M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   14   15   16   17   18   19   20   21   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
56
Darvinizmin  dünya  səviyyəsindəki  ən  məşhur  tənqidçilərindən  biri 
olan  Berkeley  və  Kaliforniya  Universitetinin  professoru  Filip  Conson 
paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət 
təşkil etdiyini belə açıqlayır:
Darvinist    nəzəriyyə    canlıların    bir    növ  “getdikcə  genişlənən  fərqlilik 
üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, 
canlılar  ilk  canlı  orqanizmdən  və  ya  ilk  heyvan  növündən  başlayaraq 
getdikcə  müxtəlifləşmiş  və  bioloji  təsnifatın  daha  yuxarı  kateqoriyalarını 
əmələ  gətirmişdir.  Amma  heyvan  fosilləri  bizə  bu  üçbucağın  əslində 
başıaşağı dayandığını göstərir: şöbələr elə ilk anda birlikdə var olmuşlar, 
sonra getdikcə sayları azalmışdır.
60
Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli şəkildə əmələ 
gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur, hətta sonrakı 
dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. 55-ci səhifədəki qrafiklər fosil qeydlərinin 
tiplərin mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir:
Göründüyü  kimi,  Kembridən  əvvəlki  (Prekembri)  dövrdə  ancaq 
təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə isə 
60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə 
isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər 
gəlib çıxmışdır.
Elmi  yazıçı  Rocer  Levin  darvinizmin  həyatın  tarixi  haqqındakı  bütün 
fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs edir:
“Heyvanların  ümumi  tarixindəki  ən  mühüm  təkamül  xarakterli  hadisə” 
kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını qoruyacaq bütün 
əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların bir qisminin daha 
Burqes Şeyl fosil yatağında tapılan 
canlı fosillərindən biri: Marrella
Kembri  dövrünə  aid  fosil


Gerçək Təbiət Tarixi -I-
57
sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə 
müqayisə edildikdə Kembri partlayışının təqribən 100-ə qədər fərqli tipi 
üzə çıxardığı təxmin edilir.
61
Burqes Şeyl bölgəsindəki fosillər
Levin darvinizmə olan sədaqəti naminə Kembri dövründəki bu qeyri-adi 
hadisəni “təkamül xarakterli hadisə” kimi tanıtmağa davam edir, amma əldə 
olan tapıntıların təkamüllə heç bir əlaqəsi yoxdur. Maraqlısı budur ki, yeni 
fosil 
tapıntıları  təkamül  nəzəriyyəsinin  Kembri  problemini  getdikcə  daha  da 
böyüdür. 
Məşhur elmi jurnal olan “Trends in genetics” (TİG) 1999-cu il fevral tarixli say
 
ında bu mövzudan bəh s edir. Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən 
Burqes  Şeyl  adlı  fosil  yatağındakı  Kembri  dövrü  fosillərindən  bəhs  edilən 
məqalədə  bu  ərazidəki  fosil  tapıntılarının  təkamül  nəzəriyyəsinin  iddialarını 
heç cür təsdiqləmədiyi qəbul 
edilir.
Burqes Şeyldəki sözügedən fosil yatağı dövrümüzün mühüm paleontoloji 
tapıntılarından  biri  hesab  edilir.  Kembri  dövrünə  adi  bu  canlı  fosillərinin 
xüsusiyyəti  çox  fərqli  şöbələrə  aid  olmaları  və  əvvəlki  təbəqələrdə  heç  bir 
əcdadları  olmadan  bir  anda  ortaya  çıxmalarıdır.  “TİG”  jurnalı  darvinizmin 
qarşısındakı bu böyük paleontoloji problemi belə ifadə edir:
Kiçik  bir  məkanda  tapılmış  bu  fosillərin  təkamül  biologiyasındakı  bu 
Maraqlı  tikanlar:  Kembri  dövründə  anidən  meydana  çıxan  canlılardan  biri 
Hallucigenia (solda). Bunlar kimi xeyli Kembri canlısına aid fosillərdə hücümlara 
qarşı  qorunmaq üçün tikanlar və ya sərt qabıqlar mövcuddur. Heç bir “ovçu” canlının 
olmadığı  bir  dövrdə  bu  heyvanlar  necə  olur  ki,  bu  cür  müdafiə  sisteminə  sahib 
oldular? Ovçu heyvanın mövcud olmaması bu məsələni təbii seçmə ilə açıqlamağı 
imkansız  edir.  Bu  da  təkamül  nəzəriyyəsinin  cavabsız  qaldığı  məqamlarından 
biridir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
58
böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yer alması 
olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey Kembri 
dövründə 
yaşayan 
heyvanların fosil qeydlərində təəccüblü dərəcədə çox və 
birdən-birə üzə çıxmalarıdır. Radiometrik tarixləndirmənin qəti nəticələri 
və ya getdikcə artan yeni fosil tapıntıları isə bu bioloji inqilabın aniliyini 
və  sahəsini  kəskinləşdirmişdir.  Canlılar  aləmindəki  bu  böyük  dəyişiklik 
bir açıqlama tələb edir. İndiyə qədər bir çox tezis irəli sürülsə də, heç biri 
inandırıcı olmamışdır.
62
 
 “Heç bi ri inandırıc ı olmayan” bu fikirlər təkamülçü paleontoloqlara aiddir. 
“TİG” jurnalı bu mövzuda iki məşhur nüfuzlu şəxsdən bəhs edir: Stefen J.Quld və 
Saymon Konvey Moris. Hər ikisi də Burqes Şeyldəki “ani surətdə üzə çıxmanı” 
təkamüllə  açıqlamaq  üçün  kitab  yazmışdır.  Quldun  kitabı  “Qəribə  həyat” 
(Wonderful life), Morisin kitabı isə “Yaradılış küpü: Burqes Şeyl və canlıların 
meydana gəlməsi” (The crucible of greation: The Burgess Shale and the rise of 
animals) adlanır. Ancaq bu iki müəllifin heç biri “TİG”  jurnalının vurğuladığı 
kimi, nə Burqes Şeyl fosillərini, nə də ümumiyyətlə, Kembri dövrünə aid digər 
fosil qeydlərini heç cür açıqlaya bilmir.
Bütün növlərin eyni anda üzə çıxması
Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi üçün nə qədər 
çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki tapıntılar ən 
əsas heyvan sinifləri olan şöbələrin, demək olar ki, hamısının Kembri dövründə 
ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə 
dərc  edilən  bir  məqalədə:  “Təqribən  545  milyon  il  əvvəl  yaşanmış  Kembri 
dövrünün  başlanğıcı  bu  gün  hələ  də  canlılar  aləminə  hakim  olan,  demək 
Kembri dövrünə aid 
canlılarını təsvir edən 
digər xəyali rəsm


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə