M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə55/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   51   52   53   54   55   56   57   58   ...   108

İNSANIN MƏNŞƏYİ
173
idi.  Ci  “The  guardian”  qəzetində  nəşr  olunan  məqaləsində  fosil  haqqındakı 
müzakirələrə toxunur və belə yazırdı:
“Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir 
ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi 
axmaqlıqdır... Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da həmişə 
şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.
224
İkiayaqlılıq problemi
Buraya qədər təhlil etdiyimiz bütün fosillərlə bərabər insanlarla meymunlar 
arasındakı keçilməz anatomik sərhədlər də insanın təkamül nağılını təkzib edir. 
Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır.
İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən, 
çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud 
hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda 
(məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət 
ərzində hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə 
malikdirlər və dörd ayaq üzərində yeriyirlər.
İnsan skeleti dik yeriməyə uyğun dizayn edilib. Meymun skeleti isə qarşı tərəfə 
əyilmiş  quruluşa  malikdir,  qısa  ayaqları  və  uzun  qolları  ilə  dörd  ayaqlı  hərəkət 
formasına  uyğundur.  Bu  iki  struktur  arasında  hər  hansi  bir  “keçid  forması”nın 
meydana gəlməsi isə ən azından səmərəsizliyi səbəbi ilə mümkün deyil.


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
174
Bəs  görəsən,  iki  ayaqlılıq  xüsusiyyəti 
təkamülçülərin iddia etdikləri kimi meymunların dörd 
ayaqlı yerişindən törəyib?
Xeyr...  Araşdırmalar  göstərir  ki,  iki  ayaqlı 
yerişin  təkamülü  heç  zaman  baş  verməmişdir, 
baş  verməsi  də  mümkün  deyil.  Əvvəla,  iki 
ayaqlılıq təkamüllə əldə olunan üstünlük deyil. 
Çünki meymunların hərəkət forması insanın iki 
ayaqlı yerişindən daha asan, daha sürətli və daha 
səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-
budağa  tullana  bilər,  nə  də  gepard  kimi  saatda 
125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı 
üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət 
edə  bilir  və  bu  səbəbdən,  təbiətdəki  canlıların 
ən  müdafiəsizlərindən  biridir.  Dolayısı  ilə, 
təkamülçü məntiqə görə, meymunların iki ayaqlı 
yerişə  meyil  etməsinin    heç  bir  mənası  yoxdur. 
Təkamül  nəzəriyyəsinə  görə  isə  insanlar  dörd 
ayaqlı vəziyyətə doğru təkamül keçirməlidirlər.
Meymunların  əl  və  ayaqları  ağaclarda 
yaşamağa uyğun dizayna malikdir.
Təkamülçü iddianın başqa bir müəmması isə iki ayaqlı yerişin darvinizmin 
“mərhələli  təkamül”  modelinə  qətiyyən  uyğun  gəlməməsidir.  Təkamül 
nəzəriyyəsinin  əsası  olan  bu  model  nəzəriyyənin  müəyyən  mərhələsində  iki 
ayaqlılıqla  dörd  ayaqlılıq  arasında  “qarışıq”,  “ortaq”  yeriş  tərzinin  olmasını 
zəruri  edir.  Halbuki  ingilis  paleoantropoloq  Robin  Krompton  1996-cı  ildə 
kompyuterin köməyi ilə apardığı araşdırmalarda bu cür “qarışıq” yerişin qeyri-
mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: “hər hansı 
canlı ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər”.
225
 
Bu iki yeriş arasında hər hansı tərzdə yeriş forması enerjiyə olan tələbatın 
həddən  artıq  artması  səbəbiylə  mümkün  deyil.  Ona  görə  də  yarı  iki  ayaqlı 
canlının mövcudluğu mümkün deyil.
İnsanla  meymun  arasındakı  uçurum  təkcə  iki  ayaqlılıqla  məhdudlaşmır. 
Beynin  həcmi,  nitq  kimi  digər  bir  çox  xüsusiyyətlər  təkamülçülər  tərəfindən 
əsla açıqlanmır. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur: 
1)  Niyə  iki  ayaq  üzərində  yeridilər?  2)  Niyə  bədənlərindəki  sıx  tükləri 
itirdilər?  3)  Niyə  bu  cür  böyük  beyin  formalaşdırdılar?  4)  Niyə  nitqi 
öyrəndilər?
Meymunların  əl  və  ayaqları  isə 
ağaclarda  yaşamağa  uyğun  dizayn 
edilib


İNSANIN MƏNŞƏYİ
175
Bu  suallara  veriləcək  standart  cavablar  belədir:  1)  Hələ  bilmirik.  2)  Hələ 
bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar, 
amma cavab dəyişməyəcək.
226
Təkamül: elmdən kənar inanc
Lord  Soli  Zakerman  İngiltərənin  ən  məşhur  elm  adamlarından  biridir. 
O,  on  illərlə  fosillər  üzərində  çalışmış,  bir  çox  tədqiqat  aparmış,  hətta  bu 
araşdırmalarına  görə  “Lord”  titulu  almışdır.  Zakerman  təkamülçüdür, 
yəni  təkamül  haqqında  qəsdən  əks-şərhlər  verməz.  Lakin  insanın  təkamülü 
ssenarisinə aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil 
ağacının olmadığına qənaət gətirmişdir.
Zakerman maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi hesab etdiyi məlumat 
mənbələrindən  elmdənkənar  hesab  etdiyi  sahələrə  qədər  sxem  qurmuşdur. 
Zakermanın bu cədvəlinə görə, ən “elmi”, yəni konkret məlumatlara əsaslanan 
elm  sahələri  kimya  və  fizikadır.  Sxemdə  bunlardan  sonra  biologiya,  daha 
sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən “elmdən uzaq” sayılan 
bölmədə  isə  Zakermanın  fikrincə,  telepatiya,  altıncı  hiss  kimi  “duyğulardan 
kənar qavrayış” anlayışları və bir də “insanın təkamülü” yerləşir! Zakerman 
sxemin bu hissəsini belə izah edir:
“Obyektiv  həqiqətin  sərhədlərindən  çıxıb  bioloji  elm  kimi  qəbul  edilən 
bu  sahələrə,  yəni  duyğulardan  kənar  qavrayışa  və  insanın  fosil  tarixinin 
izah olunmasına keçdikdə öz nəzəriyyəsinə inanan insan üçün hər şeyin 
mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə tamamilə inanan bu 
insanların bəzi təzadları eyni anda qəbul etmələri belə mümkündür”.
227
İnsanın  mənşəyi  haqqında  məşhur  KİV-lərdən  biri  olan  “Discovering 
archeology”  jurnalında  isə  jurnalın  redaktoru  Robert  Lok  tərəfindən  yazılan 
məqalədə:  “İnsanın  əcdadını  axtarmaq,  işıqdan  çox  istilik  verir”,  -  deyilir  və 
məşhur təkamülçü paleoantropoloq Tim Uaytın bu etirafı verilir:
“Bu  günə  qədər  cavablandıra  bilmədiyimiz  suallara  görə  hamımız 
ümidsizliyə düşmüşük”.
228 
Məqalədə  təkamül  nəzəriyyəsinin  insanın  mənşəyi  ilə  bağlı  qarşılaşdığı 
müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı belə izah edilir:
“Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən 
daha mübahisəli deyil. Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən 
əsas budaqları üzərində belə müəmma içindədirlər. Yeni budaqlar böyük 
mübahisələrlə ortaya qoyulur, ancaq yeni fosil tapıntıları qarşısında etibarını 
itirib yox olurlar”.
229
 
Eyni  həqiqət  məşhur  “Nature”  jurnalının  redaktoru  Henri  Ci  tərəfindən 
də yaxın zamanlarda qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan “İn search 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə