M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə54/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   50   51   52   53   54   55   56   57   ...   108

İNSANIN MƏNŞƏYİ
169
Tanzaniyada Laetolidəki 3,6 mil-
yon illik insan ayaq izləri 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
170
düşünərək ayaq izlərini Australopithecusa aid etmişdilər.
Laetoli izləri haqqında verilən bu izahlar bizə çox vacib həqiqəti göstərir. 
Təkamülçülər nəzəriyyələrini elmi nailiyyətlərə əsaslanaraq müdafiə etmirlər! 
Ortada kor-koranə müdafiə olunan bir nəzəriyyə var və əlimizə keçən hər bir elmi 
tapıntı bu nəzəriyyə ilə uzlaşdırılmaq naminə təhrif edilir və ya görməməzliyə 
vurulur.
Bir  sözlə,  təkamül  nəzəriyyəsi  elmi  nəzəriyyə  deyil,  elmdənkənar 
cəfəngiyyatdır.
Son dəlil: Sahelanthropus tchadensis və
 təkamül ağacının məhvi
Təkamül  nəzəriyyəsinin  insanın  mənşəyi  haqqındakı  iddialarını  məhv 
edən ən son tapıntı isə 2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və 
Sahelanthropus tchadensis adı verilən fosil oldu.
Bu  fosil  darvinist  aləmi  bir-birinə  qatdı.  Bütün  dünyada  məşhur  olan 
“Nature”  jurnalı  bu  fosil  haqda  yayımladığı  xəbərdə:  “Tapılan  yeni  kəllə 
sümüyü  insanın  təkamülü  haqqındakı  düşüncələrimizi  tamamilə  məhv  edə 
bilər”, - deyə etiraf etdi.
221
 
Harvard  Universitetindən  Daniel  Liberman  bu  yeni  tapıntının  “kiçik  bir 
atom bombası qədər təsirli olacağı”nı söylədi.
222
 
Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın 
ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik Australopithecus növündən 
olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara 
görə) daha “insanabənzər” quruluşa malik olması idi. Bu vəziyyət əslində nəsli 
kəsilmiş  bütün  meymun  növləri  arasında  çox  subyektiv  və  ön  mühakiməli 
“insanabənzərlik”  meyarlarına  görə  qurulan  təkamül  əlaqələrinin  tamamilə 
xəyal olduğunu göstərirdi.
Con  Vitfild  2002-ci  il,  11  iyul  tarixli  “Nature”  jurnalında  nəşr  olunan 
“İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton 
Univesitesindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi:
“Universitetdə  oxumağa  başladığım  1963-cü  ildə  insanın  təkamülü  bir 
nərdivan  kimi  görünürdü.  Bu  nərdivanın  pillələri  meymundan  insana 
doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymuna oxşayan 
ardıcıl ara keçid formadan təşkil olunmuşdu... Amma hal-hazırda insanın 
təkamülü  qarmaqarışıq  kola  bənzəyir...  Fosillərin  bir-birləri  ilə  nə  cür 
əlaqəyə malik olduğu və hər hansı birinin həqiqətən insanın əcdadı olub-
olmadığı hələ də mübahisəlidir”.
223
 
Yeni  tapılan  meymun  fosili  haqqında  “Nature”  jurnalının  redaktoru 
və  tanınmış  paleoantropoloq  Henri  Cinin  verdiyi  izahlar  çox  əhəmiyyətli 


İNSANIN MƏNŞƏYİ
171
AL 666-1: 2,3 milyon illik 
Homo sapiens (insan) çənəsi
AL 222-1: Üstdəki AL 666-1 fosili ilə 
eyni dövrə aid A. afarensis çənəsi
AL 666-1-in yan tərəfdən görünüşü
AL 222-1-in yandan görünüşü. İki 
çənənin yandan görünüşü fosillər
arasındakı fərqi daha yaxşı göstərir.
AL 222-1 çənəsi önə döğru uzanmış-
dır. Bu tamamilə meymuna xas olan 
xüsusiyyətdir. Yuxarıdakı AL 666-1 
çənəsi isə tamamilə insan çənəsidir.
AL 666-1 fosili 1994-cü ildə Efiopiya 
Hadarda A.afarensis fisilləriylə bir-
likdə tapıldı. 2,3 milyon illik tarixi 
olan bu çənə sümüyü tamamilə Homo 
sapiens xüsusiyyətlərini göstə-
rirdi. AL 666-1 nə birlikdə tapıldığı A.
afarensis çənəsinə, nə də 1,75 milyon il 
yaşındakı Homo habiles çənəsinə 
bənzəyirdi. Bu iki növün çənəsi dar və 
dördbucaq strukturu ilə bugünkü
meymunlarınkına bənzəyirdi. Hal-
buki AL 666-1 fosili “Homo”(insan) 
növünə aid olduğu qəti idi. Təkamül-
çü paleoantropoloqlar bu gerçəyi qəbul 
edir, ancaq yenə də bu mövzuda
qəti söz deməkdən çəkinirlər. Çünki bu 
çənə üçün hesabladıqları 2,3 milyon 
illik yaş, “Homo” yəni insan növü üçün 
təyin etdikləri tarixdən xeyli coxdur.
AL 666-1: 2,3 MİLYON İLLİK İNSAN ÇƏNƏSİ


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
172
15-ci əsrdə yaşamış Peru yerlisi
Benqallı orta yaşlı kişi
Cənub-şərqi Asiyadakı Solomon
adalarında 1893-cü ildə ölən kişi
25-30 yaşlarında alman kişi
35-45 yaşlarında zairli kişi 
35-40 yaşlarında kişi, eskimo
MÜASİR İNSAN İRQLƏRİNDƏKİ 
KƏLLƏ  SÜMÜYÜ  FƏRQLƏRİ 
Təkamülçü paleoantropoloqlar Homo 
erectus, Homo sapiens neanderthalensis
Homo sapiens archaic kimi müxtəlif in-
san qalıqlarını, təkamülün müxtəlif hal-
qalarını meydana gətirən növlər olaraq 
göstərirlər. Buna əsas olaraq sözügedən
qalıqların kəllə quruluşlarındakı fərqləri
qarşıya qoyurlar. Halbuki sözügedən 
fərqlər indiyə qədər yaşamış və bənziləri 
itmiş və ya assimiliyasiyaya uğramış insan 
irqləri arasındakı müxtəlifliklərdən ibarət-
dir. Zamanla insan irqləri bir-birləri ilə daha 
cox qaynaşdıqca, bu fərqlər azalmışdır. Buna 
baxmayaraq, hal hazırda yaşayan insan irqləri 
arasında hələ də olduqca nəzərəçarpan fərq-
lər müşahidə edilir. Aşağıda görünən və hər 
biri müasir insanlara( Homo  sapiens sapiens)
aid kəllə sümükləri bu fərqlərə nümunədir.
Keçmişdə yaşamış irqlər arasındakı buna bənzər 
quruluş fərqləri təkamülə dəlil olaraq göstərmək
isə, əlbəttə ki, doğru deyil.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə