M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə23/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   19   20   21   22   23   24   25   26   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
72
əldə  ediləcəyi  ümid  edilmişdi...  Amma  Latimerianın  anatomiyası  və 
fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaqənin sadəcə bir 
istəkdən ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin 
heç bir əsasının olmadığını üzə çıxardı.
91
 
Beləliklə, balıqlar və su da-quruda yaşayanlar arasındakı yeganə ara forma 
iddiası da əsassız oldu.
Sudan quruya keçid iddiasının qarşısında duran fizioloji maneələr
Balıqların  quruda  yaşayan  canlıların  əcdadı  olması  iddiasının  fosil 
tapıntıları  qədər  anatomik  və  fizioloji  təhlillər  tərəfindən  də  əsassız  olduğu 
sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik 
və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli 
təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. 
Əllərində selekantın sadəcə fosilləri olduğu halda, təkamülçü  paleontoloqlar  
bu canlı haqqında həddindən artıq  darvinist fərziyyələr  ortaya atmışdılar. 
Ancaq  həmin balıq canlı halda tutulanda  bütün fərziyyələr alt-üst oldu. 
Aşağıda  selekantın canlı nümunələrini görə bilərsiniz. Sağdakı şəkil 1998-ci ildə 
İndoneziyada  tutulan  ən  son  selekant  nümunələrindəndir.


Gerçək Təbiət Tarixi -I-
73
Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:
1.  Ağırlığın  daşınması:  Dənizlərdə  yaşayan  canlılar  öz  ağırlıqlarını 
daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya 
uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni 
bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən 
bir  su  canlısının  bu  enerji  ehtiyacını  təmin  etmək  üçün  yeni  əzələ  və  skelet 
quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi 
mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.
Təkamülçülərin  selakant  və  buna  bənzər  balıqları  “quruda  yaşayan 
canlıların  əcdadı”  kimi  təsəvvür  etmələrinin  əsl  səbəbi  isə  bu  balıqların 
üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan 
ayaqlara  çevrildiyini  güman  edirlər. Ancaq  bu  balıqların  sümükləri  ilə  quru 
canlılarının  ayaqları  arasında  çox  mühüm  fərq  var:  balıqlardakı  sümüklər 
Təkamülçülərin selekant və ona oxşar balıqları quruda yaşayan calıların əcdadı 
olaraq təqdim etmələrinin əsl səbəbi bu balıqların üzgəclərinin sümüklü 
olmasıdır. Bu sümüklərin  uzun zaman ərzində ayaqlara çevrildiyini fərz 
edirdilər. Ancaq bu balıqların  sümükləri  ilə ixtiosteqa kimi quruda yaşayan 
canlıların ayaqları arasında əsas bir fərq var: Selekantda sümüklər 1-ci şəkildəki 
kimi onurğaya bitişik deyil. Ancaq ixtiosteqada sümüklər 2-ci şəkildəki kimi  
birbaşa onurğaya bitişikdir. Bir sözlə, bu üzgəclərin  yavaş-yavaş ayaqlara 
çevrilməsi iddiası tamamilə əsassızdır.
Selekantın üzgəclərindəki  sümüklərin quruluşu  ilə ixtiosteqanın  ayaqlarındakı 
sümüklərin quruluşu 3-cü və 4-cü şəkildə göründüyü kimi  cox fərqlidir.
Sümüklər 
onurğadan 
ayrıdır
Sümüklər 
onurğaya 
bitişikdir
İxtiosteqa 
ayağı
Selekant 
üzgəci
Selekant
İxtiosteqa
          
ÜZGƏC İLƏ AYAQ ARASINDAKI FƏRQ
1
2
3
4


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
74
canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma 
kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər 
birbaşa  onurğaya  birləşmişdir.  Ona  görə  bu  üzgəclərin  yavaş-yavaş  ayaqlara 
çevrilməsi iddiası da əsassızdır.
2. Temperaturun qorunması: Quruda temperatur çox tez və böyük fərqlərlə 
dəyişir.  Bir  quru  canlısının  orqanizmindəki  maddələr  mübadiləsi  bu  yüksək 
temperatur  fərqlərinə  uyğunlaşır.  Lakin  dənizlərdə  temperatur  çox  yavaş 
dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki 
sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək 
üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə qorunma sistemi 
qazanmalıdır.  Şübhəsiz,  balıqların  quruya  çıxar-çıxmaz  təsadüfi  mutasiyalar 
nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyyatdır.
3. Sudan istifadə: Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. 
Bu  səbəbdən,  suyun,  hətta  nəmin  ölçülü  istifadə  edilməsi  vacibdir.  Məsələn, 
dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı 
susama hissinə malik olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama 
hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil. 
4.  Böyrəklər:  Su  canlıları  başda  ammonyak  olmaq  üzrə  orqanizmlərində 
toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. 
Şirin  su  hövzələrində  yaşayan  balıqda  tərkibində  azot  olan  artıq  maddələrin 
çoxu  (yüksək  miqdarda  ammonyak  (NH
3
))  qəlsəmələrdən  yayılma  yolu  ilə 
xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su 
tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki növü var. Köpək balıqları, 
skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. 
Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq 
2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim 
su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri 
suyu  bərpa  edirlər.  Orqanizmlərindəki  ifrazat  maddələrini  xaric  etmək  üçün 
quruda  yaşayan  onurğalılarda  olandan  fərqli  sistemlərə  malikdirlər.  Bu 
səbəbdən  sudan  quruya  keçidin  baş  verməsi  üçün  böyrəyi  olmayan  canlılar 
dərhal bir anda böyrək sisteminə malik olmalıdırlar.
5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul 
edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda 
yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar.Bütün 
bu  fizioloji  dəyişikliklərin  eyni  canlıda  təsadüflər  nəticəsində  və  eyni  anda 
meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə