HƏYATIN GERÇƏK MƏNŞƏYİ
180
Bütün bu ssenarilər bircə dənə dişə görə uyduruldu. Təkamülçü
dairələr bu “xəyali adamı” o dərəcə mənimsədilər ki, Uilyam
Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər qəti
qərarların verilməsinə qarşı çıxdıqda hər cür tənqidə məruz qaldı.
Lakin 1927-ci ildə skeletin digər hissələri tapıldı. Məlum oldu ki, bu diş
nə meymuna, nə də insana aiddir. Diş “prosthennops” adlı vəhşi Amerika
donuzunun nəsli kəsilmiş bir cinsinə aid imiş.
“Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər verdiyi məqaləsinin
başlığı belə idi:
“Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də
insan”
236
Nəticədə
Hesperopithecus haroldcookinin və “ailəsi”nin bütün şəkilləri
dərhal elmi ədəbiyyatdan çıxarıldı.
Nəticə
Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar
və ön mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha
çox ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu
ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına
olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar
ki, əllərinə keçən hər yeni kəşfi, təkamüllə heç bir əlaqəsi olmadığı halda,
nəzəriyyəyə böyük dəlil hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən
böyük yalandır; çünki elm dünyasının əsassız bir doqma uğrunda səhv
istiqamətləndirildiyini göstərir.
Skandinaviyalı elm adamı Soren Lovtrup isə “Darvinizm: bir əfsanənin təkzibi”
Nebraska adamı və
ona ad qoyan Henri
Fairfeld Osborn
İNSANIN MƏNŞƏYİ
181
(Darwinism: The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir:
“Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının
böyük bir uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir:
uzun zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə
edir: “adaptasiya”, “seleksiya təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra
da bu mübahisələrlə təbiət hadisələrini izah etdiklərini zənn edirlər. Amma əslində
heç bir izah vermirlər... İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən
böyük yalan kimi tanınacaq”.
237
Darvinizmin “elm tarixindəki ən böyük yalan” olduğunun ən əsas
sübutlarından bəziləri isə molekulyar biologiyadan gəlir.
Ota benqa: qəfəsə qoyulan afrikalı yerli
Darvin “İnsanın mənşəyi” adlı kitabı ilə insanın meymunabənzər
canlılardan təkamüllə əmələ gəldiyini iddia etdikdən sonra bu ssenarini
dəstəkləyən fosil axtarışına başlandı. Ancaq bəzi təkamülçülər “yarı meymun,
yarı insan” canlıların yalnız fosillərdə deyil, dünyanın müxtəlif yerlərində canlı
tapılacağına da inanırdılar. 20-ci əsrin əvvəllərində bu “canlı ara keçid forması”
axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən biri Ota benqa adlı
piqmeyin hekayəsi idi.
Ota benqa 1904-cü ildə Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən
Konqoda tutulmuşdu. Adı öz dilində “dost” mənasını verən bu yerli evli və
iki uşaq atası idi. Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a
aparıldı. Buradakı təkamülçü alimlər Müqəddəs Luis Dünya Sərgisində onu
müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq “insana ən yaxın ara
keçid forma” kimi nümayiş etdirdilər. İki il sonra isə Nyu Yorkdakı Bronks
zooparkına apardılar və bir neçə şimpanze, Dina adlı qorilla və Dohunq
adlı oranqutan ilə birlikdə “insanın qədim əcdadları” adı altında nümayiş
etdirdilər. Zooparkın təkamülçü müdiri dr. Uilyam T.Hornadey bu nadir
“ara keçid forması”nın zooparkda olmasının ona verdiyi şərəf haqqında
uzun-uzun danışmış, ziyarətçilər də qəfəsə qoyulan Ota benqaya heyvan
kimi münasibət göstərmişdilər. Ota benqa məruz qaldığı münasibətə dözə
bilməyərək intihar etmişdi. (Philips Verner Bradford, Harvey Blume, Ota
Benga:
The Pygmy en The Zoo, New York:
Delta Books, 1992)
Piltdaun adamı, Nebraska adamı yaxud Ota benqa... Bütün bu qalmaqallar
təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün hər cür elmdənkənar
üsula əl atmaqdan çəkinmədiklərini göstərir. Şüurlu şəkildə “insanın təkamülü”
əfsanəsinin digər “dəlillərinə” baxdıqda yenə də buna bənzər vəziyyətlə
qarşılaşarıq: ortada tamamilə cəfəng olan hekayə və bu hekayəni dəstəkləmək
üçün hər yola müraciət edən könüllülər ordusu var.