M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə36/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   32   33   34   35   36   37   38   39   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
112
Rocer Levin :“ilk məməliyə keçid hələ də sirdir”, - demək məcburiyyətində 
qalmışdır.
149
XX  əsrin  ən  böyük  təkamülçülərindən  və  neodarvinist  nəzəriyyənin 
banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından 
çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:
Dünyadakı  həyatın  ən  dolaşıq  məsələsi  Mezozoy  dövrünün,  yəni 
sürünənlər  dövrünün  məməlilər  dövrünə  ani  surətdə  keçməsidir.  Sanki 
bütün  baş  rolunu  çox  sayda  və  növdə  sürünənlərin  oynadığı  dramın 
pərdəsi  bir  anda  endirilmişdir.  Pərdə  yenidən  açıldıqda  isə  bu  dəfə  baş 
rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə 
yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri 
isə yoxdur.
150
Habelə ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa, 
at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji 
dövrdə üzə çıxmışdırlar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən 
zəngin  təxəyyül  gücü  üçün  belə  qeyri-mümkündür.  Təkamülçü  zooloq  Erik 
Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:
Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik 
əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər.
151
Qısaca desək, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi, 
təkamül  nəzəriyyəsi  ilə  heç  cür  açıqlana  bilmir.  Corc  Qeylord  Simpson  bu 
həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:
Təbiət tarixi mu-
zeylərində nüma-
yiş etdirilən on 
milyonlarla illik
məməli fosillləri
ilə bu gün yaşa -
yan məməlilər 
arasında heç bir 
fərq yoxdur. 
Bundan başqa bu 
fosillər yer üzü-
nün təbəqələrin-
əvvəlki növ-
lərlə aralarında 
heç bir əlaqə ol-
madan bir anda 
meydana çıxmış-
lar.


Gerçək Təbiət Tarixi -II-
113
Bu, məməlilərin 32 fərqli dəstəsinin hamısına aiddir... Hər dəstənin məlum 
olan  ən  qədim  və  ən  ibtidai  üzvü  bu  dəstəyə  aid  əsas  xüsusiyyətlərin 
hamısına malikdir və heç cür bir dəstədən digərinə doğru irəliləyən davamlı 
inkişafa rast gəlinmir. Bir çox nümunədə fərq o qədər kəskin və boşluq o 
qədər  böyükdür  ki,  bütün  dəstənin  mənşəyi  şübhəli  və  həddindən  artıq 
mübahisəlidir...
Ara keçid formaların bu sistemli yoxluğu sadəcə məməlilərə xas deyil və 
paleontoloqların uzun zamandan bəri anladığı kimi, demək olar ki, universal 
faktdır. Bu fakt onurğalı və ya onurğasız – bütün heyvan siniflərinə və bütün 
dəstələrə aiddir. Açıq desək, eyni fakt bitkilərin fərqli kateqoriyalarına da 
aid edilir.
152
Atın təkamülü əfsanəsi
Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan 
bər təkamülçü mənbələri baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir. 
Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.
“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər 
təkamül  nəzəriyyəsinə  dəlil  kimi  göstərilən  fosil  sıralamalarının  ən  başında 
gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını 
açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 
150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül 
nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən 
təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir 
əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç 
baş vermədiyini belə izah etmişdir:
Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki 
canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli 
dəyişiklik  olduğunu  irəli  sürən  məşhur  atın  təkamülü  misalının  əsassız 
olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər 
növün  fosilləri  tamamilə  fərqli  şəkildə  üzə  çıxır,  dəyişmədən  qalmışdır, 
sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.
153
Rensberqer  dürüst  şəkildə  atın  təkamülü  ssenarisindəki  bu  mühüm 
müəmmanı dilə gətirərkən əslində bütün nəzəriyyənin fosil qeydlərindəki ən 
böyük müəmmasını – “ara keçid formaları müəmmasını” gündəmə gətirmişdir.
Dr. Nayls Eldric atın təkamülü sxemi haqqında belə deyir:
Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. 
Bunun ən məşhur nümunəsi isə bəlkə 50 il əvvəl uydurulmuş və hələ də 
alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi 
mənbə  tərəfindən  böyük  həqiqət  kimi  təqdim  edilmişdir. Ancaq  indi  bu 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
114
cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu 
düşünürəm.
154
Bəs  “atın  təkamülü”  ssenarisi  nədir?  Bu  ssenari  Hindistan,  Cənubi 
Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı 
növlərinə  aid  fosillərin  təkamülçülərin  təxəyyül  gücü  sayəsində  kiçikdən 
böyüyə doğru düzülməsiylə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-
ayrı  tədqiqatçıların  irəli  sürdükləri  20-dən  çox  müxtəlif  atın  təkamülü  sxemi 
var. Hamısı da bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər 
arasında da fikir ayrılığı var. Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon 
il  əvvəl  Eosen  dövründə  yaşamış  eohippus  (hyracotherium)  adlı  itəbənzər  bir 
canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər 
əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan 
və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın demək olar ki, 
eynisidir.
155
Atın  təkamülü  iddiasının  əsassızlığı  hər  keçən  gün  ortaya  çıxan  yeni 
fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə 
dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis
fosillərinin  tapıldığı  müəyyən  edilmişdir.
156
  Bu,  dövrümüzdəki  at  ilə  onun 
“əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan 
prosesin heç vaxt baş vermədiyinin sübutudur.
Təkamülçü  yazıçı  Qordon  R.Teylor  darvinizmin  açıqlaya  bilmədiyi 
mövzulara  toxunduğu  “Böyük  təkamül  müəmması”  (The  great  evolution 
mystery)  adlı  kitabında  atın  təkamülü  ardıcıllığı  əfsanəsinin  əsl  mahiyyətini 
İngiltərə Təbiət Tarixi Muzeyində olan “Atın təkamülü “ sərgisi. Bu və buna oxşar
“Atın təkamülü” sxemləri müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda yaşamış müstəqil 
canlı növlərinə məxsus qalıqların son dərəcə birtərəfli yanaşma ilə, sadəcə xüsusi məqsədlə 
müəyyən olunmuş ardıcıllıqla sıralanmaqla düzəldilir. Həqiqətdə “Atın təkamülü”nə aid heç 
bir aydın elmi sübut yoxdur.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə