M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə60/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   56   57   58   59   60   61   62   63   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
188


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
189
Hal-hazırda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi 
açıqlama hesab etmiş bəzi oxucular bəlkə buradakı rəqəmlərin çox mübaliğəli 
olduğunu,  həqiqətləri  əks  etdirmədiyini  düşünə  bilər.  Xeyr,  bunlar  qəti  və 
konkret həqiqətlərdir. Heç bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz. 
Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blam adlı bir 
təkamülçü  elm  adamı:  “Məlum  olan  ən  kiçik  zülalların  belə  təsadüfən 
meydana gəlməsi tamamilə qeyri-mümkün görünür”, - deyir.
242
Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam etdiyini və 
bu  zamanın  qeyri-mümkün  olanı  mümkün  etdiyini  iddia  edirlər.  Lakin  nə 
qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi 
qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları” 
(Essentials  of  Earth  history)  adlı  kitabında  bu  həqiqəti  qəbul  edərkən  “əgər 
milyard illər boyu milyardlarla planetin səthi lazımi amin turşusu ehtiva edən 
qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır.
243
Bəs bütün bunlar nə məna verir? Kimya professoru Peri Rivz isə bu suala 
belə cavab verir:
Bir insan amin turşularının təsadüfən birşəməsindən nə qədər çox orqanizm 
əmələ gələcəyini düşündükdə həyatın həqiqətən də bu şəkildə əmələ gəldiyini 
düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində Böyük 
Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır.
244
Tək bircinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülalların 
təqribən  bir  milyon  dənəsinin  təsadüfən  uyğun  şəkildə  birləşərək  tam  insan 
hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəlincə, bir 
hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla birlikdə 
nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər kimi başqa 
bir  çox  kimyəvi  maddə  istər  quruluş,  istərsə  funsiya  baxımından  müəyyən 
nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli orqanoidin 
içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır.
Nyu York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert 
Şapiro  təkcə  sadə  bir  bakteriyanın  tərkibindəki  2000  növ  zülalın  təsadüfən 
meydana  gəlmə  ehtimalını  hesablamışdır.  (İnsan  hüceyrəsində  isə  təqribən 
200.000 növ zülal var). Əldə edilən rəqəm 10
40.000
-də 1-dir.
245
 (Bu ədəd 1 rəqəminin 
yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn ağlasığmaz saydır). 
Kardiff  Universitetindən  Tətbiqi  Riyaziyyat  və  Astronomiya  professoru 
Çandra Uikramasinqhe bu ədəd haqqında belə şərh verir:
Bu  say  (10
40.000
)  Darvini  və  bütün  təkamül  nəzəriyyəsini  gömmək  üçün 
kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla (həyatın əmələ gələcəyi) 
ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən əmələ gəlməyəcəyinə 
görə, məqsədli bir ağılın məhsulu olmalıdır.
246


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
190
Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir:
Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gəldiyi o qədər 
aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi 
qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.
247
“Science  news”-un  1999-cu  yanvar  sayında  dərc  olunan  bir  məqaləsində 
də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama 
verilmədiyi belə bildirilir:
Heç  kim  indiyə  qədər  geniş  şəkildə  yayılmış  amin  turşularının  zülallara 
necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın 
fərz  edilən  şərtləri  amin  turlşularını  izolyasiya  edilmiş  təkliyə  sürükləyəcək 
şəkildədir.
248
Sol əlli zülallar
Zülalın  əmələ  gəlməsiylə  bağlı  təkamülçü  tezislərin  həyata  keçməsinin 
qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək.
Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin 
turşularının uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların 
tərkibindəki  20  növ  amin  turşusundan  hər  biri    ancaq  “sol  əlli”  olmalıdır. 
Sitoxrom-C zülalının üç öl-
çülü  mürəkkəb  quruluşu. 
Bu  struktur  daxilinidə 
kicik  dairələrlə  təmsil 
edilən  amin  turşularının 
sıralanmasındakı  ən  kiçik 
fərq  zülalı  yararsız  hala 
salar.


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
191
Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla 
iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü formalarının bir-biri ilə 
əks istiqamətli olmasından irəli gəlir. Eynilə insanın sağ və sol əlləri arasındakı 
fərq kimi.
Hər iki növ amin turşusu bir-birləri ilə asanlıqla bağlana bilir. Ancaq aparılan 
təhlillərdə təəccüblü həqiqət üzə çıxmışdır: ən ibtidai orqanizmdən ən alisinə 
qədər bütün canlılardakı zülallar sadəcə sol əlli amin turşularından əmələ gəlir. 
Zülalın  tərkibinə  qatılan  bir  sağ  əlli  amin  turşusu  belə  o  zülalı  yararsız  hala 
salır. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları əlavə edilmiş, 
ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə 
bu parçaladıqları amin turşularından yenidən öz istifadələri üçün sol əlli amin 
turşuları inşa etmişlər.
Bir anlıq təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, canlıların təsadüflərlə 
əmələ  gəldiyini  fərz  edək.  Bu  halda,  yenə  təsadüflərlə  əmələ  gəlmiş  amin 
turşuları təbiətdə sağ və sol əlli olmaq üzrə bərabər miqdarda olacaqdılar. Ona 
görə, bütün canlıların tərkibində sağ və sol əlli amin turşuları qarışıq miqdarda 
olmalıydı. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının da bir-
birləri ilə asanlıqla birləşməsi mümkündür. Lakin bütün canlı orqanizmlərdəki 
zülallar ancaq sol əlli amin turşularından ibarətdir.
Zülalların bunların içindən necə sadəcə sol əlli amin turşularını seçdikləri 
və necə aralarına heç bir sağ əlli amin turşusunun qarışmadığı elm adamlarının 
heç cür izah edə bilmədikləri mövzulardan biri kimi qalmışdır. Bu cür xüsusi 
və  şüurlu  seçicilik  təkamül  nəzəriyyəsinin  düşdüyü  çıxılmaz  vəziyyətlərdən 
biridir.
Habelə açıq şəkildə göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin 
Eyni  amino  asi-
tin sol əlli (L) və 
sağ  əlli  (D)  izo-
merləri.  Canlı-
lardakı  zülallar 
sadəcə  sol  əlli 
amino  asitlərdən  
ibarətdir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə