M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə52/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   48   49   50   51   52   53   54   55   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
164
olduğu  təxmin  edilir.  Digər  bəzi  paleoantropoloji  tapıntılar  Kromanyon  və 
Neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas 
təşkil etdiklərini göstərir.
  Nəticə  etibarı  ilə  bu  insanların  heç  biri  “ibtidai  növ”lər  deyil,  tarixən 
yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox 
olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir.
Nəsil ağacının məhvi
  Buraya  qədər  təhlil  etdiklərimiz  əsasında  bu  nəticəyə  gəlirik:  “insanın 
təkamül” ssenarisi tamamilə fantastikadır. Çünki belə bir nəsil ağacının mövcud 
olması üçün meymunlardan insanlara doğru ortaq əcdaddan gələn mərhələli 
təkamül baş verməli və bu prosesə dair daşlaşmış qalıqlar (fosillər) tapılmalıdır. 
Halbuki meymunlarla insan arasında keçilməz uçurum var. Skelet quruluşları, 
beyin həcmləri, dik və əyri yerimə kimi xüsusiyyətlər insan ilə meymunu bir-
birindən  ayırır.  (1994-cü  ildə  daxili  qulaqdakı  müvazinət  kanalları  üzərində 
aparılan  tədqiqatların  Avstralopitek  və  Homo habilisi  meymun  sinfinə,  Homo 
erectusu isə insan sinfinə aid etdiyini qeyd etmişdik).
Bu  fərqli  növlər  arasında  nəsil  ağacının  olmadığını  göstərən  başqa  bir 
kəşf isə bir-birinin əcdadı kimi göstərilən növlərin eyni tarixdə və eyni yerdə 
yaşamasıdır!  Əgər  təkamülçülərin  iddia  etdikləri  kimi  Avstralopitek  zaman 
ərzində  Homo habilisə,  onlar  da  Homo erectusa  çevrilsəydilər,  bu  növlərin 
yaşadıqları dövrlər də eyni ardıcıllıqla bir-birini əvəz etməliydilər. Halbuki belə 
bir xronoloji ardıcıllıq yoxdur.
Təkamülçülərin  hesablamalarına  görə, Avstralopitek  bundan  4  milyon  il 
əvvəldən  1  milyon  il  əvvələ  qədər  yaşamışdır. Homo habilis  kimi  tərif  edilən 
canlıların  isə  1,7-1,9  milyon  il  bundan  əvvəl  yaşadıqları  hesablanır.  Homo 
habilisdən  daha  “təkmil”  olduğu  deyilən  Homo rudolfensisin  yaşı  isə  2,5-
2,8  milyon  il  hesablanır!  Yəni  Homo rudolfensis  “əcdadı”  hesab  edilən  Homo 
habilisdən təxminən 1 milyon il qədimdir. Digər tərəfdən Homo erectusun yaşı 
1,6-1,8  milyon  ildir.  Yəni  Homo erectusa  aid  nümunələr  də  “əcdadları”  Homo 
habilis ilə təxminən eyni zaman intervalında meydana gəlib.
Alan Uolker: “Şərqi Afrikada Avstralopiteklərlə Homo habilis və Homo erectus 
növlərinin  eyni  vaxtda  yaşadıqlarına  dair  qəti  sübutlar  var”,  -  deyərək  bu  faktı 
təsdiqləyir.
209
  Luis  Likey  Olduvay  Corc  bölgəsindəki  Bed  II  təbəqəsində 
Avstralopitek, Homo habilis və Homo erectus fosillərini demək olar ki, yan-yana 
tapmışdı.
210
Əlbəttə,  belə  bir  nəsil  ağacı  ola  bilməz.  Harvard  Universitetindən 
paleontoloq Stefen Cey Quld özü də təkamülçü olmağına baxmayaraq, darvinist 
nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:


İNSANIN MƏNŞƏYİ
165
“Əgər  bir-biri  ilə  paralel  şəkildə  yaşayan  üç  fərqli  hominid  (insana  bənzər) 
cığırı varsa, bu halda, bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri 
digərindən  törəyə  bilməz.  Həmçinin,  birini  digəriylə  müqayisə  etdikdə,  təkamül 
trendi göstərmirlər”. 
211
Homo erectusdan Homo sapiensə doğru getsək, yenə də ortada hər hansı soy 
ağacının olmadığını görərik. Homo erektusun və Homo sapiens arxaikin bundan 
27 min il əvvələ, hətta 10 min il əvvələ qədər yaşadıqlarını göstərən kəşflər var. 
Avstraliyada  Kow  bataqlığında  13  min  illik  Homo erektusa  aid  kəllə  sümüyü 
tapılmışdır.
212
Bu mövzuda ortaya çıxan ən maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava 
adasında tapılan 30 min illik Homo erectusNeandertal və Homo sapiens qalıqlarıdır. 
“The  New  York  times”  qəzeti  ön  səhifəsində  bu  qalıqlar  haqqında  yazdığı 
xəbərdə:“Bir neçə on il əvvələ qədər elm adamları insanın formalaşmasını bir növdən 
başqasına doğru irəliləyən xətti ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni 
dövrdə və ya bölgədə birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü”, - deyə 
yazmışdır.
213
  Sözügedən  kəşf  insanın  mənşəyi 
haqqında  ortaya  atılan  “təkamül 
ağacı”nın əsassız olduğunu bir daha göstərir.
Homo sapiensin gizli tarixi
Bütün bu araşdırdıqlarımızla bərabər təkamülçülərin xəyali nəsil ağacını 
kökündən məhv edən ən mühüm həqiqət isə Homo sapiens, yəni bugünkü insanın 
tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan 
təxminən  bir  milyon  il  əvvəl  də  eynilə  bizim  kimi  Homo sapiens  insanlarının 
yaşadıqlarını göstərir.
    Bu  mövzudakı  ilk  tapıntılar  məşhur  təkamülçü  paleoantropoloq  Luis 
Likeyə  aid  idi.  Likey  1932-ci  ildə  Keniyada  Viktoriya  gölü  yaxınlığındakı 
Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi olmayan 
və Orta pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta pleystosen 
dövrü  bundan  bir  milyon  il  əvvələ  gedib  çıxır.
214
  Bu  kəşflər  təkamül  ağacını 
(nəsil ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən 
rədd edildi. Amma Likey fikrinin doğru olduğunu həmişə müdafiə etdi.
  Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci ildə İspaniyada tapılan yeni 
bir fosil Homo-sapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya 
qoydu.  Sözügedən  fosil  Madrid  Universitetindən  üç  ispan  paleoantropoloq 
tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında 
tapıldı.  Fosil  bugünkü  insanla  tamamilə  eyni  görünüşə  sahib  olan  11  yaşlı 
uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. 
“Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi.
  İspaniyanın Atapuerka ərazisində tapılan üz sümüyü bugünkü insanlarla 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə