M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   9   10   11   12   13   14   15   16   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
40
genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni bir 
məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə 
uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun 
olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi 
kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”.
34
“Mikrotəkamül”  adlandırılan  variasiyaların  “makrotəkamül”
 
iddiasını, 
yəni  növlərin  mənşəyini  heç  cür  izah  etməməsi  digər  təkamülçü  bioloqlar 
tərəfindən  də  qəbul  edilmişdir.  Məşhur  elm  adamı  Rocer  Levin  1980-ci  ilin 
oktyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi 
dörd gün davam edən məşhur elmi konfransda bu mövzuda gəldikləri nəticəni 
belə izah edir:
Darvin  (variasiyalara  əsaslanaraq)  yürütdüyü  məntiqdə  haqlı  idimi? 
Təkamül biologiyasının tarixindəki son 40 ilin ən mühüm konfranslarından 
birində iştirak edən elm adamlarının ortaya qoyduğu fikrə görə bu sualın 
cavabı “xeyr”dir. Çikaqo konfransındakı əsas məsələ bu idi: mikrotəkamülü 
təmin edən mexanizmlər makrotəkamül adlandırdığımız fenomeni açıqlaya 
bilərmi? Cavab məlumdur: xeyr.
55
Bu həqiqət belə də xülasə edilə bilər: darvinizmin bir əsrdən artıq müddətdən 
bəri “təkamül dəlili” kimi göstərdiyi variasiyaların əslində “növlərin mənşəyi” 
ilə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyu müxtəlif şəkildə cütləşdirilə 
bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç vaxt başqa bir 
canlı növünə, məsələn, 
zürafəyə və ya filə çevrilməz.
Darvinin  Qalapaqos  adalarında  gördüyü  müxtəlif  alacəhrələr  də  eyni 
şəkildə “təkamülə” dəlil olmayan variasiya nümunəsidir. Son illərdə aparılan 
müşahidələr  alacəhrələrdə  Darvinin  nəzəriyyəsinin  irəli  sürdüyü  kimi, 
hüdudsuz  dəyişikliyin  baş  vermədiyini  üzə  çıxarmışdır.  Habelə  Darvinin 
14 fərqli növ kimi müəyyən etdiyi müxtəlif alacəhrə növlərinin çoxu əslində 
bir-biriləri  ilə  cütləşən,  yəni  eyni  növün  fərdləri  olan  variasiyalardır.  Elmi 
müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən 
“alacəhrə  dimdikləri”  nümunəsinin  əslində  “variasiya”  nümunəsi  olduğunu, 
yəni  təkamül  nəzəriyyəsinə  dəlil  olmadığını  göstərir.  Qalapaqos  adalarına 
“darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə 
növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantın məşhur 
elmi  fəaliyyətləri  adada  “təkamül”  baş  vermədiyini  sübut  etməkdən  başqa 
nəticə verməmişdir.
36
Elə bu səbəbdən də Darvinin problemi, yəni “növlərin mənşəyi” təkamülçülər 
üçün hələ də cavabsızdır.


Növlərin əsl mənşəyi
41
Fosillərə əsasən, növlərin mənşəyi
Təkamül  nəzəriyyəsinin  iddiasına  əsasən,  yer  üzündəki  canlı  növləri 
ortaq  əcdaddan  kiçik  dəyişikliklər  nəticəsində  törəyiblər.  Başqa  sözlə, 
nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq 
təbiətdə  aparılan  müşahidələr  iddia  edilən  davamlı  dəyişmələrin  olmadığını 
göstərmişdir.  Canlılar  aləmində  bir-birindən  nəzərəçarpacaq  dəyişikliklərlə 
fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur. Onurğalılar 
paleontologiyası sahəsində mütəxəssis və qabaqcıl təkamülçülərdən biri olan 
Robert  Karol  bunu  “onurğalıların  təkamül  modelləri  və  prosesləri”  (Patterns 
and processes of vertebrate evolution) adlı kitabında belə etiraf 
edir:
Bu  gün  dünyada  demək  olar  ki,  saysız-hesabsız  növün  yaşamasına 
baxmayaraq, bunlar bir-birindən çətinliklə fərqləndirilən ara formalardan 
ibarət davamlı spektr əmələ gətirmirlər. Bunun əvəzinə növlərin demək olar 
ki,  hamısı  bir-birindən  səciyyəvi  xüsusiyyətlərlə  fərqlənən  əsas  qruplara 
aiddirlər.
37
Təkamül  tarixən  baş  verdiyi  iddia  edilən  bir  prosesdir.  Bizə  canlıların 
tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P.Qrasse bu 
mövzuda belə deyir:
Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə 
üzə çıxa bilər... Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil 
verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.
38
Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin 
iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.
Darvin Qalapaqos 
adalarında
görduyu və 
nəzəriyyəsinə sübut  
hesab etdiyi fərqli 
“alacəhrə dimdikləri” 
həqiqətən də bir 
variasiya nümunəsidir 
növlərin təkamülü 
iddiasına sübut hesab 
etmək olmaz.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
42
Təkamül  nəzəriyyəsinə  əsasən,  bütün  canlılar  bir-birlərindən  törəmişlər. 
Əvvəlcədən  mövcud  olan  bir  canlı  növü  zaman  ərzində  başqa  bir  canlıya 
çevrilmiş  və  bütün  növlər  bu  şəkildə  meydana  gəlmişlər.  Nəzəriyyəyə 
əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və 
mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi 
çərçivəsində saysız-hesabsız “aralıq növlər” əmələ gəlməli və yaşamalıdırlar.
Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, 
bir  tərəfdən  də  bəzi  sürünən  xüsusiyyətləri  qazanmış  yarıbalıq-yarısürünən 
canlılar  yaşamalıdır.  Yaxud  da  sürünən  xüsusiyyətlərini  daşıyan  və  eyni 
zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. 
Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar 
olmalıdır.  Keçmişdə  yaşadıqları  güman  edilən  bu  nəzəri  canlılar  “ara  keçid 
formalar” adlandırılır.
Əgər  həqiqətən  bu  cür  canlılar  keçmişdə  yaşayıblarsa,  onların  sayı  və 
növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq 
rast  gəlinməlidir.  Çünki  bu  ara  keçid  formalarının  sayı  bu  gün  məlum  olan 
heyvan növlərindən də çox olmalı və dünyanı  n hər tərəfi fosilləşmiş ara keçid 
Canlılığın mənşəyini aydınlaşdıran elmin ən önəmli sahəsi paleontologiya, yəni 
fosilləri öyrənən elmdir. İki əsdir ki, böyük səylə tətqiq edilən fosil yataqları Darvinin 
nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ 
gəlməyib, yer üzündə bir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə