M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   16   17   18   19   20   21   22   23   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
62
dövrü haqqında belə yazmışdı:
Beləliklə,  əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim silur təbəqəsinin 
əmələ  gəlməsindən  əvvəl  çox  uzun  zaman  kəsikləri  keçməlidir,  Silur 
dövründən bu günə qədər keçmiş zaman qədər uzun zaman kəsikləri. Lakin 
hələ də məlum olmayan bu zaman kəsikləri ərzində dünya canlı məxluqlarla 
dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid fosil qeydlərini nə 
üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş cavabım yoxdur.
71
Darvin: “əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən 
əvvəl yaşayan canlılarla dolub-daşmalıdır”, - demişdi. Bu canlıların nə üçün heç 
bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər çox azdır” 
bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil qeydlərinin kifayət 
qədər olduğu və Kembri dövrü canlılarının əcdadları olmadığı üzə çıxmışdır. 
Bu  isə  Darvinin:  “əgər  nəzəriyyəm  doğrudursa”,  -  deyə  başladığı  cümləsini 
əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını tapmamışdır və 
ona görə də nəzəriyyəsi doğru deyil.
Kembri  dövrünə  aid  qeydlər  həm  trilobitlər  kimi  kompleks  canlı  orqani 
zmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni anda ortaya çıxması ilə 
darvinizmi təkzib edir. Darvin kitabında: “əgər eyni sinifə aid çox saydakı növ 
həqiqətən həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq 
əcdaddan təkamül keçirmə nəzəriyyəsinə öldürücü 
zərbə olar”, - deyə yazmışdır.
72
 Kembri dövründə isə 
əvvəlcədən də bildirdiyimiz kimi, növlər kimi bənzər 
kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan 
tipi həyata bir anda və birlikdə başlamışdır. Bu tam 
mənada Darvinin “öldürücü zərbə” kimi tərif etdiyi 
mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq 
Stefan  Benqston  Kembri  dövründən  bəhs  edərkən: 
“Darvini  təəccübləndirən  və  utandıran  bu  hadisə 
bizi də təəccübləndirir”, - deyir.
73
Trilobitlər  haqqında  digər  məsələ  də  bu 
canlılardakı 530 milyon illik pətək göz sisteminin bu 
günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya 
cırcırama  kimi  dövrümüzdə  yaşayan  bəzi  həşəratlar 
da eyni göz quruluşuna malikdir.
74
 Bu tapıntı təkamül 
nəzəriyyəsinin canlıların ibtidaidən aliyə doğru inkişaf 
etməsi iddiasına da “öldürücü zərbə” vurur.
Darvin:  “əgər 
nəzəriyyəm doğrudursa, 
trilobitlərdən əvvəlki 
dövrlər bu canlıların 
əcdadları ilə dolub 
daşmalı idi”. Amma 
Darvinin xəyal etdiyi 
bu canlılardan biri belə 
tapılmamışdır.


Gerçək Təbiət Tarixi -I-
63
Onurğalı canlıların təkamülü iddiası
Kembri  dövründə  ani  surətdə  üzə  çıxan  heyvan  tiplərindən  biri  əvvəldə 
bildirdiyimiz  kimi,  mərkəzi  sinir  sisteminə  malik  olan  chordata  (xordalılar) 
tipidir.  Chordata  və  ya  dilimizdəki  qarşılığı  ilə  xordalıların  yarımtipi  isə 
onurğalılardır.  Balıqlar,  amfibiyalar  (suda-quruda  yaşayanlar),  sürünənlər, 
quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar 
aləminin ən mühüm canlılarını təşkil edirlər.
Təkamülçü  paleontoloqlar  hər  canlı  şöbəsini  başqa  bir  şöbənin  təkamül 
xarakterli  davamı  kimi  görməyə  çalışdıqları  üçün  xordalıların  başqa  bir 
onurğasız  şöbəsindən  təkamül  yolu  ilə  əmələ  gəldiyini  iddia  edirlər.  Ancaq 
bütün  şöbələr  kimi,  chordata  şöbəsinin  üzvlərinin  də  Kembri  dövründə  üzə 
çıxması bu iddianı elə başından əsassız hala salır.
Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri 
balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün 
iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.
Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, 
uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.
75
 
Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və 
heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa 
Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə 
edir:
Xordalıların  onurğasız  heyvanlardan  əmələ  gəlməsinə  şübhə  yoxdur. 
Ancaq  onurğasızlarla  xordalılar  arasındakı  keçidi  işıqlandıran  bir  fosilin 
tapılmaması  bu  mövzuda  bir  çox  fərziyyənin  irəli  sürülməsinə  səbəb 
olmuşdur.
76
Əgər  ortada  bir  ara  keçid  forma  yoxdursa,  necə  olur  ki:  “bu  təkamülün 
baş  verdiyinə  şübhə  yoxdur”,  -  deyilə  bilir?  Bir  fərziyyəni  onu  dəstəkləyən 
dəlil  olmadığı  halda,  heç  şübhə  olmadan  qəbul  etmək  elmi  deyil,  doqmatik 
davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların 
mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra 
ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:
Xordalıların  mənşəyi  və  təkamülü  məsələsində  yuxarıda  bildirilən 
fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə 
qarşılanmışdır.
77
Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə 
bağlı  fosil  tapılmamasının  səbəbi  onurğasız  canlıların  yumşaqtoxumalı 
olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin 
əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə