M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə32/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   28   29   30   31   32   33   34   35   ...   108

Gerçək Təbiət Tarixi -II-
101
quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər arxeopteriks 
ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə 
qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.
Ən mühüm məsələ isə ondadır ki, arxeopteriks və digər dişli quşların diş 
formaları  bu  quşların  “təkamül  əcdadları”  hesab  edilən  dinozavrların  diş 
formalarından  çox  fərqlidir.  L.D.Martin,  J.D.Stuart  və  K.N.Uetstoun  kimi 
məşhur  ornitoloqların  apardıqları  ölçmələrə  əsasən,  arxeopteriksin  və  digər 
dişli  quşların  dişlərinin  üstü  düzdür  və  kökləri  genişdir.  Lakin  bu  quşların 
əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi 
çıxıntılıdır və kökləri də dardır.
128
 Eyni tədqiqatçılar eyni zamanda arxeopteriks 
ilə  onun  “əcdadları”  hesab  edilən  teropod  dinozavrlarının  bilək  sümüklərini 
müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar.
129
Arxeopteriksin  dinozavrlardan  təkamül  yolu  ilə  törədiyini  iddia  edən 
qabaqcıl  təkamülçülərdən  biri  olan  Con  Ostromun  bu  canlı  ilə  dinozavrlar 
arasında  irəli  sürdüyü  bəzi  “bənzərliklər”in  isə  əslində  səhv  şərh  olduğu 
S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar 
olmuşdur.
130
A.D.Uolker arxeopteriksin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının 
da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir.
131
Ueyls Universitetinin Biologiya Elmləri İnstitutundan C.Riçard Hinçlif isə 
rüşeymlər üzərində müasir izotopik texnikadan istifadə edərək quşların əllərinin 
II, III və IV barmaqlardan ibarət olduğunu, teropod dinozavrlarınkının isə I, II 
və III barmaqlardan təşkil olunduğunu müəyyən etmişdir. Bu isə arxeopteriks-
dinozavr  əlaqəsinin  müdafiə  edənlər  üçün  böyük  problemdir.
132
  Hinçlifin 
tədqiqatları və müşahidələri məşhur elmi jurnal olan “Elm”in (Science) 1997-ci 
ildəki bir sayında belə dərc edilmişdir:  
Teropodlarla  quş  sümükləri  arasındakı  homologiya  “dinozavr  mənşəyi” 
hipotezi  ilə  əlaqədar  digər  bəzi  problemləri  də  yada  salır.  Onlardan 
bəziləri  bunlardır:  (i)  arxeopteriks  qanadı  ilə  müqayisə  edildikdə  (bədən 
ölçüsünə görə) teropodun daha kiçik olan qabaq qolu. Bu cür kiçik qollar 
olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açıb uçması üçün 
inandırıcı ön qanad deyil. (ii) Teropodlardakı bilək sümüyü sadəcə dörd 
növdə var. Teropodların çoxunda bilək sümüyü çox sayda hissələrdən təşkil 
olunmuşdur. Bunun arxeopteriks ilə bənzərlik təşkil gətirməsi çox çətindir. 
(iii)  Zaman  baxımından  müqayisə  ilə  bağlı  paradoks  isə  bir  çox  teropod 
dinozavrın  və  xüsusilə  də  quşabənzər  dromazavrların  fosil  qeydlərində 
arxeopteriksdən daha sonra tapılmalarıdır.
132
Hinçlifin  bildirdiyi  “zaman  baxımından  uyğunsuzluq”  arxeopteriks 
haqqındakı  təkamülçü  iddialara  ən  öldürücü  zərbəni  endirən  həqiqətlərdən 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
102
biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün 
ikonları” (İcons of evolution) adlı kitabında arxeopteriksin təkamül adına sanki 
“ikona”  (müqəddəs  simvol)  çevrildiyini,  əslində  isə  dəlillərin  bu  canlının 
“quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin 
fikrincə,  bunun  göstəricilərindən  biri  arxeopteriksin  əcdadı  kimi  göstərilən 
teropod  dinozavrların  əslində  arxeopteriksdən  daha  gənc  olmalarıdır:  “Yerdə 
qaçan ikiayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənilən 
bəzi  xüsusiyyətlərə  malikdirlər,  amma  (fosil  qeydlərində)  arxeopteriksdən 
daha sonra üzə çıxırlar”.
133
Bütün bunlar arxeopteriksin ara keçid 
forma  olmadığını,  sadəcə  “dişli  quşlar” 
adlandırılan başqa bir sinifə aid olduğunu 
göstərir. Bu canlını teropod dinozavrlarla 
əlaqələndirmək  isə  olduqca  əsassızdır. 
Amerikalı  bioloq  Riçard  L.Dim  də 
““Quşlar  dinozavrdır”  nəzəriyyəsinin 
sonu”  (Demise  of  the  “Birds  are 
dinosaurs” theory) adlı məqaləsində quş-
dinozavr təkamülü iddiası və arxeopteriks 
haqqında bunları yazır: 
Son  tədqiqatların  nəticələri  göstərir 
ki, teropod dinozavrların əlləri (qabaq 
qol sümüklərindəki) birinci, ikinci və 
üçüncü xanələrdən törəmişdir, amma 
quşların  qanadları  ikinci,  üçüncü  və 
dördüncü  xanələrdən  törəyirlər... 
“Quşlar  dinozavrdır”  nəzəriyyəsi 
ilə  əlaqədar  başqa  problemlər  də 
vardır.  Teropodların  qabaq  ayaqları 
arxeopterikslə müqayisədə bədənlərinə 
görə  çox  kiçikdir.  Bu  canlıların  ağır 
bədənlərini  də  düşündükdə  bir  cür 
“ön  qanad”  (proto-wing)  inkişafı  ehtimalı  qeyri-mümkündür.  Teropod 
dinozavrların  çoxunda  (quşlardakı)  semilunatik  bilək  sümüyü  yoxdur 
və  arxeopteriksdə  heç  bir  bənzəri  olmayan  bəzi  bilək  hissələri  var.  Bütün 
teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan 
tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki 
xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların  çox 
böyük qisminin arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır.
134
Dövrümüzdə yaşayan 
Opisthocomushoazin quşunun 
qanadlarında da eynilə 
Arxeopteriks kimi pəncəyə oxşar 
dırnaqlar var.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə