M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə17/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   13   14   15   16   17   18   19   20   ...   108

Gerçək Təbiət Tarixi -I-
53
israrla vurğulanır və “həyat ağacı” (tree of life) anlayışı tez-tez işlədilir. Bu həyat 
ağacına əsasən, canlılar arasındakı ən əsas təsnifat vahidi olan şöbələr də sol 
tərəfdəki sxemdə göründüyü kimi, mərhələli şəkildə ortaya çıxmış olmalıdır. 
Darvinizmə  əsasən  əvvəlcə  bir  şöbə  əmələ  gəlməli,  sonra  digər  şöbələr 
kiçik  dəyişikliklərlə  və  uzun  zaman  kəsikləri  ərzində  yavaş-yavaş  meydana 
çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan şöbələrinin sayında da 
mərhələli artım 
b
aş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə əsasən, 
heyv an şöbələrində nəzərdə tutulan mərhələli say artımını göstərir.
Darvinizmə  əsasən,  canlılar  bu  şəkildə  inkişaf  etməlidirlər.  Yaxşı  bəs, 
həqiqətən bu, belə olub?
Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə 
üzə çıxdıqları dövrdən etibarən çox fərqli və 
çox  kompleksdirlər.  Bu  gün  məlum  olan 
bütün heyvan tipləri yer üzündə eyni anda 
Kembri dövrü kimi tanınan geoloji dövrdə 
üzə  çıxmışlar.  Kembri  dövrü  yaşı  570-505 
milyon  il  kimi  hesablanan  65  milyon  illik 
geoloji dövrdür.
Əsas heyvan qrupları Kembri dövrünün 
“Kembri partlayışı” adlandırılan daha qısa 
yarım dövründə ani surətdə üzə çıxmışdır. 
Stefen  C.Meyer,  Pol A.Nelson  və  Pol  Çien 
dərin  elmi-ədəbi  tədqiqata  əsaslanan  2001-
ci il tarixli məqalələrində “Kembri partlayışı 
geoloji dövrün 5 milyon ildən artıq davam 
etməyən, çox dar zaman intervalında əmələ 
gəlmişdir” yazırlar.
56
Bu  dövrdən  əvvəlki  fosil  qeydlərində 
təkhüceyrəli  canlılar  və  çox  bəsit  bir  neçə 
çoxhüceyrəlidən  başqa  heç  bir  canlı  izinə 
rast  gəlinmir.  Kembri  dövrü  kimi  olduqca 
qısa  dövr  ərzində  isə  (5  milyon  il  geoloji 
cəhətdən  çox  qısa  zaman  kəsiyidir)  bütün  heyvan  tipləri  heç  bir  çatışmazlıq 
olmadan bir anda üzə çıxmışlar!
Kembri  qayalıqlarında  tapılan  fosillər  ilbizlər,  trilobitlər,  süngərlər, 
soxulcanlar,  meduzalar,  dəniz  ulduzları,  qabıqlı  dəniz  canlıları  və  dəniz 
zanbaqları (crinoidea) kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların 
əksəriyyətində  dövrümüzdə  yaşayan  nümunələrindən  heç  bir  fərqi  olmayan 
göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar 
Təkamülçü bioloq Ernst Hekel 
tərəfindən 1866-cı ildə çəkilən 
«şəcərə ağacı»


54
TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ GÖRƏ YAŞANMIŞ TƏBİƏT TARİXİ
FOSİL QEYDLƏRİNİN GÖSTƏRDİYİ ƏSL TƏBİƏT TARİXİ
ZAMAN
ZAMAN
BU GÜN
BU GÜN
CANLILAR ARASINDA MÜXTƏLİFLİK
CANLILAR ARASINDA MÜXTƏLİFLİK
Kebri 
dövrü
Kebri 
dövründən 
əvvəl
Təkamül nəzəriyyəsi əsas canlı qruplarının (tip və ya şöbələrinin ) eyni ortaq kökdən  törəyib 
və uzun zaman ərzində müxtəlifləşib inkişaf etdiklərini iddia edir. Yuxarıdakı sxem bu iddianı 
ifadə edir: Darvinizmə görə canlılar getdikcə şaxələnən ağac kimi bir-birindən müxtəlifləşməli 
idi. Fosil qeydləri isə bunun tamamilə əksini göstərir. 
Aşağıdakı  sxemdə  göründüyü  kimi  müxtəlif  canlı  qrupları  yer  üzündə  anidən  və  fərqli 
quruluşları ilə ortaya çıxmışdır. Kebri dövründə 100-ə yaxın təməl canlı tipi bir anda meydana 
çıxmışdır. Daha sonra isə bu canlı qruplarının sayı artmamışdır, əksinə azalmışdır.( Çünki 
bəzi canlı tiplərinin nəsli kəsilmişdir.)
FOSİL QEYDLƏRİ TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏLEYHİNƏ


Gerçək Təbiət Tarixi -I-
55
nəzərə çarpır. Bu formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science 
news” yazıçılarından biri olan Riçard Monestarski Kembri partlayışı haqqında 
belə məlumat verir:
Yarım milyard il əvvəl... Bu gün gördüyümüz olduqca kompleks heyvan 
formaları  ani  surətdə  üzə  çıxmışlar.  Bu  an  550  milyon  il  əvvəl  Kembri 
dövrünün məhz başlanğıcına uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk 
kompleks məxluqlarla dolması bu təkamül xarakterli partlayışla başlamışdır. 
Dövrümüzdə  dünyanın  hər  tərəfinə  yayılmış  onurğasız  heyvan  qrupları 
erkən Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi, bir-
birlərindən çox fərqli idilər.
57
Eyni  məqalədə  Çinin  Çenqcianq  ərazisindəki  Kembri  təbəqələrini  tədqiq 
edən paleontoloq Jan Berqstrom belə deyir: “Çenqcianq faunası dövrümüzdəki 
böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu 
gün olduğu  kimi bir-birlərindən çox fərqli olduğunu üzə çıxarır”.
58
Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri ilə necə dolub-daşması, 
heç  bir  ortaq  əcdada  malik  olmayan  fərqli  canlıların  necə  meydana  gəlməsi 
təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi suallardır. Darvinizmin 
dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard 
Dokinz bu həqiqət haqqında belə deyir:
... Kembri təbəqələri əsas onurğasız canlı qruplarını tapdığımız ən qədim 
təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən artıq təkamül 
keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə malik olmadan, o 
vəziyyətdə orada meydana gəliblər.
59
Bu şəkil Kembri dövründəki 
mürrəkəb quruluşa sahib 
canlıları təsvir edir. Belə fərqli 
canlıların heç bir əcdadları 
olmadan meydana çıxması 
darvinst nəzəriyyəni elə ilk 
mərhələdə mənasız edir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə