M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə24/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   20   21   22   23   24   25   26   27   ...   108

Gerçək Təbiət Tarixi -I-
75
Sürünənlərin mənşəyi
Dinozavr, kərtənkələ, tısbağa və ya timsah... Bütün bu canlılar “sürünənlər” 
adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir, 
amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var. 
Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar, 
yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün 
günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq 
dünyaya gətirirlər.
Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə 
çıxılmaz  vəziyyətdə  olduğunu  görmək  olar.  Darvinistlər  sürünənlərin  suda-
quruda  yaşayanlardan  təkamül  yolu  ilə  törədiklərini  iddia  edirlər.  Amma 
bu  iddianı  dəstəkləyən  heç  bir  konkret  dəlil  yoxdur.  Əksinə,  suda-quruda 
yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox 
böyük  fizioloji  fərqlər  olduğunu  və  “yarısürünən-yarısuda-quruda  yaşayan” 
canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.
Bunun  bir  nümunəsi  iki  fərqli  canlı  qrupunun  yumurta  formalarıdır
Amfibiyalar (suda-quruda yaşayanlar) suda yumurtlayırlar. Yumurtalar suyun 
Böyrək baryeri:
Balıqlar  bədənlərindəki  zərərli 
maddələri    birbaşa  suya  atırlar. 
Quruda  yaşayan  canlıların  isə 
böyrəyə  ehtiyacları  var.  Bir  sözlə,  
“sudan  quruya  keçid”  üçün 
böyrəklərin  də  təsadüfən  əmələ 
gəlməsi lazımdır.
Ancaq  böyrəklər  son  dərəcə 
mürəkkəb    quruluşa  sahibdir. 
Böyrəyin  öz  funksiyasını  icra 
etməsi  üçün    qüsursuz  olması 
lazımdır. Məsələn, böyrəyin 50 %-i 
və  ya 70%-i , hətta 90% -nin  «əmələ 
gəldiyini» düşünsək belə, bu halda 
böyrəyin    heç    bir  funksiyasının 
olmayacağı  aydın  elmi  həqiqətdir. 
Təkamül  nəzəriyyəsi  «işləməyən 
orqan    atılmalıdır»  fərziyyəsinə  
əsaslandığına  görə,  50%-i  sağlam 
olan böyrək  elə təkamül prosesinin 
başlağıcında  ikən    orqanizmdən 
atılmalı idi


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
76
Metamorfoz
Qurbağalar əvvəl  suyun içində doğulurlar, 
bir  müddət  suda yaşayıb sonra  
“metamorfoz “ adlanan dəyişmə ilə quruya 
çıxırlar. Bəzi insanlar isə metamorfozu 
təkamülün sübutu və təkamülə 
nümunə hesab edirlər. Ancaq həqiqətdə 
metamorfozun təkamüllə heç bir əlaqəsi 
yoxdur.
Təkamül nəzəriyəsinin ortaya atdığı  
tək inkişaf mexanizmi mutasiyalardır. 
Metamorfoz isə mutasiya kimi  təsadüfi 
təsirlərlə  baş vermir. Əksinə, bu dəyişmə 
qurbağaların genlərində başlanğıcdan 
bəri mövcuddur. Yəni qurbağa doğulduğu 
anda onun sonra dəyişib quruda  yaşamağa 
uyğun  bədənə  sahib olduğu məlumdur. 
Son illərdə aparılan tədqiqatlar metamorfoz 
mərhələsinin fərqli genlər tərəfindən  idarə 
olunan murəkkəb  bir əməliyyat olduğunu  
göstərir. Məsələn, bu  dəyişmə  zamanı  
quyruğun  yoxa  çıxması “ Science news” 
jurnalındakı  ifadə ilə deyilsə, bir neçə gen 
tərəfindən idarə olunur. ( Science news , 17 
iyun, 1999, səh. 43 )
Təkamülçülərin “sudan quruya  keçmə“  
iddiası  isə tamamilə suda yaşamaq  üçün  
yaradılmış genetik məlumata sahib  olan 
balıqların  təsadüfi mutasiyalar nəticəsində  
təsadüfən quruda yaşayan canlılara 
çevrildiyi  şəklindədir. Buna görə də 
metamorfoz  həqiqətdə  təkamülü müdafiə 
edən deyil, alt-üst edən bir  sübutdur. 
Çünki metamorfoz mərhələsində  ən kiçik  
xəta olsa, canlı ölər və ya şikəst qalar. 
Metamorfozun qüsursuz olaraq qurtarması 
şərtdir. Bu cür mürəkkəb  və xətaya imkan 
verməyən bir mərhələnin təkamülün 
iddia etdiyi kimi,  təsadüfi  mutasiyalarla 
meydana  gəlməsi mümkün deyil.


Gerçək Təbiət Tarixi -I-
77
içində inkişaf etmək üçün uyğun formadadırlar, olduqca keçirici və şəffaf pərdə 
və jeleyə bənzər qatılığa malikdirlər. Lakin sürünənlər quruda yumurtlayırlar və 
ona görə də yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. 
“Amniotik  yumurta”  adlandırılan  sürünən  yumurtasının  bərk  qabığı  havanı 
keçirir,  amma  suyu  keçirmir.  Bunun  sayəsində  balanın  ehtiyacı  olan  maye  o 
yumurtadan çıxana qədər saxlanılır.
Suda-quruda  yaşayanlar  əgər  quruda  yumurtlasalar,  qısa  zamanda 
yumurtaları quruyar və içindəki embrionlar da ölər. Bu vəziyyət sürünənlərin 
mərhələli şəkildə suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli 
sürən təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən problemdir. Çünki 
quruda yaşamağa başlayarsa, amfibiya yumurtası bir nəsil daxilində amniotik 
yumurtaya çevrilməlidir. Bunun təkamül mexanizmləri kimi irəli sürülən təbii 
seçmə-mutasiya tərəfindən necə əmələ gətirilməsi açıqlana bilmir. Bioloq Maykl 
Denton bu barədə təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə izah edir:
Bütün  təkamül  dərslikləri  sürünənlərin  suda-quruda  yaşayanlardan 
təkamül  yolu  ilə  törədiklərini  irəli  sürürlər,  ancaq  heç  biri  sürünənlərin 
əsas  ayırdedici  adaptasiyası  olan  amniotik  yumurtanın  bir-biri  ardınca 
meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ 
gəldiyini  açıqlaya  bilmir.  Sürünənlərin  amniotik  yumurtası  suda-quruda 
yaşayanlarınkından  daha  böyük,  daha  kompleks  və  tamamilə  fərqlidir. 
Bütün heyvanlar aləmində bir-birindən bu qədər fərqli iki yumurta yoxdur... 
Amniotik  yumurtanın  və  amfibiya-sürünən  keçidinin  mənşəyi  təkamül 
sxemlərində heç vaxt göstərilə bilməyən əsas onurğalı bölmələrindən biridir. 
Məsələn, bir suda-quruda yaşayanın ürək və aorta damar kanallarının necə 
mərhələli şəkildə sürünən və məməli şərtlərinə çevrildiyini planlaşdırmaq 
mütləq qorxunc problemlər ortaya çıxaracaqdır...
92
Digər tərəfdən fosil qeydəri də sürünənlərin mənşəyinin təkamül yolu ilə 
açıqlanmasını əsassız edir. 
Robert L.Karol “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan 
çox  fərqli  olduqlarını  və  əcdadlarının  hələ  də  tapılmadığını”  qəbul  etmək 
məcburiyyətində qalmışdır. Klassik əsəri olan “Onurğalıların paleontologiyası 
və  təkamül”  (Vertebrate  paleontology  and  evolution)  adlı  kitabında  “qədim 
dövr amniodları Paleozoy dövrünun bütün suda-quruda yaşayan canlılarından 
olduqca fərqlidir və əcdadları məlum deyil”
93
 yazır. 1997-ci ildə nəşr olunan 
“Onurğalıların  təkamül  modelləri  və  prosesləri”  (Patterns  and  processes  of 
vertebrate evolution) adlı sonrakı kitabında isə: “müasir suda-quruda yaşayan 
canlı növlərinin mənşəyi və qədim dövr tetrapodları arasındakı keçid və digər 
bir çox əsas qrupun mənşəyi haqqında hələ də çox az məlumat var”, - deyə 
etiraf edir.
94


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə