M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   7   8   9   10   11   12   13   14   ...   108

Darvinizmin mexanizmləri
33
birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən bir yerə 
təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu təsirlərin birinin 
çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı olması fərz edilsə belə, digər 
təsirlərin labüd zərəri bu faydanı da aradan qaldıracaqdır.
Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə 
etmək olar:

Mutasiyalar  həmişə  zərərlidir:  mutasiya  təsadüfən  meydana 
1. Qanadlar çıxmır.
2. Ayaqlar normal olşüdə 
    ancaq ucları inkişaf  et-
    məyib.
3.   Tük örtüyü yoxdur.
4.5. Tənəffüs borusu ol-
        masına baxmayaraq,
       ağciyər yoxdur.
6.7. Sidik borusu böyü- 
        mür və böyrəyin in-
        kişafına imkan ver-
        mir.
NORMAL İNKİŞAF
PLEYOTROPİK AMİL
Sol  tərəfdə  ev  toyuğundakı  normal  inkişaf,  sagda  isə  pleyotropik 
genin mutasiyaya məruz  qalmasının zərərli təsirləri görsənir. Diqqət 
edilərsə,  bir  tək  gendə  əmələ  gələn  mutasiya,  bir-birindən  fərqli 
orqanlara  zərər  verməkdədir.  Bir  mutasiyanın  xeyirli  təsir  əmələ 
gətirəcəyi fərz edilsə belə, « Pleyotropik amil» yetərincə cox orqana 
zərər verərək bu xeyirli təsiridə aradan qaldırır.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
34
gəldiyi üçün həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, 
mükəmməl və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o 
formanı təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan 
“faydalı mutasiya” yoxdur.

Mutasiya  nəticəsində  DNT-yə  yeni  məlumat  əlavə  edilmir: 
genetik məlumatı təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur 
və ya DNT-nin müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə 
canlıya yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın 
kürəkdən, qulağın 
q
arından
 
çıxmas
ı 
kimi anormallıqlara səbəb olurlar.

Mutasiya  sonrakı  nəslə  ötürülməsi  üçün  mütləq  çoxalma 
hüceyrələrində meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində 
və  ya  orqanında  meydana  gələn  dəyişiklik  sonrakı  nəslə  ötürülmür. 
Məsələn, bir insanın gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya 
uğrayaraq  orijinal  formasından  fərqlənə  bilər,  amma  bu,  onun  özündən 
sonrakı nəsillərə keçməz. 
Bütün  bunlar  təbii  seçmə  və  mutasiya  mexanizmlərinin  heç  bir  təkamül 
xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu yolla əldə 
edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud deyildir. Bunun 
əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və mutasiya mexanizmlərinin 
təkamül gücünü müşahidə edə bilmirik, çünki bu mexanizmlər ancaq çox uzun 
Escherichia coli bir milyard il əvvəlki nümunələri ilə eynidir. Bu uzun 
zaman müddətində baş verən mutasiyalar canlıda quruluşca heç bir 
dəyişikliyə səbəb olmamışdır.


Darvinizmin mexanizmləri
35
zaman ərzində təsirli olurlar” kimi açıqlama irəli sürürlər. Lakin bu da heç bir 
elmi əsası olmayan təsəllidən başqa bir şey deyil. Çünki meyvə milçəkləri və ya 
bakteriyalar kimi həyatı çox qısa olan və ona görə də bir elm adamının minlərlə 
nəslini müşahidə edə bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. 
Pier Paul Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında 
da bunları deyir:
Bakteriyalar...  sürətlə  çoxalmaları  səbəbi  ilə  ən  çox  mutant  (mutasiya 
keçirmiş  canlı)  üzə  çıxaran  canlılardır. Ancaq  bakteriyalar...  öz  növlərinə 
çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox 
diqqətli  şəkildə  təhlil  edilmişdir  və  bu  mövzuya  aid  çox  yaxşı  misaldır. 
Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini 
kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç 
bir  dəyişikliyə  məruz  qalmaması  olduqca  təəccüblüdür.  Əgər  təkamül 
xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər 
mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və virusların keçirdiyi 
mutasiya  xarakterli  dəyişikliklərin  müəyyən  genetik  orta  hədd  ətrafında 
gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə 
çıxır;  bir  az  sağa,  bir  az  sola  dalğalanma  olur,  amma  nəticədə  təkamül 
xarakterli  dəyişiklik  baş  vermir.  Hamam  böcəkləri  də  ilk  dəfə  ortaya 
çıxdıqları  Perm  dövründən  bəri  ən  az  drosophila  qədər  çox  mutasiya 
keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır.
27
Qısa  desək,  canlıların  təkamül    keçirməsi  mümkün  deyil,  çünki  təbiətdə 
onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə baxdıqda 
da  təkamül  prosesi  ilə  deyil,  əksinə,  təkamülə  tamamilə  zidd  mənzərə  ilə 
qarşılaşırıq.
          


36
          
N
övlərin
gerçək mənşəyi
D
arvin  1859-cu  ildə  “Növlərin  mənşəyi”  kitabını  nəşr  etdirdikdə 
canlıların qeyri-adi müxtəlifliyini açıqlayan nəzəriyyə irəli sürdüyünü 
düşünürdü. Bir canlı növü daxilində təbii müxtəlifliklər (variasiyalar) 
olduğunu  müşahidə  etmişdi.  Məsələn,  İngiltərədəki  heyvan 
bazarlarını gəzərkən inəklərin çox fərqli cinslərinin olduğunu, heyvandarların 
da  onları  seçib,  cütləşdirərək  yeni  cinslər  əldə  etdiklərini  müşahidə  etmişdi. 
Buna əsaslanaraq da “canlılar təbii şəkildə özləri müxtəlifləşə bilirlər, deməli, 
uzun  zaman  kəsikləri  ərzində  bütün  canlılar  yeganə  ortaq  əcdaddan  törəyə 
bilər” şəklində fikir irəli sürmüşdü.
Lakin  Darvinin  “növlərin  mənşəyi”  haqqında  irəli  sürdüyü  bu  fərziyyə 
əslində növlərin mənşəyini heç cür açıqlamırdı. Genetika elminin inkişafı ilə bir 
canlı növü daxilindəki müxtəlifləşmənin heç vaxt yeni növün əmələ gəlməsinə 
səbəb  olmadığı  məlum  oldu.  Darvinin  “təkamül”  hesab  etdiyi  fakt  əslində 
“variasiya” idi.
Variasiya nədir?
Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını 
verir.  Bu  genetik  hadisə  bir  canlı  növü  daxilindəki  fərdlərin  və  ya  qrupların 
bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer 
üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma 
bu  genetik  məlumatın  imkan  verdiyi  variasiya  potensialı  sayəsində  bəziləri 
qıyıq  gözlüdür,  bəziləri  sarışındır,  bəzilərinin  burnu  uzun,  bəzilərinin  boyu 
qısadır.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə