M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə70/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   66   67   68   69   70   71   72   73   ...   108

MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ
215
dərəcədə kiçik ehtimallara malik hadisələr asanlıqla baş verməlidir. Xəyal 
qurmağı  qadağan  edən  bir  qanun  yoxdur,  amma  elm  bu  işin  içinə  daxil 
edilməməlidir.
281
Bir  az  əvvəl  bəhs  etdiyimiz  şüurlu  dizayna  açıq-aşkar  nümunə  olan  yer 
üzündəki  bütün  canlılar  eyni  zamanda  təsadüflərin  onlara  heç  bir  töhfəsi 
olmadığının canlı nümunələridir. Hətta nəinki bir canlı varlıq, onun bir sistemi 
və  ya  orqanı  belə  təsadüflərin  əsəri  olmayacaq  qədər  kompleks  quruluş  və 
sistemdən  ibarətdir.  Bu  mövzudan  çox  uzaqlaşmadan  öz  orqanizmimizdən 
misallar çəkə bilərik.
Buna  bir  misal  gözlərimizdir.  İnsan  gözü  təqribən  40  ayrı  hissənin 
ahəngdarlıqla  fəaliyyət  göstərməsi  nəticəsində  görür.  Bunlardan  biri  olmasa, 
göz heç bir işə yaramaz. Bu 40 ayrı hissənin hər biri də öz daxilində kompleks 
yaradılışa  malikdir.  Məsələn,  gözün  arxa  hissəsindəki  tor  qişa  11  təbəqədən 
ibarətdir. Hər təbəqənin də ayrı funksiyası var. Tor qişanın daxilində baş verən 
kimyəvi proseslər isə ancaq səhifələr dolusu formul və sxemlərlə açıqlanacaq 
qədər mürəkkəbdir.
Təkamül  nəzəriyyəsi  nəinki  bütün  canlıların  və  ya  bəşəriyyətin,  tək  bir 
canlı gözünün belə “təsadüflər” nəticəsində necə bu cür qüsursuz və kompleks 
quruluşda meydana gəldiyini açıqlaya bilmir.
Bəs canlılardakı bu qeyri-adi dərəcədəki xüsusiyyətlər bizə həyatın mənşəyi 
haqqında nəyi sübut edir? Kitabın əvvəlində də bildirdiyimiz kimi, canlıların 
mənşəyi  haqqında  sadəcə  iki  fərqli  açıqlama  vermək  olar.  Bunlardan  birisi 
səhv olan təkamül izahıdır, digəri isə açıq-aşkar “yaradılış həqiqətidir”. Kitab 
boyu  gördüyümüz  kimi  təkamül  iddiası  qeyri-mümkündür  və  elmi  kəşflər 
yaradılışın  doğruluğunu  sübut  edir.  Bu  həqiqət  XIX  əsrdən  bəri  “yaradılış” 
anlayışını elmdən kənar görən bəzi elm adamlarını təəccübləndirə bilər, amma 
elm ancaq bu cür təəccüblərlə və həqiqətlərin qəbul edilməsi ilə inkişaf edə bilər. 
Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra 
Uikramasinqh həyatın təsadüflərlə əmələ gəldiyinə on illər boyu inandırılmış 
elm adamı kimi qarşılaşdığı bu həqiqəti belə izah edir:
Bir  elm  adamı  kimi  aldığım  təhsil  müddətində  elmin  hər  hansı  şüurlu 
yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər almışam. 
Bu  anlayışa  qarşı  şiddətlə  mübarizə  aparılmalı  idi...  Amma  hal-hazırda 
Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı 
arqument tapa bilmirəm... Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq 
və  indi  həyata  dair  yeganə  məntiqli  açıqlamanın  təsadüfi  xaoslar  deyil, 
yaradılış olduğu nəticəsinə gəlirik.
282


216
H
OMOLOGİYA XƏTASI
Y
er  üzündəki  müxtəlif  canlı  növlərini  nəzərdən  keçirən  hər  insan  bu 
növlər arasında bəzi oxşar orqan və xüsusiyyətlər olduğunu müşahidə 
edə  bilər.  XVIII  əsrdən  etibarən  bioloqların  diqqətini  çəkən  bu  faktı 
təkamül nəzəriyyəsi ilə əlaqələndirən ilk şəxs isə Darvin olmuşdur. Darvin oxşar 
(homoloji) orqanlara malik canlıların bir-birləri ilə təkamül xarakterli əlaqəsi 
olduğunu və bu canlıların bir ortaq əcdaddan gəldiyini irəli sürmüşdür. Onun 
fikrincə, məsələn, göyərçinlərin də qanadları var, qartalların da qanadları var, 
deməli, göyərçinlər, qartallar və bunlar kimi bütün quşlar ortaq bir əcdaddan 
təkamül yolu ilə törəmişlər.
Lakin homologiya heç bir dəlilə əsaslanmayan, ancaq xarici görünüşlərə 
əsasən  ortaya  atılmış  səthi  fərziyyədir.  Bu  fərziyyə  Darvindən  dövrümüzə 
qədər heç bir konkret kəşf ilə təsdiqlənməmişdir. Əvvəla, homoloji formalara 
malik canlıların təkamülçülər tərəfindən irəli sürülən xəyali ortaq əcdadlarının 
fosillərinə yer üzünün heç bir təbəqəsində rast gəlinməmişdir. Bundan əlavə:
1- Təkamülçülərin heç bir təkamül əlaqəsi qura bilmədikləri, 
tamamilə  fərqli  siniflərə  aid  canlılarda  belə  ortaq  homoloji 
orqanların olması,
2- Homoloji  orqanlara  malik  olan  canlılarda  bu  orqanların 
genetik şifrələrinin çox fərqli olması,
3- Homoloji  orqanlara  malik  canlılarda  bu  orqanların 
embrioloji  inkişaf  mərhələlərinin  bir-birindən  çox  fərqli 
olması  homologiyanın  təkamülə  heç  bir  əsas  təşkil  etmədiyini 
göstərmişdir.
İndi bunları sıra ilə təhlil edək.


HOMOLOGİYA XƏTASI
217
Morfoloji homologiya iddiasının əsassızlığı
Təkamülçülərin homologiya tezisi oxşar morfologiyalara (formalara) malik 
bütün  canlılar  arasında  təkamül  xarakterli  əlaqə  qurma  məntiqinə  əsaslanır. 
Halbuki aralarında heç bir təkamül xarakterli əlaqə qura bilmədikləri növlərin 
də bir-birlərinə çox bənzəyən (homoloji) orqanları var. Qanad buna misaldır. 
Məməli  növü  olan  yarasada  qanad  var,  quşlarda  qanad  var,  milçəklərdə  də 
qanad var, bundan başqa keçmişdə yaşamış uçan sürünənlərdə də var. Lakin 
bu dörd fərqli sinif arasında təkamülçülər hər hansı təkamül əlaqəsi, qohumluq 
qura bilmirlər.
Buna dair digər nümunə isə fərqli canlıların gözlərindəki heyrətləndirici 
bənzərlik  və  quruluş  cəhətdən  oxşarlıqdır.  Məsələn,  oktapod  (səkkizayaqlı 
ilbiz)  və  insan  aralarında  heç  bir  təkamül  əlaqəsi  qurula  bilməyən  çox  fərqli 
canlılardır.  Lakin  hər  ikisinin  də  gözləri  forma  və  funksiya  baxımından  bir-
birinə  çox  yaxındır.  İnsanla  oktapodun  oxşar  gözlərə  malik  ortaq  əcdadları 
olduğunu isə təkamülçülər iddia edə bilmirlər.
Bu  vəziyyət  qarşısında  təkamülçülər  bu  orqanların  “homoloji”  (ortaq 
əcdaddan  törəyən)  orqanlar  deyil,  “analoji”  (aralarında  təkamül  əlaqəsi 
olmadığı halda, bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyirlər. Məsələn, 
insan gözü ilə oktapod gözü onların fikrinə görə analoji orqandır. Ancaq bir 
orqanı homoloji kateqoriyaya, yoxsa analoji kateqoriyaya aid edəcəkləri sualı 
tamamilə  təkamül  nəzəriyyəsinin  ön  mühakimələrinə  əsasən  cavablanır.  Bu 
isə bənzərliklərə əsaslanan təkamülçü iddianın elmi cəhəti olmadığını göstərir. 
Təkamülçülərin  etdiyi  yeganə  şey  doğru  hesab  etdikləri  təkamül  doqmasına 
əsasən qarşılarına çıxan tapıntıları şərh etməkdən ibarətdir.
Lakin verdikləri izah  olduqca əsassızdır. Çünki “analoji” hesab etdikləri 
orqanlar  bəzən  həddindən  artıq  kompleks  formalarına  baxmayaraq,  bir-
Osminoqlar  təkamülçü-
lərin  iddia  etdikləri 
“şəcərə ağacı”na görə ən 
uzaq canlılardan biridir. 
Ancaq bu canlının gözü 
ilə insan gözü tamamilə 
eyni  quruluşa  sahibdir. 
Bu  vəziyyət  bənzər 
quruluşların  təkamülə 
sübut  olmadığının  gös-
təricisidir.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə