M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   18   19   20   21   22   23   24   25   ...   108

Gerçək Təbiət Tarixi -I-
69
vəziyyətdədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Cinin bu ssenarini 
qeyri-elmi hekayə hesab etməsinin səbəbi budur:
Təkamüllə  bağlı  “itmiş  halqalarla”    bağlı  ənənəvi  hekayələr  də  bir-birilə 
ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı var 
– hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya 
doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə, 
bunu  ancaq  bir  dəfə  baş  verəcək  hadisə  kimi  görməkdə  çətinlik  çəkirik, 
çünki  hekayənin  gedişatı  budur.  Hekayəyə  ya  etibar  edəcəksiniz,  ya  da 
etməyəcəksiniz, başqa alternativ yoxdur.
82
 
Təkcə  təkamülün  “mexanizmləri”  deyil,  fosil  qeydləri  və  yaşayan 
tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən tapıntılar da 
təkamül  nəzəriyyəsinin  çıxılmaz  vəziyyətdə  olduğunu  açıq  şəkildə  göstərir. 
Robert Karol: “nə fosil qeydləri, nə də müasir familiya cinslərindəki irəliləyişlər 
üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə oynaqlarla bağlanan 
orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir söyləyə bilmir”, - deyə 
etiraf etmək məcburiyyətində qalır.
83
Qurbağaların da mənşəyində təkamül yoxdur. 
Bilinən ən qədim qurbağalar balıqlardan 
tamamilə fərqli özünəməxsus quruluşları ilə 
meydana çıxmışdır. Bugünkü qurbağalarla 
eyni xüsusiyyətlərə sahibdirlər. Dominikan 
Respublikasında tapılan kəhrəba içindəki qurbağa 
fosili ilə yaşayan nümunələri arasında heç bir fərq 
yoxdur.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
70
Balıqlarla  quruda  yaşayan  canlılar 
arasındakı  keçidi  göstərdiyi  iddia  edilən 
canlılar  isə  əslində  müxtəlif  balıq  və  suda-
quruda yaşayan canlı növləridir, bunların 
heç birində ara keçid forması xüsusiyyəti 
yoxdur.                 
Təkamülçü  təbiət  tarixçiləri, 
əsasən, 
rhipidistian 
və 
ya 
selakant  siniflərinə  aid  balıqları 
dördayaqlıların əcdadı hesab edirlər. 
Bunlar crossopterygian dəstəsinə aid balıqlardır və təkamülçüləri ümidləndirən 
yeganə  xüsusiyyətləri  üzgəclərinin  digər  balıqlara  nisbətən  “ətli”  olmasıdır. 
Lakin bu balıqların heç biri ara keçid forması deyil və suda-quruda yaşayanlarla 
aralarında anatomik və fizioloji cəhətdən uçurumlar var. 
Balıqların suda-quruda yaşayanların təkamül əcdadı hesab edilməməsinin 
ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik fərqlərdir. Bunun 
iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin çoxunda 
istifadə  edilən  eusthenopteron  (nəsli  kəsilmiş  balıq)  və  aconthostegadır.  (Nəsli 
kəsilmiş suda-quruda yaşayan növüdür). Robert Karol “Onurğalıların təkamül 
modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı 
kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar 
haqqında belə şərh verir:
Eusthenopteron və acanthostega balıq və suda-quruda yaşayanlar arasındakı 
keçidin  son  mərhələsi  hesab  edilə  bilər.  Bu  iki  cins  arasında  müqayisə 
ediləcək 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa uyğunlaşmağa 
meyilli  dəyişikliklər  göstərmişdir...  Bu,  paleozoik  tetrapodların  on  beş 
əsas  qrupunun  mənşəyi  ilə  bağlı  keçidlərin  hər  hansı  birində  üzə  çıxan 
dəyişikliklərin sayından daha çoxdur.
84
145  anatomik  xüsusiyyət  üzərində  91  dəyişiklik...  Təkamülçülər  bütün 
bunların  təqribən  15  milyon  illik  proses  ərzində  bir  sıra  təsadüfi  mutasiya 
nəticəsində  əmələ  gəldiyinə  inanırlar.
85
  Bu  cür  qeyri-mümkün  bir  ssenariyə 
inanmaq təkamül nəzəriyyəsini xilas etmək üçün lazım ola bilər, ancaq bu elmə 
və  məntiqə  zidd  inancdır.  Eyni  vəziyyət  digər  balıq-amfibiya  (suda-quruda 
yaşayan) ssenariləri üçün də keçərlidir. “Təbiət” (Nature) jurnalının redaktoru 
Henri  Ci  ichthyostega (acanthostegaya  çox  bənzəyən  xüsusiyyətləri  olan  nəsli 
kəsilmiş suda-quruda yaşayan) üzərində qurulmuş başqa bir ssenari haqqında 
belə şərh verir:
İchthyosteganın balıqlar və daha sonrakı dövr tetrapodları arasındakı itmiş 
halqa olduğuna dair açıqlama daha çox ön mühakimələrimizi ortaya qoyur. 
Devon dövrünə aid  Kanadada 
tapılan Eusthenopteron foordi fosili


Gerçək Təbiət Tarixi -I-
71
Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha əcaib və daha fərqli 
olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi əsas götürərək 
məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.
86
Suda-quruda  yaşayanların  mənşəyi  ilə  başqa  diqqətçəkən  digər  bir 
xüsusiyyət  isə  üç  suda-quruda  yaşayan  kateqoriyanın  ani  surətdə  üzə 
çıxmasıdır.  R.Karol  “qurbağalar,  əsl  ayaqsızlar  (caecilidae)  və  salamandrların 
ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər 
görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən 
çoxunu daşıyır”
87
 deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və 
o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar.
Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr
Selakant  sinfinə  aid  olan  balıqlar  bir  zamanlar  balıqlar  və  suda-quruda 
yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar 
bu  canlının  fosillərinə  əsaslanaraq  canlının  bədənində  ibtidai  (tam  funksiya 
yerinə  yetirməyən)  ağciyər  olduğunu  irəli  sürmüşdülər.  Bu  bir  çox  elmi 
mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də 
dərc  edilmişdi.  Bütün  bunlar  canlının  nəsli  kəsilmiş  növ  olması  fərziyyəsinə 
əsaslanırdı.
Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 
milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsinin 
latimeria  növünə  aid  canlı  üzvü  açıq  okeanda  ələ  keçdi!  Selakantın  “canlı” 
nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü 
paleontoloq  J.L.B.Smit:  “yolda  dinozavrla  qarşılaşsaydım,  bundan  daha  az  
təəccüblənərdim”, - demişdi.
88
 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox 
selakant  tutuldu.
Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da 
başa düşüldü. Selakant  iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə 
malik  idi.  Təkamülçü  tədqiqatçıların  ibtidai  ağciyər  olduğunu  düşündükləri 
forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.
89
 Habelə 
“sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində 
okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan 
balıq olduğu başa düşüldü.
90
Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. 
Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən 
bir məqalədə bu barədə belə deyir:
Selakantların  tetrapodların  əcdadına  yaxın  olduğuna  dair  fikir  uzun 
müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə 
balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə