M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə25/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   21   22   23   24   25   26   27   28   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
78
Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld: “heç bir 
suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş 
və ya məməlilərin) əcdadına bənzəmir”, - deyir.
95
İndiyə qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm 
canlı  isə  seymouria  adlı  suda-quruda  yaşayan  canlı  növü  olmuşdur.  Lakin 
əslində  seymourianın  ara  keçid  forma  olmadığı  seymourianın  yer  üzündə  ilk 
dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum 
olması ilə aşkar olmuşdur. Ən qədim seymouria fosilləri Erkən perm təbəqəsinə, 
yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən 
növləri olan hylonomus və paleouthyris Erkən pensilvan təbəqələrində tapılmışdır 
ki,  bu  təbəqələr  330-315  milyon  il  əvvələ  aiddir.
96
  “Sürünənlərin  əcdadı”nın 
sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.
Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin 
Suda-quruda yaşayan  sürünənlərin  təkamülü  
fərziyyəsinin ziddiyyətlərindən  biri də 
yumurtaların quruluşudur. Suda  inkişaf 
edən amfibiya yumurtaları şirəli quruluşa və şəffaf pərdəyə  sahibdir. 
Ancaq sürünən yumurtaları sağdakı dinozavr yumurtasının rekonstruktiv 
nümunəsində görüldüyü kimi, quru şəraitinə uyğun olaraq sərt və su 
keçirməyən quruluşdadır. Amfibiyaların sürünənə çevrilməsi  üçün  
yumurtalarının təsadüfi şəkildə qüsursuz sürünən yumurtasına çevrilməsi 
lazımdır. Ancaq belə bir çevrilmə prosesindəki ən kiçik xəta canlının nəslinin 
kəsilməsinə səbəb olar.
   
Yumurtaların fərqi


Gerçək Təbiət Tarixi -I-
79
irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda 
üzə çıxdıqlarını göstərir.
İlanlar və tısbağalar
Digər  tərəfdən  ilan,  timsah,  dinozavr  və  ya  kərtənkələ  kimi  çox  fərqli 
sürünən  sinifləri  arasında  da  keçilməz  sərhədlər  var.  Bu  fərqli  siniflərin  hər 
biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla birdən-birə üzə 
çıxırlar. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına baxaraq təkamül 
prosesinin  baş  verdiyini  fərz  edirlər.  Amma  bu  fərziyyələr  fosil  qeydləri  ilə 
dəstəklənmir.  Məsələn,  çox  yayılmış  təkamülçü  bir  fərziyyəyə  əsasən, 
ilanlar  kərtənkələlərin  mərhələli  şəkildə  ayaqlarını  itirərək  təkamül  yolu  ilə 
əmələ  gəlmişdir.  Ancaq  ayaqlarını  mutasiya  nəticəsində  itirməyə  başlayan 
bir  kərtənkələnin  daha  “üstün  quruluşa”  necə  malik  olması  və  təbii  seçmə 
tərəfindən “seçilməsi” sualı cavabsızdır.
Seymuriya  xətası:
Təkamülçülər bir vaxtlar 
solda fosilinin şəkli 
olan seymuriya 
adlı canlının  suda-
quruda yaşayan  ilə 
sürünənlər arasındakı 
keçid forma olduğunu  
iddia  etmişdirlər. 
Bu ssenariyə görə seymuriya 
“sürünənlərin  ibtidai atası” idi. 
Ancaq sonralar tapılan  fosil  
tapıntıları seymuriyanın  yerüzündə 
ilk dəfə ortaya  çıxmasından  30 
milyon il əvvəl də  sürünənlərin 
yaşadığını göstərdi. Bu vəziyyət 
qarşısında təkamülçülər 
seymuriya haqqındakı  şərhlərini 
dayandırmağa  məcbur oldular.  


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
80
Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar da heç bir “ara keçid 
forma”  xüsusiyyəti  daşımayan  və  dövrümüzdəki  ilanlardan  fərqi  olmayan 
canlılardır.  Məlum  olan  ən  qədim  ilan  fosili  Cənubi  Amerikada  Üst  təbaşir 
dövrünə  aid  qayalıqlarda  tapılmış  dinilysiadır.  Robert  Karol  bu  canlının 
“həddindən artıq təkmilləşmiş təkamül səviyyəsində olduğunu”, yəni ilanların 
xarakterik xüsusiyyətlərinə malik olduğunu qəbul edir.
97
Digər  sürünən  sinfi  olan  tısbağalar  da  fosil  qeydlərində  özünəməxsus 
qabıqları ilə bir anda üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi  
haqqında bu ifadələr işlədilir: 
Təəssüf  ki,  tısbağaların  digər  onurğalılara  nisbətən  daha  çox  və  yaxşı 
qorunmuş  fosilləri  qaldığına  baxmayaraq,  bu  cinsin  mənşəyi  erkən  dövr 
fosillərinin  çatışmazlığına  görə  məlum  deyil.  Trias  dövrünün  (təqribən 
200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur 
və  əsas  tısbağa  xüsusiyyətlərinə  malik  idi…  Tısbağalar  ilə  qurbağaların 
təkamül yolu ilə törədikləri ibtidai sürünənlər olan kotilozavrlar arasındakı 
keçid tamamilə boşdur.
98
Robert Karol da tısbağaların mənşəyini “hələ çox az məlum olan mühüm 
keçidlər” arasına qatmağa məcbur olmuşdur.
99
Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda və ayrı-ayrı ortaya 
çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi sübutudur.
Uçan sürünənlər
Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir. 
Bunlar təqribən 200 milyon il əvvəl Üst trias dövründə ilk dəfə üzə çıxmış 
Üst  tərəfdə Almaniyada  tapılan  45 milyon  
ilik  şirin su tısbağası fosili. Sağda  isə elmə 
məlum olan ən qədim  dəniz tısbağası  qalığı : 
Braziliyada tapılan  110  milyon  illik  fosil  bu 
gün yaşayan nümunələrindən  fərqlənmir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə