HƏYATIN GERÇƏK MƏNŞƏYİ
192
“təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir
zülalın əmələ gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu
təşkil edən amin turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi
üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla
yanaşı bu amin turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və
içlərində bir dənə də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin
turşusu zəncirinə əlavə edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu
müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də
mövcud deyil. Buna görə, bir sağ əlli amin turşusu da sol əlli amin turşularının
arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir.
Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir:
... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı
zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni asimmetriya
şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon dəfə havaya
atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların
necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə
yer üzündəki həyatın mənbəyinə bağlıdır.
249
Bir pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə,
bunu təsadüflə açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan pula
müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır.
Amin turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər,
yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə
olan bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər.
Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir.
Nəticədə həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı
başdan bəri təhlil etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 amin
turşusundan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından
seçilmə ehtimalını hesablamaq istəsək, 2
400
-də, yəni 10
120
-də 1 ehtimal əldə
edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların sayının
cəminin bu saydan daha az olduğunu, təqribən 10
79
olduğunu bildirək. Bu amin
turşularının lazımi düzülüşü və funksional orqanı əmələ gətirmə ehtimalları
isə daha böyük rəqəmləri əmələ gətirir. Bu ehtimallara birdən çox sayda və
növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən
heç çıxmaq olmaz.
Peptid zənciri zərurəti
Təkamül nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı
qarşılaşdığı problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın
əmələ gəlməsi üçün lazım olan amin turşusu növlərinin uyğun sayda və