M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə30/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   26   27   28   29   30   31   32   33   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
94
iddia etdiyi kimi, şüursuz mutasiyalarla mərhələ-mərhələ inkişaf edə bilməz. 
Denton quş ağciyərinin bu quruluşunun darvinizmi təkzib etdiyini belə ifadə 
edir:
Quş ağciyəri Darvinin “əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə 
kompleks  orqanın  əmələ  gəlməsinin  qeyri-mümkün  olduğu  sübut  edilsə, 
nəzəriyyəm tamamilə məhv olacaqdır” şəklindəki sözlərinə cavab verir.
116
Quş tükləri və sürünən pulcuqları
Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət 
isə  tamamilə  quşlara  xas  forma  olan  tüklərdir.  Sürünənlərin  bədənləri 
pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Quş tüklərinin sürünən 
pulcuqlarından  təkamüllə  əmələ  gəlməsi  fərziyyəsi  tamamilə  əsassızdır  və 
fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:
Tüklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi 
təhlillərlə  təsdiqlənmir...  Tüklərin  kompleks  quruluşu  göstərir  ki,  bu  cür 
formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi 
dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcəkdir. Bu 
vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.
1
17
Konnektikat  Universitetində  fiziologiya  və  neyrobiologiya  professoru 
olan A.H.Braş isə: “Tüklər və pulcuqlar... genetik quruluşlarından inkişaflarına, 
Quşun ağciyərində olan və havanın bir istiqamətli  hərəkətini təmin edən kiçik 
“parabronx” boruları. Bu boruların hər biri 0,5 mm olçüdədir.


Gerçək Təbiət Tarixi -II-
95
morfologiyalarından 
toxuma 
quruluşuna  qədər  hər  şeyiylə  bir-
birlərindən  fərqlidirlər”,  -  deyərək 
eyni  həqiqəti  qəbul  edir.
118
  Habelə 
prof.  Braşın  fikrincə,  “quş  tüklərinin 
zülal quruluşu da digər onurğalıların 
heç birində rast gəlinməyən, tamamilə 
özünəməxsus”dur.
119
Bununla  belə,  quş  tüklərinin 
sürünən pulcuqlarından təkamül yolu 
ilə əmələ gəldiyini göstərən heç bir fosil 
dəlili də yoxdur. Əksinə, prof. Braşın 
ifadəsiylə  “tüklər  fosil  qeydlərində 
sadəcə quşlara xas xüsusiyyətlərlə bir 
anda üzə çıxırlar”.
120
 Sürünənlərlə quş 
tüklərinin  ortaq  mənşəyinə  dəlil  olan 
“heç  bir  epidermal  (üst  dəriyə  aid) 
forma yoxdur”.
121
İndiyə kimi bir çox fosil üzərində 
“tüklü dinozavr” fərziyyəsi qurulmuş, amma ətraflı araşdırmalar bu iddiaları 
təkzib etmişdir. Məşhur ornitoloq (quşları öyrənən elm adamı) Alan Feduççia 
“Dinozavrların tüklərdən məhrum olmasına dair” (On why dinosaurs lacked 
feathers) adlı məqaləsində belə yazır:
Tüklər  tamamilə  quşlara  xas  olan 
formadır  və  sürünən  pulcuqları  ilə 
quş  tükləri  arasında  ara  keçid  forma 
Təkamülçü paleontoloqlar tərəfindən 
“ tüklü dinozavr” adlandırılan , ancaq 
belə bir xüsusiyyəti olmadığı sonra 
meydana çıxan  Sinosauropteryx fosili.
Sürünənlərin pulcuqları
Sürünənlərin bədənlərini  örtən pulçuqlar 
hər tərəfli quş tükündən fərqlidir. Pullar  
tüklər kimi  dərinin altına   girməzlər, sadəcə 
canlının  xaricində sərt təbəqə yaradırlar. 
Genetik, biokimyəvi, anatomik  tərəflərdən   
quş tükləri ilə heç bir  oxşarlıqları yoxdur. 
Pullar ilə  tüklər  arasındakı böyük   fərq
sürünən quş  təkamülü  fərziyyəsini  bir 
daha alt-üst etmişdir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
96
olan heç bir forma yoxdur. Longisquama kimi bəzi nümunələrdə rast gəlinən 
uzununa pulcuqların forması haqqındakı fərziyyələrlə razı deyiləm. Bunların 
tükə bənzər formalar olduğuna dair heç bir konkret dəlil yoxdur.
122
                                        
Tüklərin dizaynı
Quş tüklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər 
kompleks  yaradılış  var.  Tüklərin  ortasında  hamımıza  məlum  olan  uzun  və 
sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və 
yumşaqlıqları fərqli olan bu tüklər quşa aerodinamik xüsusiyyət qazandırır. 
Ancaq daha da maraqlısı budur ki, bu tüklərin hər birinin üzərində də “tükcük” 
adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu tükcüklərin üzərində 
isə  “çəngəl”  adlandırılan  kiçik  qarmaqlar  var.  Bu  qarmaqlar  sayəsində  hər 
tükcük bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.
Durnanın bircə tükünün üzərində tük borusunun hər iki tərəfindən uzanan 
650  dənə  incə  tük  var.  Bunların  hər  birində  isə  600  ədəd  qarşılıqlı  tükcük 
yerləşir.  Bu  tükcüklərin  hər  biri  isə  390  dənə  qarmaqla  bir-birinə  bağlanır. 
Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqlar 
hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha 
çətin hallarda dimdiyi ilə tüklərini düzəltməsi tüklərin normal şəkilə düşməsi 
üçün kifayətdir.
Tüklərin  bu  kompleks  quruluşunun  təsadüfi  mutasiyalar  nəticəsində 
sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi 
əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin 
dualistlərindən biri olan Ernst Mayr bu mövzuda illər əvvəl bu etirafı etmişdir:
Duyğu  orqanlarının,  məsələn,  bir  onurğalının  gözünün  və  ya  bir  quşun 
tükləri kimi qüsursuz şəkildə tarazlanmış sistemlərin təsadüfi mutasiyalar 
nəticəsində  təkmilləşdiyini  fərz  etmək  bir  insanın  inandırıcılığı  üzərində 
ciddi bir məhdudlaşdırmadır. 
123
  
Tüklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu 
tüklərindəki mükəmməl estetika öz ifadəsilə Darvini “xəstə etmişdir”. Darvin 
dostu Eysa Qreyə yazdığı 3 aprel, 1860-cı il tarixli məktubunda: “gözü düşünmək 
çox vaxt məni nəzəriyyəmdən soyudur. Amma özümü zamanla bu problemə 
alışdırmışam”,  -  dedikdən  sonra  belə  davam  edir:  “İndi  isə  təbiətdəki  bəzi 
formalar  məni  daha  çox  narahat  edir.  Məsələn,  bir  tovuzquşunun  tüklərini 
görmək məni az qalır ki, xəstə etsin”.
124
Qısa desək, quş tükləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş 
fərqləri  və  quş  tüklərinin  həddindən  artıq  kompleks  quruluşu  tüklərin 
pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə