M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə62/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   58   59   60   61   62   63   64   65   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
194
Bütün bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın 
əmələ gəlməsini açıqlama mərhələsində çətinliyə düşür.
Təkamül nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz 
də nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:
Təhlil  etdiyimiz  növdən  olan  “şanslı”  hadisə  o  qədər  qorxunc  dərəcədə 
ehtimaldan  kənar  olacaqdır  ki,  kainatın  hər  hansı  bir  yerində  baş  vermə 
şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu ancaq 
kainatın  hər  hansı  bir  yerindəki  bir  planetdə  baş  vermişdirsə,  bu,  bizim 
planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.
250
Təkamül  nəzəriyyəsinin  nüfuzlu  tərəfdarlarının  birinin  bu  cür  mövqeyi 
nəzəriyyənin  təməl  məntiqinin  səhv  olduğunu  çox  açıq  şəkildə  əks  etdirir. 
Dokinzin  “Qeyri-mümkünlük  dağına  dırmaşmaq”  adlı  kitabında  yazdığı 
yuxarıdakı ifadələri təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül 
də baş vermişdir” şəklindəki heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə 
nümunədir.
Göründüyü  kimi,  ən  mühafizəkar  təkamül  tərəfdarları  belə  təkamül 
nəzəriyyəsinin canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf 
edirlər.  Ancaq  çox  maraqlıdır  ki,  bu  vəziyyət  qarşısında  müdafiə  etdikləri 
nəzəriyyənin  həqiqətdən  kənar  olduğunu  qəbul  etmək  əvəzinə,  ehkamçı 
yanaşma  ilə  təkamülə  bağlanmağı  üstün  tuturlar.  Bu,  tamamilə  ideoloji 
mühafizəkarlıqdır.
Təbiətdə təcrübə-yanılma mexanizmi varmı?
Nəticə  olaraq  buraya  qədər  bəzi  nümunələrini  sadaladığımız  ehtimal 
hesablamalarının  əsas  məntiqilə  əlaqədar  çox  mühüm  cəhəti  qeyd  etmək 
lazımdır:  yuxarıda  hesabladığımız  ehtimallar  zülalların  təsadüfən  əmələ 
gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və 
təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində təbiətdə 
bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və 
yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.
500 amin turşusundan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək 
üçün  verdiyimiz  hesablamalar  sadəcə  ideal  (gerçək  həyatda  baş  verməyən) 
sınama və yanılma mühiti üçün keçərlidir. Yəni şüurlu bir gücün təsadüfən 500 
amin turşusunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-
tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın 
əldə edilmə ehtimalı 10
950
-də 1-dir. Hər sınamada amin turşuları tək-tək ayrılıb 
yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500 min turşusu da 
əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq amin 
turşusunun  qarışmasının  qarşısı  alınmalı,  zülalın  əmələ  gəlib-gəlmədiyinə 


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
195
Zülal sintezi:
Ribosom RNT-ni oxuyub və buradakı 
məlumata görə amin turşuları ardıcıl 
şəkildə düzür. Şəkildə val, cys və 
ala amin turşularının ribosom 
və daşıyıcı RNT tərəfindən 
ardıcıl düzülməsi görünür. 
Təbiətdəki bütün zülallar bu 
həssas əməliyyatla yaradılır. “ 
Təsadüfən” əmələ gələn zülal 
yoxdur.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
196
baxılmalı, əmələ gəlmədikdə hamısının ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır. 
Habelə  hər  sınama  əsnasında  araya  başqa  heç  bir  yad  kimyəvi  maddə  də 
qarışmamalıdır.  Sınama  zamanı  əmələ  gələn  zəncirin  500  halqaya  çatmadan 
parçalanmaması  da  şərtdir.  Yəni  əvvəldən  bəri  bəhs  etdiyimiz  ehtimallar 
əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “amin 
turşularının seçilməsinin” təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə 
baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil. 
Ona görə, təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.
Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın 
əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “amin turşuları 
reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdənkənar məntiq 
irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar 
ancaq  sadə  birləşmələr  əmələ  gətirirlər.  Onların  say  və  növü  də  müəyyən 
və  məhduddur.  Daha  kompleks  kimyəvi  maddə  əldə  etmək  üçün  böyük 
fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik 
həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar 
isə  sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa 
malikdir.  Ona  görə,  hər  hissəsinin  yerli-yerində  və  planlı  şəkildə  yerləşməsi 
lazım olan mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi 
kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil. 
Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub 
yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz 
edək.  Ancaq  bu  zaman  da  təkamül  nəzəriyyəsi  bir  daha  çıxılmaz  vəziyyətə 
düşür. 
Çünki  bu  zülal  məhv  olmaq  üçün  dərhal  mövcud  olduğu  təbii  mühitdən 
izolyasiya  edilib  çox  xüsusi  şərtlərdə  qorunmalıdır.  Əks  təqdirdə  bu  zülal 
yer üzündəki amillərin təsiri ilə dərhal parçalanar və ya başqa turşular, amin 
turşuları və ya digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirər, yararsız, 
tamamilə başqa maddəyə çevrilər.
Diqqət edilsə, buraya qədər nəzərdən keçirdiyimiz mövzu ancaq bir zülalın 
təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olması ilə bağlıdır. Halbuki təkcə 
insan  bədənində  təqribən  100.000  fərqli  növdə  zülal  funksiya  yerinə  yetirir. 
Habelə  məlum  olan  1.5  milyon  canlı  növü  var  və  hələ  on  milyon  qədərinin 
mövcud  olduğu  hesab  edilir.  Bir  çox  zülal  müxtəlif  həyat  şəraitində  istifadə 
edilsə  də,  bütün  bitki  və  heyvan  aləmində  100  milyon  və  ya  daha  çox  zülal 
növü  var.  Bu  günə  qədər  nəsli  kəsilmiş  milyonlarla  növ  isə  bu  hesaba  daxil 
deyil. Yəni yer üzündə yüz milyonlarla fərqli zülal şifrəsi mövcud olmuşdur. 
Bir zülalın təsadüflərlə açıqlana bilmədiyi nəzərə alınsa, yüz milyonlarla fərqli 
zülal şifrəsinin nə məna ifadə etdiyi başa düşülər.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə