M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə15/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   11   12   13   14   15   16   17   18   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
46
Əgər həqiqətən  təkamül baş versəydi
canlıların yer üzündə kiçik mərhələli 
dəyişmələrlə ortaya çıxmaları və zamanla 
bu dəyişmələrə davam etmələri lazım 
olacaqdı. Ancaq fosil qeydləri bunun 
tamamilə əksini göstərir. Müxtəlif canlı 
sinifləri özlərinə bənzəyən əcdadları 
olmadan birdən ortaya çıxmışlar və yüz 
milyon illər boyu heç bir dəyişikliyə 
uğramadan sabit şəkildə qalmışlar.
FOSİL  QEYDLƏRİNDƏ   SABİTLİK
Ordovik dövrünə 
aid «at dırnağı 
xərçəngi» fosili. 
Bu 450 milyon 
illik fosil də 
günümüzdə 
yaşayan 
nümunələrindən 
fərqlənmir.
ABŞ-ın Qərbi Ontario 
ştatında tapılan 1,9  milyard 
illik bakteriya fosili. Bu gün 
yaşayan bakteriyalarla eyni 
quruluşdadır.
Ammonitlər təxminən 350 milyon 
il əvvəl ortaya çıxdılar, 65 milyon il 
əvvəl nəsilləri kəsildi. Bu 300 milyon 
il boyu yuxarıdakı fosildə görünən 
quruluşları qətiyyən dəyişmədi.
400 milyon illik dəniz ulduzu fosili
Ordovik dövrünə aid ustritsa fosili. Bu 
gün yaşayan ustritsalardan fərqlənmir.


Növlərin əsl mənşəyi
47
Şotlansiyadakı Şərqi Kirkton 
bölgəsində tapılan ən qədim əqrəb 
fosili. Pulmonoscorpius kirktonensis 
adlandırılan növə aid bu əqrəb fosili 320 
milyon illikdir və günümüzdə yaşayan 
nümunələrindən fərqlənmir.
Almaniyanın 
Bavariya 
bölgəsində 
tapılan 140 milyon 
illik cırcırama 
fosili. Yaşayan 
nümunələrindən 
fərqlənmir.
35 milyon illik 
milçəklər. Yaşayan 
nümunələri 
ilə eyni bədən 
quruluşa sahibdir.
Baltik dənizinin sahillərində kəhrəba 
içində tapılan təxminən 170 milyon illik 
həşərat fosili. Yaşayan nümunələrindən 
fərqlənmir.
Yurasik dövrünə aid təxminən 170 
milyon illik krevet fosili. Yaşayan 
krevetlərdən fərqlənmir.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
48
həqiqəti illər əvvəl belə qəbul etmişdir:
Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur. Fosil 
qeydləri həddindən artıq zəngindir... buna baxmayaraq, hələ də heç bir dəlil 
müəyyən edilməmişdir.
50 
Amerika Təbiət Tarixi Muzeyinin direktoru, məşhur 
paleontoloq Nayls Eldric isə Darvinin “fosil qeydləri kifayət etmir, ara formaları 
ona görə tapa bilmirik” iddiasının əsassız olduğunu belə açıqlayır:
Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu 
göstərir:  (Fosil  qeydlərində)  gördüyümüz  boşluqlar  həyat  tarixindəki  həqiqi 
hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi 
deyil.
51
obert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədan kənar” (Beyond 
natural  selection)  adlı  kitabında  “fosil  qeydlərindəki  boşluqların  həqiqi  və 
faktiki” olduğunu belə açıqlayır:
Fosil  qeydlərindəki  boşluqlar  həqiqətdir.  Hər  hansı  (təkamül  xarakterli) 
törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox 
uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç 
vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, 
bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, 
əsasən, ani surətdə baş verir.
52
Bu  vəziyyət  təkamül  nəzəriyyəsinin  140  ildən  bəri  irəli  sürdüyü  “ara 
forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq 
əsassız  olduğunu  göstərir.  Fosil  qeydləri  canlıların  mənşəyini  anlamaq  üçün 
kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri 
aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda 
və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər. 
Fosil sübut etdiyi həqiqət
Bəs  on  illərlə  cəmiyyətin  şüuruna  yerləşən  “təkamül-paleontologiya” 
əlaqəsi haradan gəlir? Nə üçün bir çox insan fosil qeydlərindən bəhs edilərkən 
bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə təsəvvürünə qapılır? 
Bu sualların cavabı məşhur “Science” (Elm) elmi jurnalındakı bir məqalədə belə 
açıqlanır:
Təkamül  biologiyası  və  paleontologiya  sahələrindən  kənarda  qalan  çox 
sayda  yüksək  təhsilli  elm  adamı  təəssüf  ki,  fosil  qeydlərinin  darvinizmə 
çox  uyğun  olduğu  səhv  fikrinə  düşmüşdür.  Bu,  böyük  ehtimalla,  ikinci 
dərəcəli mənbələrdəki həddindən artıq sadələşdirmədən qaynaqlanır; aşağı 
səviyyəli  dərsliklər,  yarı-populyar  məqalələr  və  s.  Digər  tərəfdən,  böyük 
ehtimalla, bir az tərəfli düşüncə də araya girir. Darvindən sonrakı illərdə 
onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyiş əldə etməyə 


Növlərin əsl mənşəyi
49
ümid bəsləmişlər. Bu irəliləyiş əldə edilməmiş, lakin yenə də müsbət yönlü 
ümid davam etmiş və bəzi təxəyyül məhsulu olan fantaziyalar da dərsliklərə 
bu cür girmişdir.
53
N.Eldric və İ.Tattersal isə bu mövzuda belə şərh verirlər:
Eyni  növlərə  aid  fosillərin  fosil  qeydlərində  mövcud  olduqları  müddət 
ərzində dəyişmədikləri Darvinin “Növlərin mənşəyi”ni nəşr etdirməsindən 
əvvəl  də  paleontoloqlara  məlum  idi.  Darvin  isə  gələcək  nəsillərin  bu 
boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəyini iddia etmişdir... 
Aradan  keçən  120  ildən  çox  müddət  ərzində  aparılan  bütün  paleontoloji 
araşdırmalar  nəticəsində  fosil  qeydlərinin  Darvinin  bu  iddiasını 
təsdiqləməyəcəyi  artıq  açıq  şəkildə  görünür.  Bu  fosil  qeydlərinin  qeyri-
kafiliyindən irəli gələn problem deyil. Fosil qeydləri açıq şəkildə sözügedən 
iddanın səhv olduğunu göstərir.
Növlərin  həddindən  artıq  sabit  olması  və  uzun  zaman  kəsikləri  ərzində 
daima  sabit  qalması  istiqamətindəki  müşahidələr  “Kral  çılpaqdır” 
nağılındakı vəziyyətə bənzəyir. Hər kəs bunu görür, amma görməməzliyə 
vurur. Darvinin irəli sürdüyü mənzərəni israrla inkar edən fosil qeydləri ilə 
Ammonitlər təxminən 350 m 
Kəhrəba içində tapılmış 25 
milyon illik termit fosilləri. 
Bu gün yaşayan termitlərdən 
heç bir fərqi yoxdur. 
ıxdılar, 
65 milyon il əvvəl n
əsilləri 
kəsildi. Bu 300 milyon il boyu 
yuxarıdakı fosildə görünən 
quruluşları qətiyyən dəyişmədi.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə