M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə63/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   59   60   61   62   63   64   65   66   ...   108

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
197
Bu həqiqəti nəzərə aldıqda yer üzündəki canlıların necə mövcud olduğu 
sualının cavabının “təsadüflər” olmadığı açıq şəkildə görünür.
Həyatın mənşəyi ilə bağlı
təkamülçü səylər
Hər şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin 
hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin 
kökündən səhv olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn, 
sadəcə  zülalların  təsadüfən  əmələ  gəlməsinin  qeyri-mümkünlüyünün  sübut 
edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da 
təkzib etmiş olur. Bundan sonra insan və meymun kəllə sümükləri üzərində 
fərziyyələr qurmağın da heç bir mənası qalmaz.
Canlıların cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül 
nəzəriyyəsi  tərəfdarlarının  üzərində  çox  durmaq  istəmədikləri  problem  idi. 
Ancaq daima görməməzliyə vurduqları bu problem getdikcə gizlədilməyəcək 
problemə  çevrildi  və  bu  problemi  XX  əsrin  ikinci  rübündə  başlayan  bir  sıra 
tədqiqatla həll etməyə çalışdılar.
İlk sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi? 
Daha doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?
Bu  mövzuya  ilk  dəfə  müraciət  edən  şəxs    “kimyəvi  təkamül”  anlayışını 
ortaya  atan  rus  bioloq  Aleksandr  İ.Oparin  oldu.  Oparin  bütün  nəzəri 
fəaliyyətlərinə  baxmayaraq,  həyatın  mənşəyini  açıqlama  baxımından  heç  bir 
nəticə əldə edə bilmədi. 1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin 
of life) adlı kitabında belə deyirdi:
Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən 
ən qaranlıq cəhəti təşkil edir.
251
Oparindən  sonra  təkamülçülər  hüceyrənin  təsadüflərlə  əmələ  gələcəyini 
sübut  etmək  üçün  saysız-hesabsız  təcrübə,  tədqiqat  və  müşahidə  apardılar. 
Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli 
üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı 
İohannes  Qutenberq  Universitetinin  Biokimya  İnstitutunun  rəhbəri  prof.  dr. 
Klaus Douz bu barədə belə deyir:
Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda 
otuz ildən çox davam etdirilən bütün təcrübələr  həyatın mənşəyi probleminə 
cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına 
səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya 
çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir.
252
Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The end of science) 
adlı kitabında həyatın mənşəyi mövzusu haqqında: “Bu, müasir biologiyanın 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
198
əsasını təşkil edən ən zəif hissədir”, - deyir.
253
San  Diyeqo  Skripps  İnstitutundan  geokimyaçı  Cefri  Badanın  aşağıdakı 
sözləri  isə  XX  əsrin  sonunda  təkamülçülərin  bu  dərin  çıxılmaz  vəziyyət 
qarşısındakı çarəsizliklərinin ifadəsidir:
Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil olduqda üzləşdiyimiz 
ən  böyük  həll  olunmamış  problemlə  qarşı-qarşıyayıq:  həyat  yer  üzündə 
necə başlamışdır?
254
İndi  təkamül  nəzəriyyəsin  bu  “ən  böyük  həll  edilməmiş  problemini” 
təfərrüatı ilə 
nəzərdən keçirək. Əvvəlcə, məşhur Miller eksperimentini təhlil edək.
Miller təcrübəsi
Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri 
tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən 
Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi 
Harold Yureyin köməyinə görə “Yurey-Miller eksperimenti” kimi də tanınır). 
Təkamül  prosesinin  ilk  mərhələsi  kimi  irəli 
sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi 
irəli  sürülən  yeganə  cəhd  elə  bu  təcrübədir. 
Aradan  təxminən  yarım  əsr  keçməsinə  və 
böyük  texnoloji  irəliləyişlər  əldə  edilməsinə 
baxmayaraq,  bu  məsələdə  heç  bir  yeni  cəhd 
edilməmişdir.  Bu  gün  hələ  də  dərsliklərdə 
canlıların  ilk  dəfə  əmələ  gəlməsinin  təkamül 
baxımından açıqlaması kimi Miller eksperimenti 
öyrədilir.  Çünki  bu  cür  səylərin  nəzəriyyələrini 
dəstəkləmədiyini,  əksinə  daima  təkzib  etdiyini 
anlayan  təkamül  tədqiqatçıları  buna  bənzər 
təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.
Stenli Millerin məqsədi milyard illər əvvəlki 
cansız  dünyada  zülalların  tərkib  hissələri  olan 
amin turşularının “təsadüfən” əmələ gəldiklərini 
göstərən  təcrübi  dəlil  ortaya  qoymaq  idi.  Miller 
təcrübəsində  ibtidai  dünya  atmosferində  mövcud 
olduğunu  fərz  edilən  (daha  sonralar  isə  mövcud  olmadığı  məlum  olan) 
ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə 
etdi.  Bu  qazlar  təbii  şərtlər  daxilində  bir-biri  ilə  reaksiyaya  girmədiklərinə 
görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində 
ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə 
təmin etdi. 
Stanley Miller təcrübə 
aparatı ilə birlikdə


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
199
Miller  bu  qaz  qarışığını  bir  həftə  boyu  100°C  temperaturda  qaynatdı, 
bir  tərəfdən  də  qarışığa  elektrik  axını  verdi.  Həftənin  sonunda  Miller  sınaq 
şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların 
tərkib hissələrini təşkil edən 20 növ amin turşusundan üçünün sintezləndiyini 
müşahidə etdi. 
Təcrübə  təkamülçü  dairələrdə  böyük  sevinc  yaratdı  və  çox  böyük  uğur 
kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı 
yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq 
“cansız” molekullar idi.
Bu  təcrübədən  topladıqları  cəsarətlə  təkamülçülər  dərhal  yeni  ssenarilər 
uydurdular.  Amin  turşularından  sonrakı  mərhələlər  də  dərhal  uyduruldu. 
Ssenariyə  əsasən  amin  turşuları  daha  sonra  təsadüflər  nəticəsində  uyğun 
ardıcıllıqda  birləşmiş  və  zülalları  əmələ  gətirmişdilər.  Təsadüf  nəticəsində 
meydana  gələn  bu  zülalların  bəziləri  də  özlərini  bir  şəkildə  (!)  əmələ  gəlmiş 
hüceyrə  qılafına  bənzər  formaların  içinə  yerləşdirərək  hüceyrəni  meydana 
gətirmişdilər.  Hüceyrələr  də  zaman  ərzində  yan-yana  gəlib  birləşərək  canlı 
orqanizmləri əmələ gətirmişdilər.
Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən 
əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.
Miller təcrübəsini əsassız edən dörd səbəb
Millerin  ibtidai  dünya  mühitində  amin  turşularının  öz-özünə  əmələ 
gəldiklərini  sübut  etmək  məqsədi  ilə  keçirdiyi  təcrübə  bir  çox  cəhətdən 
əsassızdır. Bunları belə sıralaya bilərik:
1- Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən 
istifadə  edərək  amin  turşularını  əmələ  gəldikləri  anda  dərhal  həmin 
mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən 
mühitin  amilləri  bu  molekulları  əmələ  gəldikdən  dərhal  sonra  məhv 
edəcəkdi.
Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox 
idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə belə, bu molekullar 
eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi, 
“bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv 
ediləcəkdi”.
255
Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə 
bircə amin turşusu da əldə edə bilməmişdi.
2-  Millerin  təcrübəsində  canlandırmağa  çalışdığı  ibtidai  atmosfer  mühiti 
həqiqi  deyildi.  1980-ci  illərdə  elm  adamları  ibtidai  atmosferdə  metan  və 
ammonyak  əvəzinə  azot  və  karbondioksid  olduğu  haqqında  ortaq  fikrə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə