər edərək
uçurlar. Qaranlıq bir otağın döşəməsindəki kiçik bir tırtılı da görüb ovlayırlar.
Bu sonar heyvanın daima yüksək tezlikli səslər yayması bu səslərin əks-
sədalarını təhlil etməsi və ətrafını hərtərəfli analiz etməsiylə işləyir. Həm də
canlı bu işi qeyri-adi sürətlə havada uçduğu saniyələr boyu fasiləsiz və qüsursuz
şəkildə yerinə yetirir.
Yarasaların sonar sistemi üzərində aparılan tədqiqatlar daha da təəccüblü
nəticələr üzə çıxarmışdır. Heyvanın hiss etdiyi tezlik intervalı çox dardır,
yəni ancaq müəyyən tezlikdəki səsləri hiss edə bilir. Ancaq elə burada çox
mühüm problem ortaya çıxır. Doppler təsiri adlanan fiziki qanuna əsasən,
hərəkət halındakı bir cisimlə toqquşan səsin tezliyi dəyişir. Buna görə, yarasa
özündən uzaqlaşan bir milçəyə doğru səs dalğalarını yaydıqda qayıdan səs
dalğaları yarasanın eşidə bilməyəcəyi intervala keçəcəkdir. Bu səbəbdən, yarasa
hərəkətli cisimləri hiss etməkdə böyük çətinlik çəkməlidir. Amma belə olmur.
Yarasa hər cür cismi qüsursuz şəkildə hiss etməkdə davam edir. Çünki yarasa
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
116
Doppler təsirini bilirmiş kimi hərəkətli cisimlərə doğru yolladığı səs dalğalarını
dəyişdirir. Məsələn, özündən uzaqlaşan mişçəyə ən yüksək tezlikli səs dalğasını
yollayır ki, səs geri qayıtdıqda hiss etməyəcəyi qədər aşağı tezlikdə olmasın.
Bəs bu tənzimləmə necə baş verir?
Yarasanın beynində sonar sisteminə nəzarət edən iki fərqli tipdə neyron
(sinir hüceyrəsi) yerləşir, bunlardan biri geri qayıdan ultrasəsi hiss edir, digəri
müəyyən əzələlərə əmr göndə rib yarasanın səsini əmələ gətirir. Bu iki neyron
beyində bir-birilə əlaqədar şəkildə fəaliyyət göstərir, belə ki, əks-sədanın tezliyi
dəyişdikdə birinci neyron bunu hiss edir və ikinci neyrona təzyiq göstərərək
və ya xəbər göndərərək səsin tezliyinin əks-sədanın tezliyinə uyğunlaşmasını
təmin edir. Nəticədə yarasanın səsi mühitin vəziyyətinə
görə tezliyini dəyişdirir və ən faydalı şəkildə istifadə
edilir.
Bütün bu sistemin təkamül nəzəriyyəsinin
“təsadüfi mutasiyalarla mərhələli təkamül”
açıqlamasına vurduğu zərbəni görməmək mümkün
deyil. Yarasadakı sonar sistemi olduqca kompleks
quruluşdur və əsla təsadüfi mutasiyalarla
açıqlana bilməz. Sistem bütün hissələri ilə
birlikdə qüsursuz şəkildə mövcud olduqda
funksional olur. Yarasa həm yüksək tezliklərdə
səs yayan quruluşa, həm bu səsləri hiss edib təhlil
edən orqanlara, həm də hərəkət dəyişikliklərinə
görə səs tezliyini tənzimləyən sistemə malik
olmalıdır ki, sonar işə yarasın. Əlbəttə, bütün
bunlar təsadüflərlə açıqlana bilməz və yarasanın
qüsursuz şəkildə yaradıldığını göstərir.
Belə ki, fosil qeydləri də yarasanın yer üzündə
ani surətdə və bu günkü kompleks quruluşu ilə ortaya çıxdığını göstərir.
Təkamülçü paleontoloqlar Con E.Hil və Ceyms D.Smit “Yarasalar: Təbiət
tarixi” (Bats: A natural history) adlı kitablarında bu həqiqəti “etiraf” edərək belə
açıqlayırlar:
Yarasaların fosilləri erkən Eosen dövrünə qədər gedib çıxır… və beş ayrı
qitədə birdən-birə üzə çıxır. Bütün yarasa fosilləri, hətta ən qədimləri
belə olduqca təkmilləşmiş yarasalardır və ona görə quruda yaşayan
əcdadlarından nə cür ara keçidlə törədikləri məsələsi qaranlıq qalır.
158
Təkamülçü paleontoloq L.R.Qodfrey isə eyni mövzuda belə yazır:
Erkən Tertir dövrünə aid xeyli sayda yaxşı qorunmuş yarasa fosili var,
məsələn, icaronycteris kimi. Amma icaronycteris bizə yarasalarda uçuşun
Yarasaların sahib olduğu
sonar sistemi bu günə qədər
düzəldilmiş bütün texnoloji
sonarlardan daha həssas və
səmərəlidir.
Gerçək Təbiət Tarixi -II-
117
təkamül keçirməsi haqqında heç bir şey deyə bilmir, çünki bu, onsuz da
qüsursuz şəkildə uçan yarasadır.
159
(* - Bundan 65 və 2,6 mln. il əvvəlki
zaman periodunu əhatə edən yerin geoloji tarixinin 3-cü mərhələsi kimi
bilinən dövr)
Təkamülçü elm adamı Cef Hekt də eyni problemi 1998-ci il tarixli “New
scientist” jurnalındakı məqaləsində belə etiraf edir:
Yarasaların mənşəyi bir tapmacaya çevrilmişdir. Ən qədim yarasa fosilləri
belə 50 milyon il əvvəl bu günkü yarasaların qanadlarına bənzəyən
qanadlara malikdirlər.
160
Qısaca desək, nə yarasaların kompleks bədən sistemlərinin təkamüllə
meydana gəlməsi mümkündür, nə də fosil qeydləri belə bir təkamülün baş
verdiyini göstərir. Əksinə, yer üzündə ilk dəfə ortaya çıxan yarasalarla bu gün
yaşayan nümunələri eynidir. Yarasalar heç vaxt dəyişməmişlər.
Dəniz məməlilərinin mənşəyi
Balinalar və delfinlər “dəniz məməliləri” kimi məlum olan canlı qrupunu
təşkil edirlər. Bu canlılar məməlilər sinfinə daxildir, çünki eynilə qurudakı
məməlilər kimi bala doğur, əmizdirir, ağciyərlə nəfəs alır və bədənlərini isidirlər.
Dəniz məməlilərinin mənşəyi isə təkamülçülər tərəfindən açıqlanması ən çətin
olan məsələlərdən biridir. Bir çox təkamülçü mənbədə əcdadları quruda yaşayan
dəniz məməlilərinin uzun təkamül prosesi nəticəsində dəniz mühitinə keçəcək
şəkildə təkamül keçirdikləri irəli sürülür. Buna əsasən, sudan quruya keçidin
əksinə hərəkət edən dəniz məməliləri ikinci təkamül prosesinin nəticəsi kimi,
yenidən su mühitinə geri qayıdıblar. Lakin bu nəzəriyyə heç bir paleontoloji
dəlilə əsaslanmır və məntiqi cəhətdən də ziddiyyətlidir. Belə ki, təkamülçülər
də uzun illər boyu bu mövzuda susublar.
Bu səbəbdən, təkamülçülər bu mövzu ilə bağlı uzun müddətdən bəri bir
ABŞ-ın Vayominq
ştatında tapılmış
ən qədim yarasa
fosili. 50 milyon il-
lik bu fosili ilə bu
gün yaşayan yara-
salar arasında heç
bir fərq yoxdur.
Dostları ilə paylaş: |