M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   17   18   19   20   21   22   23   24   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
64
fosil qalığı var. Kembri dövrü canlılarının hamısı onurğasızdır və bu növlərə 
aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı Burqes Şeyl 
yatağında  yumşaqtoxumalı  bir  çox  canlılnın  fosili  var,  elm  adamları  Burqes 
Şeyl  kimi  bölgələrdə  canlıların  oksigen  faizi  çox  aşağı  olan  palçıq  təbəqələri 
ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan 
fosilləşdiyini düşünürlər.
78
Təkamül nəzəriyyəsi pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara 
çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən 
hər  hansı  ara  forma  fosili  tapılmadığı  kimi,  “balıqların  təkamülü”  iddiasını 
dəstəkləyən  fosil  də  yoxdur.  Əksinə,  bütün  fərqli  balıq  kateqoriyaları  fosil 
qeydlərində bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar.
Robert Karol təkamülçülərin qədim dövr onurğalıları arasındakı müxtəlif 
siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti belə etiraf edir:
Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə bağlı heç bir dəlilimiz 
Elmə məlum olan  ən qədim xordalı canlı - Pikaia fosili və canlının təxmini 
anatomik strukturu


Gerçək Təbiət Tarixi -I-
65
Fosil qeydləri digər canlı növləri kimi balıqların da yer üzündə anidən  
və müxtəlif quruluşlarda meydan çıxdıqlarını göstərir. Balıqlar heç 
bir təkamül prosesi keçirmədən, qüsursuz anatomiyaları ilə bir anda 
yaradılıblar.
Şotlandiyada tapılan və Birkenia adlandırılan balıq 
fosili. Yaşı 420 milyon il olaraq hesablanan  bu 
canlının ölçüsü təxminən 4 sm-dir. 
Balıqların  mənşəyi
Stethacanthus növünə aid 330 milyon illik köpək balığı fosili


66
Devon dövrünə aid təxminən 360 milyon illik balıq 
fosili. Osteolepis panderi adlandırılan canlının 
ölçüsü təxminən 20 sm-dir və dövrümüzdə yaşayan 
balıqlara cox oxşayır.
Brazilyadakı Santana 
fosil  yatağında tapılan 
110 milyon illik balıq 
fosilləri
Mezozoy dövrünə aid bir qrup balıq fosili


Gerçək Təbiət Tarixi -I-
67
yoxdur.  Onsuz  da    kəlləlilərin  fosillərdə  saxlamasını  gözlədiyimiz  bütün 
əyani xüsusiyyətləri kifayət qədər məlumatımız olan  ən qədim dövrə aid 
olan  onurğalılar  sərgiləyir.  Çənəli  onurğalıların  mənşəyini  üzə  çıxaracaq 
məlum heç bir fosil yoxdur.
79
Başqa bir təkamülçü paleontoloq Cerald T.Tod “Sümüklü balıqların təkamülü”
adlı məqaləsində bu həqiqət qarşısında bu cür çarəsiz sualları sıralayır:
Sümüklü  balıqların  hər  üç  sinfi  də  fosil  təbəqələrində  eyni  anda  və  ani 
surətdə  ortaya  çıxırlar...  Bəs  bunların  mənşəyi  nədir?  Bu  cür  fərqli  və 
kompleks məxluqları ortaya çıxaran nədir? Nə üçün onların əcdadları olan 
canlıların izlərindən əsər-əlamət yoxdur?
80
Quruda yaşayan canlıların təkamülü iddiası
Dördayaqlılar  (tetrapodlar)  quruda  yaşayan  onurğalı  canlılara  verilən 
ümumi  addır.  Bu  təsnifata  amfibiyalar,  sürünənlər  və  məməlilər  daxildir. 
Təkamül  nəzəriyyəsinə  əsasən,  dördayaqlılar  suda  yaşayan  balıqlardan 
təkamül yolu ilə törəyiblər. Lakin bu iddia həm fizioloji və anatomik cəhətdən 
ziddiyyətlidir, həm də fosil qeydləri baxımından əsassızdır.
Bir  balıq  quruda  yaşamağa  uyğunlaşmaq  üçün  tənəffüs  sistemi,  ifrazat 
mexanizmi,  skelet  quruluşu  kimi  fərqli  yerlərində  çox  böyük  dəyişikliklər 
keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını daşıyacaq 
şəkildə  ayaq  xüsusiyyəti  qazanmalı,  orqanizmin  artıqlarını  təmizləmək  üçün 
böyrəklər əmələ gəlməli, dəri maye itirməsinin qarşısını alan forma qazanmalıdır. 
Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən çox bir neçə 
dəqiqə yaşaya bilər.
Bəs quruda yaşayan canlıların mənşəyi təkamül nəzəriyyəsinə əsasən necə 
açıqlanır?  Təkamülçü  ədəbiyyata  baxdıqda  bu  mövzuda  bəzi  səthi  şərhlərin 
lamarkist  məntiq  daşıdığını  görə  bilərik.  Məsələn,  üzgəclərin  ayaqlara 
çevrilməsi  haqqında  “üzgəclər  balıqların  quruda  sürünməyə  çalışması  ilə 
yavaş-yavaş ayaq formasına çevrildi” kimi izahlar verilir. Türkiyənin qabaqcıl 
təkamülçü elm adamlarından biri olan prof. Əli Dəmirsoy belə yazır: “Bəlkə 
palçıqlı  sularda  sürünə-sürünə  bu  ağciyərli  balıqların  üzgəcləri  bir  müddət 
sonra amfibiya ayağı kimi formalaşmışdır.”
81
Bu  izahlar  əvvəldə  də  bildirdiyimiz  kimi,  lamarkist  məntiqə  əsaslanır. 
Çünki  izahın  əsasında  “istifadəyə  yararlı  orqanın  təkmilləşməsi”  və  bunun 
sonrakı nəsillərə ötürülməsi anlayışları durur. Lamarkın bir əsr əvvəl elmdən 
kənarlaşdırılmış  nəzəriyyəsi  göründüyü  kimi,  hələ  də  təkamülçü  bioloqların 
şüurunda böyük təsirə malikdir. 
Sözügedən  lamarkist  və  dolayısı  ilə,  elmdənkənar  ssenariləri  bir  kənara 
qoysaq,  təbii  seçmə  və  mutasiyaya  əsaslanan  ssenariləri  təhlil  etməliyik.  Bu 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
68
mexanizmləri 
düşündükdə  isə  sudan  quruya  keçid  iddiasının  tamamilə  çıxılmaz 
vəziyyət olduğunu görürük. 
Sudan  quruya  çıxan  bir  balığın  quruya  necə  uyğunlaşdığını  düşünək: 
əgər bu balıq tənəffüs sistemi, ifraz at mexanizmi, skelet quruluşu kimi fərqli 
cəhətlərdən  çox  sürətlə  dəyişiklik  keçirməsə,  heç  şübhəsiz,  öləcəkdir.  Elə 
bir mutasiya zənciri olmalıdır ki, bu, balığa dərhal bir ağciyər qazandırmalı, 
üzgəclərini ayaqlara çevirməli, ona böyrək əlavə etməli, dərisini su saxlayacaq 
formaya  salmalıdır.  Bu  mutasiya  zəncirinin  bir  heyvanın  həyatı  ərzində  baş 
verməsi də labüddür.
Belə bir mutasiya zəncirini heç bir təkamülçü bioloq müdafiə etmir,  çünki 
bu  düşüncənin  cəfəngliyi  və  qeyri-mümkünlüyü  ortadadır.  Bunun  əvəzində 
təkamülçülər  “ön  adaptasiya”  (pre-adaptation)  anlayışını  işlədirlər.  Bunun 
mənası  balıqların  quruda  yaşamaq  üçün  lazım  olan  dəyişiklikləri  hələ  suda 
yaşayarkən əldə etmələridir. Yəni bu nəzəriyyəyə əsasən, bir balıq növü hələ 
suda  yaşayarkən  və  heç  ehtiyacı  yox  ikən  quruda  yaşamasını  təmin  edən 
xüsusiyyətləri qazanmışdır. “Hazır” formaya düşdükcə isə quruya çıxıb burada 
yaşamağa başlamışdır.
Ancaq belə bir ssenarinin təkamül nəzəriyyəsinin öz fərziyyələri daxilində 
belə  məntiq  yoxdur.  Çünki  dənizdə  yaşayan  bir  canlının  quruda  yaşamağa 
uyğun xüsusiyyətlər qazanması onun üçün bir üstünlük olmaz. Ona görə də bu 
xüsusiyyətlərin təbii seçmə tərəfindən seçilib əmələ gəldiyini irəli sürməyin heç 
bir məntiqli əsası yoxdur. Əksinə, təbii seçmə “ön adaptasiya” keçirən bir canlını 
aradan  çıxarmalıdır,  çünki  bu  canlı  quruda  yaşamağa  uyğun  xüsusiyyətlər 
qazandıqca dənizdə yaşamaq üçün qeyri-uyğun formaya düşəcəkdir.
Qısa  desək,  “dənizdən  quruya  keçid”  ssenarisi  tamamilə  çıxılmaz 
Təkamülçü nəşrlərdə  yuxarıdakı şəkilə  oxşar xəyali rəsimlərlə müdafiə edilən 
sudan quruya keçid rəvayətləri əslində təkamülçülərin özlərinin də qəbul 
etmədikləri  Lamarkist  məntiqə əsaslanır.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə