M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə26/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   22   23   24   25   26   27   28   29   ...   108

Gerçək Təbiət Tarixi -I-
81
və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki 
sürünən  sinfinin  əsas  xüsusiyyətlərini  daşıyırlar:  soyuqqanlı  canlılardır  (öz 
temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür. 
Ancaq  güclü  qanadlara  malikdirlər  və  bu  qanadlar  sayəsində  uçduqları 
düşünülür. 
Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən 
paleontoloji  tapıntı  kimi  göstərilir  və  ya  insanlarda  belə  bir  təsəvvür 
canlandırılır.  Lakin  əksinə,  uçan  sürünənlərin  mənşəyi  təkamül  nəzəriyyəsi 
üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda 
yaşayan sürünənlərlə aralarında heç bir ara keçid forma olmadan bir anda və 
tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış 
qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur. 
“Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir. 
Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu 
cür  xəyali  canlılar  əgər  yaşasaydılar,  qabaq  ayaqlarını  itirdikləri,  amma  hələ 
uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala 
düşəcəkdilər.  Belə  olduqda  isə  təkamülün  özünün  qəbul  etdiyi  kimi,  aradan 
çıxaraq nəsli kəsiləcəkdi.
Belə  ki,  uçan  sürünənlərin  qanadlarının  quruluşu  nəzərdən  keçirildikdə 
onların  əsla  təkamüllə  açıqlana  bilməyəcək  qədər  qüsursuz  yaradılışa  malik 
olduğu  görünür.  Uçan  sürünənlərin  qanadları  üzərində  digər  sürünənlərin 
qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər 
barmaqlardan  təxminən  20  dəfə  uzundur  və  qanad  da  bu  barmağın  altında 
uzanır.  Əgər  uçan  sürünənlər  quruda  yaşayan  sürünənlərdən  təkamül  yolu 
ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli 
Pterodactylus 
khoci  növünə 
aid  uçan sürünən 
fosili. Bavyera 
bölgəsində tapılan 
nümunə 240  
milyon yaşındadır.
Ən qədim  uçan sürünən   növlərindən   biri 
olan  Eudimorphodon-un fosili. Şimali 
İtaliyada tapılan  bü nümunə təxminən  220 
milyon il yaşındadır.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
82
şəkildə  uzanmalıdır.  Təkcə  dördüncü  barmaq  deyil,  bütün  qanad  quruluşu 
təsadüfi  mutasiyalarla  təkmilləşməli  və  bütün  bu  proses  canlıya  üstün 
xüsusiyyət  qazandırmalıdır.  Təkamül  nəzəriyyəsinin  paleontoloji  səviyyədə 
qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Ciş bu barədə belə deyir:
Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi 
fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq 
yarım,  natamam  quruluş  canlıya  üstünlük  qazandırmaq  yerinə  onu 
tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə 
dördüncü  barmağa  təsir  etdiyini  və  onu  zamanla  yavaş-yavaş  uzatdığını 
fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz 
görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş 
əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı 
digər  formaların  mərhələli  şəkildə  təkamüllə  əmələ  gəlməsini  təmin 
etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən 
25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya 
bilməz. 25% qanad toxuması ona nə üstünlük gətirə bilər? Aydındır ki, bu 
canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.
100
Qısası,  uçan  sürünənlərin  mənşəyinin  darvinist  təkamül  mexanizmləri 
ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül 
prosesinin  baş  vermədiyini  ortaya  qoyur.  Fosil  təbəqələrində  ancaq  bu  gün 
tanıdığımız  kimi,  quruda  yaşayan  sürünənlər  və  qüsursuz  şəkildə  uçan 
sürünənlər  var.  Heç  bir  ara  forma  yoxdur.  R.Karol  təkamülçü  olmasına 
baxmayaraq, bu məsələ ilə bağlı belə etiraf edir:
Trias  dövründə  üzə  çıxan  bütün  uçan  sürünənlər  (pterozavrlər)  uçuş 
üçün  çox  xüsusiləşmiş  quruluşa  malikdirlər…  Əcdadlarının  nə  olduğu 
Uçan  sürünənlərin  qanadları digər 
barmaqlarından  təxminən 20  dəfə  uzun 
olan “dördüncü barmaq “ boyunca  uzanır. 
Mühüm olan  məsələ   bu maraqlı qanad 
quruluşunun  fosil qeydlərindəki  bir 
anda və  qüsursuz  şəkildə meydana 
gəlməsi gerçəyidir. ”Dördüncü barmağ”ın 
mərhələli şəkildə, yəni təkamüllə 
uzandığını  göstərən  keçid fosil nümunəsi 
isə yoxdur.


Gerçək Təbiət Tarixi -I-
83
məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir 
tapıntı yoxdur.
101
Karol daha sonra “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns 
and processes of vertebrate evolution) adlı əsərində pterozavrları haqqında çox 
məlumat olmayan mühüm ara keçid növləri arasında sayır.
102
Göründüyü  kimi,  uçan  sürünənlərin  təkamülə  dəlil  olan  heç  bir  yönü 
yoxdur.  Ancaq  sürünən  termini  çox  insan  üçün  sadəcə  quruda  yaşayan 
canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı 
ilə  “sürünənlərin  qanadlanıb  uçması”  təsəvvürünü  verməyə  çalışırlar.  Lakin 
əslində  quruda  yaşayan  sürünənlər  ilə  uçan  sürünənlər  aralarında  heç  bir 
təkamül xarakterli əlaqə olmadan yaranmışlar.
Dəniz sürünənləri
Sürünənlər  sinfinin  digər  maraqlı  kateqoriyası  isə  dəniz  sürünənləridir. 
Bu  canlıların  böyük  hissəsinin  nəsli  kəsilmişdir,  dəniz  tısbağaları  isə  bu 
qrupun  hələ  də  yaşayan  cinsidir.  Dəniz  sürünənlərinin  mənşəyi  eynilə  uçan 
sürünənlər kimi, təkamülçü yanaşma ilə açıqlana bilmir. Məlum olan ən əsas 
dəniz  sürünəni  ichthyosaur  adlı  canlıdır.  Edvin  H.Kolbert  və  Maykl  Morales 
“Onurğalıların  təkamülü”  (Evolution  of  the  vertebrates)  adlı  kitablarında  bu 
canlıların mənşəyinin təkamül baxımından izah edilə bilməməsini belə qəbul 
edirlər:
Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan ichthyozavr 
Erkən trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil 
olması son dərəcə ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən 
əvvəlki dövrlərə aid fosil yataqlarında ichthyozavrların əcdadlarına aid heç 
bir iz yoxdur... İchthyozavr əlaqələri haqqında ən əsas problem bu sürünənləri 
məlum olan başqa hər hansı bir sürünən dəstəsinə daxil etmək üçün heç bir 
dəlilin tapılmamasıdır.
103
Başqa bir onurğalı tarixi mütəxəssisi Alfred S.Romer isə belə yazır:
(İchthyozavr  haqqında)  heç  bir  ibtidai  forma  məlum  deyil.  İchtyhozavrın 
Stenopterygius 
növünə aid 
ixtozaur fosili: 
təxminən 250 
milyon  illik


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə