M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə19/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   15   16   17   18   19   20   21   22   ...   108

Gerçək Təbiət Tarixi -I-
59
olar  ki,  bütün  heyvan  növlərinin  (filumların)  fosil  qeydlərində  ani  surətdə 
ortaya  çıxmasına  səhnə  oldu”,  -  deyilir.
63
  Eyni  məqalədə  bu  cür  kompleks 
və  bir-birindən  tamamilə  fərqli  canlı  qruplarının  təkamül  nəzəriyyəsinə 
görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı 
göstərən fosil yataqlarının olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət 
olmadığı belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən 
daha əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma 
buna dair bir fosil dəlili yoxdur.”
64
Kembri  dövrü  fosillərinin  ortaya  qoyduğu  bu  mənzərə  təkamül 
nəzəriyyəsinin  fərziyyələrini  təkzib  edərkən  bir  tərəfdən  də  fövqəltəbii 
yaradılışla var olduqlarını göstərən çox önəmli bir dəlildir. Təkamülçü bioloq 
Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:
Canlılar dünyada ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxmışdırlar, 
ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül yolu 
ilə meydana gəlmişlər. Əgər tam və mükəmməl şəkildə ortaya çıxmışlarsa, 
deməli, üstün bir Ağıl tərəfindən yaradılmışdırlar.
65
 
Göründüyü  kimi,  fosil  qeydləri  canlıların  təkamülün  iddia  etdiyi  kimi 
ibtidaidən aliyə doğru bir proses keçirdiyini deyil, bir anda və ən mükəmməl 
şəkildə  üzə  çıxdıqlarını  göstərir.  Bu  isə  canlıların  şüursuz  təbii  proseslərlə 
deyil, şüurlu yaradılışla var olduğuna dəlildir. Nyu York Steyt Universitetindən 
ekologiya və təkamül professoru Cefri S.Levinton “Elmi amerikan” (Scientific 
american)  jurnalında  yazdığı  “Heyvan  təkamülünün  Biq  bənqi”  adlı  bir 
məqaləsində bu həqiqəti istəmədən də olsa, qəbul edir və: “Kembri dövründə 
çox xüsusi və sirli yaradıcı gücün varlığını görürük”, - deyir.
66


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
60
Molekulyar müqayisələr təkamülün 
Kembri müəmmasını dərinləşdirir
Təkamül  nəzəriyyəsini  Kembri  partlayışı  ilə  əlaqədar  çıxılmaz  vəziyyətə 
salan  digər  həqiqət  isə  fərqli  canlı  kateqoriyaları  arasında  aparılan  genetik 
müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə 
qədər “yaxın qohum” hesab etdikləri heyvan kateqoriyalarının genetik cəhətdən 
çox fərqli olduqlarını üzə çıxarır, beləliklə, onsuz da yalnız nəzəriyyə şəklində 
mövcud olan “ara forma” fərziyyələrini kökündən məhv edir. “Proceedings of 
the National Academy of Sciences” jurnalında 6 elm adamının imzası altında 
dərc  olunmuş  2000-ci  il  tarixli  bir  məqalədə  DNT  analizlərinin  “əvvəllər  ara 
forma hesab edilən” kateqoriyaları bu siyahıdan çıxardığı belə açıqlanır:
DNT  ardıcıllığı  analizləri  filogenetik  ağaclar  haqqında  yeni  izahlar  verir. 
Metazoa  (çoxhüceyrəli  canlılar)  ağacının  ən  aşağısında  yer  alan  və  daha 
əvvəl  bir-birini  təqib  edən  komplekslik  dərəcələrini  təmsil  edən  canlı 
sinifləri ağacın daha yuxarı hissələrinə doğru yerlərini dəyişdirirlər. Bunun 
nəticəsində geridə heç bir “ara forma” qalmır və bizi bilateria (hər iki tərəfi 
simmetrik orqanizmə malik canlıların) kompleksliyinin mənşəyi haqqında 
yenidən düşünməyə vadar edir.
67
Eyni  məqalədə  təkamülçü  müəlliflər  daha  əvvəl  süngərlər,  cnidaria
ctenophora kimi onurğasız dəniz canlıları qrupları arasında “ara forma” hesab 
etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə artıq belə hesab 
edilməyəcəklərini  bildirir  və  bu  cür  təkamül  ağacları  uydurma  məsələsində 
artıq “ümidlərini itirdiklərini” belə ifadə edirlər:
Yeni molekulyar əsaslı filogeniyanın bəzi mühüm nəticələri var. Bunlardan 
ən  mühümü  süngərlər,  cnidaria  və  ctenophora  arasındakı  “ara  forma” 
siniflərinin və bilaterial canlıların son ortaq əcdadının, yəni “urbilateria”nın 
aradan qalxmasıdır... Bunun təbii nəticəsi olaraq urbilateriyaya gedən nəsil 
ağacında  çox  böyük  boşluğumuz  var...  Mərhələli  şəkildə  getdikcə  artan 
komplekslik ssenarisi vasitəsilə “boşluqdakı əcdadı” yenidən inşa etməklə 
bağlı  ümidimizi  (klassik  təkamül  məntiqində  bu  vasitəyə  çox  müraciət 
olunub) itirmişik.
68
Trilobitlər və Darvin
Kembri  dövründə  ani  surətdə  üzə  çıxan  müxtəlif  canlı  tiplərinin  ən 
maraqlılarından  biri  sonradan  nəsli  kəsilmiş  trilobitlərdir.  Artropodlar 
(buğumayaqlılar) tipinə daxil olan trilobitlər bərk qabıqları, buğumlu bədənləri 
və kompleks orqanları ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin 
gözləri haqqında da çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir 


Gerçək Təbiət Tarixi -I-
61
trilobit gözü yüzlərlə kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər 
birinin içində cüt göz bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. 
Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Deyvid 
Roup: “450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə 
yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən 
təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır”, - deyir.
69
Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks quruluşu belə darvinizmi 
tək başına əsassız edir. Çünki daha əvvəlki geoloji dövrlərdə bu canlılara bənzər 
heç  bir  kompleks  canlı  yaşamamışdır  və  bu  da  göstərir  ki,  trilobitlər  heç  bir 
təkamül prosesi olmadan üzə çıxmışdırlar. “Elm” (Science) jurnalındakı 2001-ci 
il tarixli bir məqalədə belə deyilir:
Buğumayaqlı  filogeniyalarının  kadist  təhlilləri  (müqayisəli  anatomiyaya 
əsaslanan üsullarla aparılan təhlillər) trilobitlərin eucrustacea kimi artropod 
ağacındakı olduqca təkmil “budaqlar” olduğunu göstərir. Bu iddia edilən 
təkmil  buğumayaqlı  əcdadların  varlığına  dair  isə  heç  bir  fosil  yoxdur... 
(Trilobitlərin) daha qədim mənşəyi olduğu kəşf edilsə belə, yenə də Kembri 
dövrünün  əvvəlindəki  bu  qısa  zaman  kəsiyində  nə  üçün  bu  qədər  çox 
heyvanın  bədən  ölçüsü  baxımından  böyüdüyünü  və  qabıq  qazandığını 
açıqlamaq problem olaraq qalacaqdır.
70
 
Kembri  dövründəki  bu  qeyri-adi  vəziyyət  Çarlz  Darvin  “Növlərin 
mənşəyi”ni qələmə alarkən də az-çox məlum idi. O dövrün fosil qeydlərində 
də  Kembri  dövründə  canlıların  birdən-birə  ortaya  çıxdığı  müşahidə  edilmiş, 
trilobitlərin  və  digər  bəzi  onurğasızların  ani  surətdə  üzə  çıxdıqları  müəyyən 
edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya 
toxunmaq  məcburiyyətində  qaldı.  O  dövrlərdə  Kembri  dövrü  Silur  dövrü 
adlandırılırdı. Darvin isə “məlum olan qədim fosil qeydlərində fərqli növlərin 
ani surətdə üzə çıxmasına dair” başlığı altında bu mövzuya toxunmuş və Silur 
Trilobitlərin gözü hər birində 
cüt göz bülluru olan yüzlərlə 
kiçik pətək gözdən  ibarət olan 
yaradılış möcüzəsidir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə