MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
201
Nəticədə, ibtidai dünyada oksigenin
olması da, olmaması da amin turşuları
üçün məvhedici mühit deməkdir.
4- Miller eksperimenti nəticəsində
canlıların quruluş və funksiyalarını
pozan xüsusiyyətlərə malik çox miqdarda
üzvi turşular da əmələ gəlmişdi. Amin
turşuları təcrid edilməyib bu kimyəvi
maddələrlə eyni mühitdə qaldıqda
isə onlarla kimyəvi reaksiyaya girərək
parçalanacaq və müxtəlif birləşmələrə
çevriləcəkdilər.
Bundan əlavə, təcrübə nəticəsində
ortaya bol miqdarda sağ əlli amin turşusu
çıxmışdı.
259
Ancaq bu amin turşularının
varlığı belə təkamül nəzəriyyəsini öz
məntiqi içində batırmaq üçün kifayət idi.
Çünki sağ əlli amin turşuları canlıların
orqanizmində
istifadə
edilməyən
amin turşularıdır. Beləliklə, Millerin
təcrübəsindəki amin turşularının əmələ
gəldiyi mühit canlılar üçün əlverişli
deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu
qarışığından ibarət idi.
Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti
canlıların ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini
dəstəkləmir. Təcrübə amin turşusu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli
laboratoriya işidir. İstifadə edilən qazların cinsləri və tərkibi nisbətləri amin
turşularının əmələ gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir.
Mühitə verilən enerjinin miqdarı nə əksik, nə də artıqdır, tamamilə lazımi
reaksiyaların baş verməsini təmin edən şəkildə tənzimlənmişdir. Təcrübə
aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və
ya amin turşusunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək
şəkildə izolyasiya edilmişdir. İbtidai dünyada mövcud olan və reaksiyaların
gedişatını dəyişdirən heç bir element, mineral və ya birləşmə sınaq şüşəsinə
qoyulmamışdır. Oksidləşmə səbəbi ilə amin turşularının varlığına mane olan
oksigen bunlardan sadəcə biridir. Hazırlanan ideal laboratoriya şərtlərinə
gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan amin turşularının eyni
mühitdə parçalanmadan qalmaları mümkün deyil.
Millerin özü də 1953-cü ildə apar-
dığı təcrübənin həyatın mənşəyini
izah edə bilmədiyini qəbul etdi.