M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   31   32   33   34   35   36   37   38   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
108
adamlarından biri fosillər haqqında: “sanki dünən ölüblər”, - demişdir.
144
Uçan həşəratlar, yəni milçəklər də fosil qeydlərində bir anda və özünəməxsus 
quruluşları ilə üzə çıxır. Məsələn, Pensilvaniya dövrünə aid çox sayda cırcırama 
fosili tapılmışdır və bu cırcıramalar dövrümüzdəkilərlə tamamilə eyni quruluşa 
malikdirlər.
Burada maraqlı olan bir cəhət cırcıramalar kimi milçəklərin qanadsız həşərat 
növləri ilə eyni anda ortaya çıxmalarıdır. Bu da qanadsız həşəratların zamanla 
qanadlanaraq milçəklərə təkamül yolu ilə çevrilməsi fərziyyəsini əsassız edir. 
Robin Vutton və Çarlz P.Ellinqton “Təkamüldə biomexanika” (Biomechanics in 
ABŞ-ın Kansas ştatında tapılan bu Acantherpestes 
major növünə aid qırxayaq təxminən 300 milyon 
il yaşındadır və günümüzdəki qırxayaqlardan 
fərqlənmir.
145 milyon illik milçək, fosili. 
Çinin Lioaning bölgəsində 
tapılan bu fosil ilə eyni 
növə aid yaşayan milçəklər 
arasında heç bir fərq yoxdur.
Qanadlı həşəralar, fosil qeydlərində bir anda ortaya çıxırlar və ilk peyda olduqları 
andan  etibarən  bu  günkü  qüsursuz  quruluşlarına  sahibdirlər.  Yuxarıda  320 
milyon illik cırcırama fosili bilinən ən qədim cırcıramadır, günümüzdəkilərdən 
fərqlənmir. Hüç bir təkamül prosesi keçirməmişdir.


Gerçək Təbiət Tarixi -II-
109
evolution) adlı kitabdakı bir məqalələrində bu mövzu ilə bağlı belə yazırlar:
Həşəratlar Orta və Üst karbonifer dövrlərində ilk dəfə ortaya çıxırlar, bir-
birlərindən çox fərqlənirlər və böyük hissəsi də qanadlıdır. Bir neçə qanadsız və 
daha ibtidai həşərat var, amma heç bir ara keçid forma yoxdur.
145
Fosil qeydlərində bir anda ortaya çıxan milçəklərin mühüm bir xüsusiyyəti 
də  uçuş  texnikalarıdır.  İnsan  saniyədə  10  dəfə  qolunu  açıb-bağlaya  bilmir, 
amma  bir  milçək  saniyədə  təqribən  500  dəfə  qanad  çalma  qabiliyyətinə 
malikdir.  Həm  də  hər  iki  qanadını  eyni  anda 
çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik 
uyğunsuzluq  olsa,  milçək  müvazinətini  itirər, 
ancaq əsla bu cür uyğunsuzluq olmur. 
R.Vutton  “Milçək  qanadlarının  mexaniki 
dizaynı” adlı məqaləsində belə yazır: 
Milçək  qanadlarının  funksiyasını  öyrəndikcə 
malik olduqları dizaynın nə qədər həssas və 
qüsursuz  olduğunu  daha  yaxşı  anlayırıq... 
Olduqca elastik xüsusiyyətlərə malik hissələr 
havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün 
lazımi qüvvətlər qarşısında lazımi elastikliyə 
malik  şəkildə  həssaslıqla  birləşdirilmişlər. 
Milçək  qanadlarına  çatan  texnoloji  cihaz 
yoxdur.
146
Bu cür qüsursuz yaradılışa malik olan canlıların 
yer üzündə bir anda üzə çıxmalarının təkamüllə 
açıqlanması,  əlbəttə,  qeyri-mümkündür.  Bu 
səbəbdən, Pol Pier Qrasse: “həşəratların mənşəyi 
məsələsi bizə tamamilə qaranlıq qalıb”, - deyir.
147
 
Həşəratların mənşəyi açıq şəkildə bütün canlıları 
Allahın yaratdığını təsdiqləyir.
Məməlilərin mənşəyi
Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül 
keçirərək  çıxan  bir  cür  xəyali  canlıların  sürünənlərə  çevrildiyini,  quşların  da 
sürünənlərin təkamül keçirməsiylə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə 
əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq 
bu iki canlı sinfi arasında çox böyük fərqlər var. Məməlilər istiqanlı heyvanlardır 
(bədən temperaturlarını özləri verirlər və sabit saxlayırlar), balalarını doğurlar, 
əmizdirirlər  və  bədənləri  tüklərlə  örtülüdür.  Sürünənlər  isə  soyuqqanlıdır 
(bədən temperaturlarını özləri verə bilmirlər və bədən temperaturları çöldəki 
320 milyon illik bu hamam 
böcəyi ( tarakan ) fosili 
ilə günümüzdə yaşayan 
nümunələri arasında heç bir 
fərq yoxdur.


110
Kəhrəba içində fosilləşmiş 
35 milyon illik milçək.
Baltik dənizinin yaxınlığında 
tağılmış bu fosil günümüzdə 
yaşayan nümunəlirndən 
fərqlənmir.


Gerçək Təbiət Tarixi -II-
111
havaya  görə  dəyişir),  yumurtlayaraq  çoxalırlar,  balalarını  əmizdirmirlər  və 
bədənləri pulcuqlarla örtülüdür.
Görəsən, necə olub ki, bir sürünən bədən temperaturunu verməyə başlamış, 
bu temperaturu tənzimləyən tərləmə mexanizmi əmələ gətirmiş, pulcuqlarını 
tüklərlə  dəyişdirmiş  və  süd  ifraz  etməyə  başlamışdır?  Təkamül  nəzəriyyəsi 
məməlilərin  mənşəyinə  dair  açıqlama  verməsi  üçün,  əvvəlcə,  bu  suallara 
qənaətbəxş elmi cavablar tapmalıdırlar.
Lakin  təkamülçü  mənbələrə  baxdıqda  ya  bu  mövzuda  səssizliyin  hakim 
olduğunu,  ya  da  tamamilə  fantastik  və  elmdənkənar  ssenarilər  danışıldığını 
görürük. Bu ssenarilərdən biri belədir:
Soyuq bölgələrdə yaşayan bəzi sürünənlər bədənlərini isitmək üçün üsul 
tapdılar… Pulcuqları getdikcə daha sivri şəkilə düşdü və nəticədə təkamül 
yolu  ilə  tüklərə  çevrildi.  Bununla  bərabər  baş  verən  digər  adaptasiya  isə 
tərləmənin inkişafı oldu. Bu, canlıya lazım gəldikdə suyun buxarlanması 
sayəsində bədənini soyutma imkanı verirdi. Elə bu zaman gözlənilmədən 
bəzi  balalar  qidalanmaq  üçün  analarının  bədənində  əmələ  gələn  təri 
yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox ifrazata 
başladı və bu ifrazat nəticədə südə çevrildi. Bu sayədə bu ilk məməlilərin 
balaları həyata daha yaxşı başladılar.
148
Yuxarıdakı ssenari təxəyyül gücünün məhsulundan başqa bir şey deyiil. Çünki 
bu danışılanların baş verdiyinə dair nə bir dəlil var, nə də belə bir şeyin baş 
verməsi mümkündür. Bir canlının anasının bədənindəki təri “yalayaraq” süd 
kimi olduqca keyfiyyətli, qidalandırıcı, dəyəri yaxşı nizamlanmış qidanı ortaya 
çıxardığını irəli sürməsi olduqca ağlasığmaz iddiadır.
Bu  cür  ssenarilərin  uydurulmasının  səbəbi  məməlilər  və  sürünənlər 
arasında əslində keçilməz uçurumlar olmasıdır. Bu uçurumlara başqa bir misal 
sürünənlərin  və  məməlilərin  çənə  quruluşlarıdır.  Məməlilərdə  alt  çənədə 
təkcə  bir  sümük  var  və  dişlər  bu  sümüyün  üzərində  yerləşir.  Sürünənlərdə 
isə  alt  çənənin  hər  iki  tərəfində  üç  dənə  kiçik  sümük  var.  Başqa  əsas  fərq 
bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (zindan, üzəngi və çəkic 
sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda bircə sümük var. 
Təkamülçülər  sürünən  çənəsinin  və  sürünən  qulağının  mərhələli  şəkildə 
məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı 
mərhələlərlə  baş  verdiyi  sualı  isə  cavabsızdır.  Xüsusilə  tək  sümükdən  ibarət 
qulağın üç sümüklü formaya necə çevrilməsi və eşitmə hissinin bu zaman necə 
davam etdiyi əsla cavablana bilməyən sualdır.
Bütün bunlar sürünənlərin məməlilərə təkamüllə çevrildiyi fərziyyəsinin 
heç  bir  elmi  əsası  olmadığını  göstərir.  Belə  ki,  sürünənlərlə  məməliləri  bir-
birilə əlaqələndirən bircə ara keçid forma fosili belə tapılmamışdır. Buna görə, 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə